Məhkəmə qərarları › İş №2(027)-673/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-673/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-673/2022 10.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21.03.2020-ci il tarixli müqaviləsinə əsasən, X2 üçün 44 manat ödənilməmiş hissə, 4 manat cərimə; 27.04.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV, Sonorous Surefix asqı üçün 1063 manat ödənilməmiş hissə, 106 manat cərimə; 22.05.2020-ci il tarixli müqaviləsinə əsasən, Xiaomi Redmi 8 markalı telefon üçün 304 manat ödənilməmiş hissə, 30 manat cərimə; Ümumilikdə 1551 manat borc, 35,51 manat dövlət rüsumu, Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 21.03.2020-ci il, 27.04.2020-ci il və 22.05.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd X3, Samsung LED TV, Sonorous Surefix asqı, İMEİ Kodu **********91368 Xiaomi Redmi 8 markalı telefon almış və nəticədə 1551 (min beş yüz əlli bir) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 120 (yüz iyirmi) manat (6 ay x 20 manat + 0 manat ilkin ödəniş) 2 ədəd X3 üçün ümumilikdə, 48 (qırx səkkiz) manat olmaqla ondan, 44 (qırx dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 (dörd) manat cərimə miqdarında borc yaranmışdır. 27.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1220.2 (min iki yüz iyirmi, iyirmi qəp) manat (18 ay x 64.9 manat + 52 manat ilkin ödəniş) Samsung LED TV, Sonorous Surefix asqı üçün ümumilikdə, 1169 (min yüz altmış doqquz) manat olmaqla ondan, 1063 (min altmış üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 106 (yüz altı) manat cərimə; 22.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 420 (dördyüz iyirmi) manat (20 ay x 21 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********91368 Xiaomi Redmi 8 markalı telefon üçün ümumilikdə, 334 (üç yüz otuz dörd) manat olmaqla ondan, 304 (üçyüz dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30 (otuz) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 349.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş sənədlərini hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin sənədlərində olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.03.2020-ci il tarixli, 20194359 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı 2 ədəd X1 görə 6 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla, cəmi 120,0 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 27.04.2020-ci il tarixli, 20244129 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı Samsung LED TV, Sonorous Surefix asqıya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 64,9 manat olmaqla, cəmi 1220,2 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.05.2020-ci il tarixli, 20297186 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı “Xiomi Redmi 8 4/64GB” markalı telefona görə 20 ay ödəniş cədvəli üzrə hər ay 21 manat olmaqla, cəmi 420 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 01.11. 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC tərəfindən əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İşdə olan 13.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21.03.2020-ci il tarixli müqaviləyə əsasən 13.12.2021-ci il tarixə əsas borca görə ödənilməmiş 44 manat, cərimə borcuna görə 4 manat, 27.04.2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə ödənilməmiş 1063 manat, cərimə borcuna görə 106 manat, 22.05.2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə ödənilməmiş 304 manat, cərimə borcuna görə 30 manat cəmi 1551 manat borcu qalmışdır. İş materiallarında olan 14.12.2021-ci il tarixli, mədaxil qəbzindən görünür ki, "xxxx" MMC hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vasitədən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 21.03.2020-ci il tarixli müqaviləsinə əsasən, X2 üçün 44 manat ödənilməmiş hissə, 4 manat cərimə; 27.04.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV, Sonorous Surefix asqı üçün 1063 manat ödənilməmiş hissə, 106 manat cərimə; 22.05.2020-ci il tarixli müqaviləsinə əsasən, Xiaomi Redmi 8 markalı telefon üçün 304 manat ödənilməmiş hissə, 30 manat cərimə; Ümumilikdə 1551 manat borc, 35,51 manat dövlət rüsumu, Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə tələb əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. 21.03.2020-ci il tarixli müqaviləsinə əsasən, X2 üçün 44 manat ödənilməmiş hissə, 4 manat cərimə; 27.04.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung LED TV, Sonorous Surefix asqı üçün 1063 manat ödənilməmiş hissə, 106 manat cərimə; 22.05.2020-ci il tarixli müqaviləsinə əsasən, Xiaomi Redmi 8 markalı telefon üçün 304 manat ödənilməmiş hissə, 30 manat cərimə; Ümumilikdə 1551 manat borc, 35,51 manat dövlət rüsumu, Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar