Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-671/2021 17.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2383,76 (iki min üç yüz səksən üç manat yetmiş altı qəpik) manat məbləğində əsas borc və 487,99 (dörd yüz səksən yeddi manat doxsan doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2871,75 (iki min səkkiz yüz yetmiş bir manat yetmiş beş qəpik) manat məbləğində borcun və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pulun İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019 il tarixli, 301804-750333/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 29% dərəcəsi ilə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, sonuncu banka olan borcunu ödəməmişdir. xx.xx.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2383,76 (iki min üç yüz səksən üç manat yetmiş altı qəpik) manat məbləğində əsas borc və 487,99 (dörd yüz səksən yeddi manat doxsan doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2871,75 (iki min səkkiz yüz yetmiş bir manat yetmiş beş qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İddiaçı məhkəməyə göndərdiyi elektron məktubunda mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, bildirdi ki, həqiqətən də bankdan 2700 (iki min yeddi yüz) manat kredit almış və hər ay 114 (bir yüz on dörd) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin maddi imkanı olmadığı üçün bir müddət sonra krediti ödəyə bilməmişdir. Xəstədir, pensiya alır. Hazırda kreditdən qalan borcu ödəyə bilmir, lakin maddi imkanı düzəldiyi zaman ödəyəcəkdir. Məhkəmə cavabdehi dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019 il tarixli, 301804-750333/1 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh şəxsi istehlak məqsədli ilə qaytarmaq, faizlər ödəmək şərtilə 36 ay müddətinə, illik 29% dərəcəsi ilə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit verilmişdir; xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019 il tarixli, 301804- 750333/1 nömrəli istehlak krediti müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixə 2383,76 (iki min üç yüz səksən üç manat yetmiş altı qəpik) manat məbləğində əsas borc və 487,99 (dörd yüz səksən yeddi manat doxsan doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2871,75 (iki min səkkiz yüz yetmiş bir manat yetmiş beş qəpik) manat məbləğində qalıq borcu vardır; kassa məxaric orderindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən Cavabdeh 2700 (iki min yeddi yüz) manat məbləğində kredit pul verilmiş, Cavabdeh həmin məbləğin alınması barədə sənədə imza etmişdir; mədaxil qəbzlərindən görünür ki, Cavabdeh İddiaçı hesabına xx.xx.2019-cu il tarixdə 81 (səksən bir) manat, eyni tarixdə 619 (altı yüz on doqquz) manat pul ödəmişdir; xx.xx.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı ödənilmişdir; DİN-nin BPQMİ-nin MAPS şöbəsindən verilmiş arayışdan görünür ki, Cavabdeh Quba rayonu, Xucbala kəndində qeydiyyatdadır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, Cavabdeh 2383,76 (iki min üç yüz səksən üç manat yetmiş altı qəpik) manat məbləğində əsas borc və 487,99 (dörd yüz səksən yeddi manat doxsan doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2871,75 (iki min səkkiz yüz yetmiş bir manat yetmiş beş qəpik) manat məbləğində borc İddiaçı-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı olmaqla, cəmi 30,40 (otuz manat qırx qəpik) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 2383,76 (iki min üç yüz səksən üç manat yetmiş altı qəpik) manat məbləğində əsas borc və 487,99 (dörd yüz səksən yeddi manat doxsan doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2871,75 (iki min səkkiz yüz yetmiş bir manat yetmiş beş qəpik) manat məbləğində pul İddiaçı-nin xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 30,40 (otuz manat qırx qəpik) məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-671/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-671/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver