Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-672/2022 11.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Həsənov Rahim Təşəkkül oğlu, iddiaçı Quba Regional X2nin Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı Quba Regional X2 Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 158,19 manat ziyanın Mərkəzin Kapital bankdakı Benifisiarın adı: Quba Regional X2, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 29.12.2021-ci il tarixdə Mərkəzin Vəlvələ meşəbəyliyinin 2 saylı dolayının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılışı orderi olmadan müxtəlif cins və diametrli 14 ədəd yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna 158,19 manat ziyan vurmuşdur. Meşədən qanunsuz yolla oduncaq əldə etməklə Cavabdeh “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ” 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7-ci əlavəsini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını hərtərəfli araşdıraraq hesab edirəm ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Regional X2nin 29 dekabr 2021-ci il tarixli 000635 nömrəli aktından görünür ki, Vəlvələ meşəbəyliyinin 2 saylı dolayının xidməti ərazisində meşələrin qorunub mühafizə olunma vəziyyətini yoxlayan zaman Cavabdeh oğlu özbaşına meşəyə girərək, meşədən qanunsuz oduncaq əldə etmək üçün ağacı kəsdiyi barədə Quba Regional X2nə məlumat daxil olmuşdur. Cavabdeh özbaşına meşəyə girərək, meşədən qanunsuz oduncaq əldə etməsi barədə məlumat araşdırılarkən məlum olmuşdur ki, Cavabdeh 29.12.2021-ci il tarixdə Vəlvələ meşəbəyliyinin 2 saylı dolayına daxil olmuş və oradan qanunsuz olaraq, vələs cinsindən 20 sm diametrdə 2 ədəd, 24 sm diametrində 2 ədəd, 28 sm diametrində 4 ədəd, palıd cinsindən 20 sm diametrdə 1 ədəd, 24 sm diametrdə 1 ədəd, 28 sm diametrdə 1 ədəd, fıstıq cinsindən 24 sm diametrdə 2 ədəd, 28 sm diametrdə 1 ədəd olmaqla, ümumilikdə cəmi 14 ədəd odunluğ ağacları kəsmişdir. İş materiallarında olan həcm-qiymət cədvəlindən görünür ki, Vəlvələ meşəbəyliyinin 2 saylı dolayında 29.12.2021-ci il tarixli yoxlama zamanı aşkar edilmiş qanunsuz qırıntıya görə meşə fonduna 158,19 manat məbləğində ziyan hesablanmışdır. İş üzrə mövcud sübutlara və fotoşəkillərə əsasən müəyyən edirəm ki, Cavabdeh oğlu 29.12.2021-ci il tarixdə Vəlvələ meşəbəyliyinin 2 saylı dolayının ərazisindən oduncaq ehtiyatı üçün müxtəlif cins və diametrli 14 ədəd yaş köküstə ağacı qanunsuz kəsmiş, mülki hüquq pozuntusu törətmiş, nəticədə Meşə Fonduna 158,19 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 158,19 (bir yüz əlli səkkiz manat on doqquz qəpik) manat məbləğində pul alınaraq, X3 X1 bankdakı Benifisiarın adı: Quba Regional X2, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-672/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-672/2022
11.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver