Məhkəmə qərarları › İş №2(027)-68/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-68/2022

29.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-68/2022 29.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və müstəqil tələb irəli sürən şəxs X5 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “ziyan, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə, Cavabdeh İddiaçı qarşı “4-Ə-709 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi və ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsinə və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 İddiaçı və Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinə üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş ziyanla bağlı 30000 (otuz min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30000 (otuz min) manat məbləğində pulun alınması və Cavabdeh ilə X16 arasında Quba regional “Asan Xidmət” Mərkəzində bağlanmış 08.01.2020-ci il tarixli AN ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X5 adına verilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,65 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2005-ci ildə Quba rayonu İİ Nügədi kənd sakinləri Cavabdeh 0,65 ha, qardaşı X12 isə 1,58 ha torpaq sahəsi almış, həmin torpaq sahələrində bağ salmış, hazırda istifadə edir. Belə ki, 2005-ci ildə bağ salmaq üçün torpaq sahəsi ilə maraqlanmış, Quba rayonu, İİ Nügədi kənd sakinləri X23 özünə və ailə üzvlərinə məxsus JN-1232 KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X33 əsasında Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,58 ha torpaq sahəsini Quba rayon Notariat Kontorunda bağlanmış 4-Ə-708 saylı, 11 avqust 2005-ci il tarixli müqavilə əsasında, X13 və Cavabdeh JN-1233 KOD 30320018 saylı Dövlət Aktı əsasında Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,65 ha torpaq sahəsinin Quba rayon Notariat Kontorunda bağlanmış 4-Ə-709 saylı 11 avqust 2005-ci il tarixli alğı-satqı müqaviləsi əsasında 3000 (üç min ) ABŞ dollarına almışdır. Bundan sonra həmin alğısatqı müqavilələrini o zamankı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsinə təqdim edərək, Torpağa Mülkiyyət Hüququna dair JN-2602 KOD 30320018 nömrəli Dövlət Aktı almışdır. 2020-ci ilin iyun ayında Quba rayonu, İİ Nügədi kənd sakini X16 onun yanına gələrək hal-hazırda istifadə etdiyi və Cavabdeh aldığı torpaq sahəsinin ona aid olduğunu və həmin sahəni Cavabdeh ona borcun əvəzinə rəsmi alğı-satqı ilə satdığını bildirmişdir. O, da həmin torpaq sahəsinin rəsmi alğı-satqı müqaviləsi ilə Cavabdeh aldığı və həmin ərazinin 2005-ci ildən istifadə etdiyini, meyvə ağacları saldığını bildirmişdir. Hazırda COVİD-19 pandemiyası ilə bağlı Quba şəhərinə gələ bilmədiyini, yollar açılan kimi gəlib bu məsələni araşdıracağını bildirmişdir. Bundan sonra o, Quba şəhərinə gələrək Cavabdeh Quba rayon Polis şöbəsinə şikayət etmişdir. Etdiyi şikayətə görə aparılmış araşdırma nəticəsində Cavabdeh 0,65 ha torpaq sahəsini ona satması, lakin sonradan torpaq sahəsinə dair sənədlərin itməsi ilə bağlı elan verərək, həmin sənədlərin yenidən bərpa etməsi, Təvəkkül Dadaşova borclu olduğu 16000 (on altı min) ABŞ dolları əvəzinə onun adına rəsmiləşdirməsini bildirmişdir. Göründüyü kimi, Cavabdeh torpaq sahəsini ona satmış, pulunu almış, o, həmin torpaq sahəsini 2005-ci ildən istifadə edir. Cavabdeh sonradan Təvəkkül Dadaşova borclu olduğu pulun müqabilində həmin torpaq sahəsini Təvəkkül Dadaşovun adına rəsmiləşdirmişdir. Bu da görüntü üçün bağlanmış, uydurma əqddir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı bildirmişdir ki, mübahisəli torpaq sahəsini ona cavabdeh və onun anası satmışdır. Torpağın alğı-satqısı ilə bağlı cavabdeh və cavabdehin anası ilə aralarında müqavilə bağlanmışdır. Torpaq sahəsini almaq üçün onalara 3000 ABŞ dolları pul vermişdir. Həmin dövrdə Qubada ən yaxşı torpağın 1 hektarı 2000 ABŞ dollarından artıq deyildir. Alğı-satqı müqaviləsində cavabdehin və onun anasının imzaları var. Cavabdeh alğı-satqı müqaviləsinin saxta olduğunu, heç bir dövlət orqanında qeydiyyata alınmadığını qeyd edir, lakin alğı-satqı müqaviləsinin bir surəti dövlət arxivində saxlanılır. Cavabdeh X17 ilə müstəqil tələb irəli sürən şəxs X16 arasında qohumluq əlaqələri vardır. Torpaq sahəsinin onun sahibliyindən alınması ilə bağlı Cavabdeh ilə Təvəkkül Dadaşov birlikdə hərkət edərək qeyri-qanuni alğı-satqı müqaviləsi əsasında torpaq sahəsinə çıxarış almışlar. Belə bir plan qurmalarına səbəb isə, həmin torpaq sahəsinin hansı ki, satış qiymətinin 2005-ci ilə nisbətdə baha olmasıdır.Həmçinin onun həmin torpaq sahəsində evinin olması cavabdehə artıq gəlir əldə etməyə bəhanə olmuşdur. Təvəkkül Dadaşov ondan xeyli miqdarda pul tələb edir. Cavabdeh ilə Təvəkkül Dadaşovun əməllərində cinayət tərkibi vardır. Çünki, mübahisə predmeti olan torpaq sahəsi 2005-ci il tarixindən onun sahibliyindədir. Qeyd olunanlara əsasən həmin şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X21 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbini rədd edilməsi, Quba rayon Notariat Kontorunda bağlanmış 4-Ə-709 saylı 11 avqust 2005-ci il tarixli alğı-satqı müqaviləsini ləğv edilməsi, ona dəymiş 30000 (otuz min) manat zərərin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı iddia qaldıraraq ona dəymiş 300000 (üç yüz min) manat zərər tələb etməklə dolayısı ilə özü sübut edir ki, onunla İddiaçı arasında alğı-satqı müqaviləsi olmamışdır. Cavabdeh İddiaçı onunla razılaşmadan islahat komissiyası tərəfindən ona ayrılmış pay torpağını qanunsuz zəbt edərək ondan istifadə etməklə ona külli miqdarda zərər vurmuşdur. 02 iyul 2008-ci il tarixində Quba rayonu İcra və Probasiya şöbəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinə verdiyi sorğunun cavabından aydın görünür ki, qarşılıqlı iddia üzrə cavabdehin iddia tələbi əsassızdır. 2005-ci il tarixində ona məlum olmuş ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun və ailəsinin mülkiyyətinə verilmiş 1,58 ha və 0,65 ha torpaq sahəsini zəbt edərək orada daş və çınqıl karxanası quraşdırıb. O, öz etirazını bildirəndə cavabdehin nümayəndəsi Mamed adlı şəxs ona yaxınlaşaraq beş ildən sonra torpağı boşaldacaqlarını bildirmiş və ona 2500 (iki min beş yüz) ABŞ dolları verərək beş illik icarə müqaviləsi bağlayacaqlarını bildirmişlər. O, pulu alandan sonra işi ilə bağlı Rusiyaya getmiş, qayıtdıqdan sonra cavabdehdən dəfələrlə onun torpağından çıxmasını tələb etsə də, İddiaçı onun torpağından bu günə kimi çıxmamış və ona zərər vurmaqda davam etmişdir. X18 ilə aralarında pul borcu ilə bağlı məhkəmə mübahisəsi vaxtı ona məxsus 0,65 ha torpaq sahəsinin özgəninləşdirilməməsi ilə bağlı həbs qərardadı çıxarılmışdır. 2008-ci il tarixindən bu günə kimi qarşılıqlı iddia üzrə cavabdehlə mübahisələri var. Dəfələrlə cavabdehə torpağı boşaltmasını tələb etmişdir. Lakin, cavabdeh uydurma alğısatqı mjüqaviləsi ortaya çıxararaq guya torpağı ondan alğı-satqı yolu ilə almasını iddia etmişdir. Daşınmaz əmlakın alğı-satqısı yanlız torpaq sahibinin hüquqları Dövlət qeydiyyatına alındıqdan sonra aparıla bilər. Belə ki, əgər qarşılıqlı iddia üzrə cavabdehin Quba rayon Notariat Kontorunda bağlanmış 4-Ə-709 saylı 11 avqust 2005-ci il tarixli alğısatqı müqaviləsinə əsaslanılsa həmin alğı-satqı müqaviləsi görünüş üçün bağlanmış və onun iştirakı olmadan həyata keçirilmişdir. Cavabdeh qanunsuz yolla onun torpağını ələ keçirmiş və ondan qanunsuz istifadə edərək hər il ona 3000 (üç min) manat zərər vurmuşdur. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbi qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.” Cavabdeh 10 il müddətində onun torpağından istifadə edərək fayda əldə etmişdir. Hər il 3000 (üç min) manat zərər vurarsa, ümumilikdə 30000 (otuz min) zərər vurmuşdur. Qanuni qüvvəsini almış qətnamənin icra edilməsi ilə bağlı onun X14 olan 16000 (on altı min) ABŞ dolları borcu ilə əvəzləşdirilmiş və sözügedən torpaq sahəsi borc əvəzində X14 verilmişdir. Cavabdehlə Quba rayon Notariat Kontorunda bağlanmış 4-Ə-709 saylı 11 avqust 2005-ci il tarixli alğı-satqı müqaviləsi onun iştirakı və razılığı olmadan bağlanmışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Nəsrəddin Umbat oğlu və Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək, cavabdeh İddiaçı Hümbət oğlunun zəbt etdiyi Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən 0,6458 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən 0,6458 ha torpaq sahəsi 29.01.2020-ci il tarixində **********42 reyestr nömrəsilə dövlət qeydiyyatına alınaraq mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Lakin cavabdeh qanunla onun mülkiyyətinə verilmiş 0,6458 ha torpaq sahəsini zəbt etmiş və həmin torpaq sahəsinə olan mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh qanunla onun mülkiyyətinə verilmiş Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən 0,6458 ha torpaq sahəsini zəbt etmiş və JN- 2602 saylı Torpağın Mülkiyyət Hüququna X34 almışdır. Cavabdehin sözügedən torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin olub-olmaması barədə verdiyi sorğularda göstərilənlərə əsasən hesab etmək olar ki, cavabdehin JN- 2602 saylı Torpağın Mülkiyyət Hüququna X34 farmaldır. Belə ki, cavabdeh onun mülkiyyətinə verilmiş 0,6458 ha torpaq sahəsini zəbt etmişdir. Sözügedən torpaq sahəsi Azərbaycan Respublikası adından verilmiş qanuni qüvvəyə minmiş qətnamənin icrası vaxtı 16 000 (on altı min) dollar pul məbləği ilə əvəzləşdirilmişdir. Belə ki, qətnamə icra olunmuş iş üzrə icraata xitam verilmişdir. Torpaq sahəsinin yüklülüyü İcra və Probasiya şöbəsi tərəfindən araşdırılmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirmişdir ki, 2005-ci il tarixdə mübahisəli torpaq sahəsini iddiaçıya satmamışdır. Notariusa Məmməd adlı şəxslə icarə müqaviləsi bağlamaq üçün getmişlər. Həmin vaxt o, iddiaçını tanımamışdır. Notariusda çox adam olduğu üçün orada icarə müqaviləsi bağlaya bilməmişlər. O və Məmməd avtomobilin yanında əl yazma ilə icarə müqaviləsi bağlamışlar. İddiaçını müqavilə bağlandıqdan 1 ay sonra tanımışdır. Özünü Məmməd əmisi oğlu Natiq kimi təqdim etmişdir. Bildirmiş ki, o torpaq almaq istəyir. X20 torpaq sahəsini almış, qardaşı İsabalayev Qırxlardan da 10.000 manat qarşılığında torpaq sahəsini almaq istəsə də, qardaşı torpaq sahəsini iddiaçıya satmağa razı olmamışdır. 13.08.2010-cu il tarixdə qardaşı Qırxlar İsabalayev intihar edərək, özünü öldürmüşdür. Qardaşının ölümünün 40 günü tamam olmamış iddiaçı həmin torpaq sahəsində obyekt inşa etməyə başladı. Onu aldatdığı kimi, vəfat edən qardaşının oğlunuda icarə müqaviləsi bağlamaq adı ilə, notariusa aparmış və orada etibarnamə əsasında torpağı öz adına rəsmiləşdirmişdir. Məmmədlə icarə müqaviləsi imzalayan zaman həmin sənədi oxumamışdır. Sonradan alğısatqı müqaviləsi imzaladığını bilmişdir. Həmin torpaq sahəsini Təvəkkül Dadaşova pul borclu olduğu üçün vermişdir. Notariusda onunla alğı-satqı müqavilsəi bağlansa da əslində torpağı ona borcun əvəzində vermişdir. İddiaçı torpaq sahəsindən dayanacaq və anbar kimi istifadə etmişdir. İddiaçı ilə bağlanmış müqavilədən xəbəri yoxdur. O, 2005-ci il tarixdə Məmməd ilə, icarə müqaviləsi bağlamışdır. İcarə müqaviləsi qarşılığında o, Məmməddən 2500 ABŞ dolları məbləğində pul almışdır. İlkin iddia tələbinin təmin edilməməsini və qarşılıqlı iddia tələbinin təmin xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X16 bildirmişdir ki, torpaq sahəsi ona ağaclarla birlikdə ölçülərək təhvil verilmişdir. Hal-hazırda torpaq sahəsi daşlıq olduğundan onun qiymət dəyəri düşüb. Torpaq sahəsi pay torpağıdır. Nəsrəddinin adına olan dövlət aktı saxtadır. Heç bir yerdə qeydiyyata alınmamışdır. Nəsrəddin ona demiş ki, Əhməddən aldığı torpaq sahəsi ilə mübahisəli torpaq sahəsini eyni gündə alğısatqı müqaviləsi bağlayıb. Lakin Əhmədin torpağını aldığı gün Nəsrəddin mübahisəli torpaq sahəsini almamışdır. Ona görə də hər iki müqavilənin eyni gün tərtib edilməsi mümkün deyil. İlkin iddianın təmin edilməsi onun mülkiyyət hüquqlarını pozacaqdır. Ona görə də, İddiaçı iddiasının təmin edilməməsini, müstəqil tələb irəli sürən üçüncü şəxs kimi təqdim etdiyi iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, üçüncü şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh qarşılıqlı iddia tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiası təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 11.08.2005-ci il tarixli torpağın alğı-satqı müqaviləsindən görünür ki, X13 və Cavabdeh Quba rayonu, İİ Nügədin kəndində yerləşən 0,65 ha torpaq sahəsini 10.000.000 manata İddiaçı satmışlar. İş materiallarına əlavə edilmiş Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin 05.12.2019-cu il tarixli məktubundan görünür ki, JN-1233 KOD30320018 nömrəli Dövlət Aktına dair Quba rayon NK-da rəsmiləşmiş 11.08.2005-ci il tarixli, X13 və Cavabdeh ilə İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinin bir nüsxəsi Quba rayon Notariat Ofisinin arxivində saxlanır. Lakin, alğı-satqı müqavilələrinin qeydiyyatına dair həmin dövrə məxsus (4Ə) reyestr kitabı Quba rayon Notariat Ofisinin arxivinə təhvil verilmədiyindən həmin müqavilənin reyestr kitabında qeydiyyatdan keçib-keçməməsi, qüvvədə olub-olmaması, eləcə də ləğv edilib-edilməməsi barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 2(027)-50/2008 saylı, 05.09.2008-ci il tarixli qərardadından görünür ki, Quba rayonu, İİ Nügədi sakini X19 adına olan 0.08 ha torpaq sahəsinin və 1.45 ha özəl pay torpaq sahəsinin Cavabdeh anası X8 mülkiyyətində olan 0.65 ha özəl pay torpağı, 0.20 ha həyətyanı sahələrinin və Cavabdeh adına olan “VAZ” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-2602, KOD30320018 saylı Dövlət Aktının surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2.23 ha torpaq sahəsi Quba rayon Notariat Kontorunun 11.08.2005-ci il tarixli, 4-Ə-708 və 4-Ə-709 saylı müqavilələri əsasında İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş **********42 reyestr nömrəli, ********** qeydiyyat tarixli, 02.10.2019-cu il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,6458 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Quba rayon Polis Şöbəsinin 08.08.2019-cu il tarixli arayışından gprünür ki, özünün və mərhum anası X4 adına Quba rayon AİK-nın 01.11.1997-ci il tarixli, 14 saylı qərarı ilə 0,65 ha torpaq sahəsi üçün verilmiş Dövlət Aktı naməlum şəraitdə itmişdir. Bununla bağlı axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Qeyd olunan akt tapılmış əşya kimi Quba RPŞ-nə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-1233, KOD 30320018 saylı Dövlət Aktının surətindən görünür ki, Quba rayon AİK-nın 01.11.1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən X6 və Cavabdeh Quba rayonu, İİ Nügədi kəndində 0.65 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin 27.07.2021-ci il tarixli məktubundan görünür ki, X16 və ailə üzvlərinin adına olan 0.06 ha torpaq sahəsinə JN-185F, KOD30319018 nömərli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmiş, elektron məlumat bazasında öz əksini tapmışdır. 0.06 ha torpaq sahəsinə verilmiş JN-185F, KOD30319018 nömərli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və üzərində yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən X16 və ailə üzvlərinin adına 09.12.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********62-10301 reyestr nömrəli çıxarış işlənmiş və həmin çıxarış Sumqayıt Apelyasiya Məhkəməsinin 29.08.2016-cı il tarixli, 2(105)-1975/2016 nömrəli qətnaməsinə əsasən ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş olan 14.11.2006-cı il tarixli vəsiyyətnamədən görünür ki, X3 rayonu, İİ Nügədi kəndində yerləşən iki mərtəbəli, 4 otaqlı dam örtüyü qara dəmir olan yaşayış evini və 0.20 ha həyətyanı torpaq sahəsini oğlu Cavabdeh vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş 13.06.2008-ci il tarixli vəsiyyətnamədən görünür ki, X3 rayonu, İİ Nügədi kəndində yerləşən evini və torpaq sahəsini X9 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 405/2008 saylı, 28..04.2008-ci il tarixli qətnaməsi ilə, X19 ilə Cavabdeh müştərək qaydada 16.000 ABŞ dollarının alınaraq X10 verilməsi barədə Quba rayon Məhkəməsinin 15.01.2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş AN-İ ******* saylı, 08.01.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.6458 ha torpaq sahəsini 5.000 manata X1. İş materiallarına əlavə edilmiş Quba rayon İcra və Probasiya Şöbəsinin 08.01.2020ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, X16 08.01.2020-ci il tarixdə icra şöbəsinə ərizə ilə müraciət edərək, icra sənədi üzrə 16.000 ABŞ dolları məbləğində pulun əvəzinə DƏDRX-nın **********42 reyestr nömrəli çıxarışa əsasən sahəsi 0,6458 ha olan torpaq sahəsini borclu Cavabdeh götürdüyünü, qətnamə üzrə heç bir tələbinin olmadığını bildirərək icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Ona görə də, Quba rayon Məhkəməsinin 28.04.2008-ci il tarixli, 2(027)-33/2008 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş **********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 29.01.2020-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.6458 ha torpaq sahəsi X5 mülkiyyətindədir. İş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməxətşünaslıq ekspertizasının 4/1704 saylı, 06.01.2022-ci il tarixli ekspert rəyi ilə, ekspertizaya təqdim edilmiş X4, Cavabdeh adlarından İddiaçı adına bağlanmış olan 11.08.2005-ci il tarixli alğı-satqı müqaviləsiin kserosurətində “imzalar” hissəsində “CavabdehQ” yazıları qarşısında əsk olunmuş imza – Cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir. Quba rayon Məhkəməsinin 2(027)-74/2022 saylı, 29 aprel 2022-ci il tarixli qərarı ilə, iddiaçı X5 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin mülki iş üzrə təyin edilmiş və keçirilmiş "xxxx" MMC-nin 12.04.2022-ci il tarixli, 01/22-188 saylı mütəxəssis rəyi ilə, X10 məxsus olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.6458 ha torpaq sahəsinin 12.04.2022-ci il tarixə olan bazar dəyəri 20.000 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş "xxxx" MMC-nin 12.04.2022-ci il tarixli, 01/22-186 saylı mütəxəssis rəyi ilə, Quba rayonu, İİ Nügədi kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin 12.04.2022-ci il tarixə olan bazar dəyəri 140.000 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı Umat oğlu Cavabdeh 30000 (otuz min) manat məbləğində pulun alınması və Cavabdeh ilə X16 arasında Quba regional “Asan Xidmət” Mərkəzində bağlanmış 08.01.2020-ci il tarixli AN ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X5 adına verilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,65 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasını xahiş edir. Belə ki, 11.08.2005-ci il tarixli torpağın alğı-satqı müqaviləsi əsasında, cavabdehin anası X13 və Cavabdeh Quba rayonu, İİ Nügədin kəndində yerləşən 0,65 ha torpaq sahəsini 10.000.000 manata İddiaçı satmışlar. İddiaçı isə həmin alğı-satqı müqaviləsi əsasında Torpağa Mülkiyyət Hüququna dair JN-2602, KOD30320018 saylı Dövlət Aktı almışdır. İddiaçı mübahisə predmeti olan torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Həmin evin isə qiyməti "xxxx" MMC-nin 12.04.2022-ci il tarixli, 01/22-186 saylı mütəxəssis rəyi ilə 12.04.2022-ci il tarixə olan bazar dəyəri 140.000 manat olması müəyyən edilmişdir. Cavabdeh isə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, 11.08.2005-ci il tarixli torpağın alğı-satqı müqaviləsindən xəbərsiz olmasını, müqavilədə olan imzaların ona məxsus olmamasını qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş və məhkəmə-xətşünaslıq ekspertizasının 4/1704 saylı, 06.01.2022ci il tarixli ekspert rəyi ilə, ekspertizaya təqdim edilmiş X4, Cavabdeh adlarından İddiaçı adına bağlanmış olan 11.08.2005-ci il tarixli alğı-satqı müqaviləsinin kserosurətində “imzalar” hissəsində “CavabdehQ” yazıları qarşısında əsk olunmuş imzaların Cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir.Həmçinin cavabdeh iddiaçı ilə alğı-satqı müqaviləsi bağlamadığını qeyd etsə də, qarşılıqlı iddia ərizəsi verərək alğı-satqı müqaviləsinin ləğvini xahiş etmiş, dolayısı ilə tərəflər arasında müqavilənin mövcudluğunu qəbul etmişdir. Bundan başqa, Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, Quba rayon Notariat Kontorunda bağlanmış 4-Ə-709 saylı 11 avqust 2005-ci il tarixli alğı-satqı müqaviləsini ləğv edilməsini və ona dəymiş 30000 (otuz min) manat zərərin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ona ödənilməsini tələb edir. Lakin, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin təmin edilməsi üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı ərizəsində 4-Ə-709 saylı 11 avqust 2005-ci il tarixli alğısatqı müqaviləsinin onun razılığı olmadan bağlanılmasını, müqavilədə olan imzaların ona məxsus olmamasını irəli sürərək, qeyd olunan alğı-satqı müqaviləsinin ləğv edilməsini tələb etsə də, məhkəmə-xətşünaslıq ekspertizasının 4/1704 saylı, 06.01.2022-ci il tarixli ekspert rəyi ilə, ekspertizaya təqdim edilmiş X4, Cavabdeh adlarından İddiaçı adına bağlanmış olan 11.08.2005-ci il tarixli alğı-satqı müqaviləsinin kserosurətində “imzalar” hissəsində “CavabdehQ” yazıları qarşısında əsk olunmuş imzaların Cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı həmin müqavilənin alğısatqı müqaviləsi deyil, torpaq sahəsinin icarəyə verilməsi müqaviləsi olmasını və icarəyə verilmiş torpaq sahəsi üçün 3000 ABŞ dolları məbləğində ilkin iddiaçıdan pul almasını qeyd etsə də, həmin dövrdə rayon ərazisində 1 ha torpaq sahəsinin satış qiyməti 1000- 2000 ABŞ dollar olduğunu nəzərə alarsaq, qarşılıqlı iddiaçı tərəfindən 65 sot torpaq sahəsinin 3000 ABŞ dollarına ilkin iddiaçıya icarəyə verilməsi ağılabatan hesab edilə bilməz. Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 30.000 manat məbləğində pulun İddiaçı alınaraq ona verilməsini tələb etsə də, iddia tələbinin təmin edilməsi üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, qarşılıqlı iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Bundan başqa, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Nəsrəddin Umbat oğluna qarşı iddia tələbində cavabdeh İddiaçı Hümbət oğlunun zəbt etdiyi Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən 0,6458 ha torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsinin ona təhvil verilməsini xahiş edir. Beləki, müstəqil tələb irəli sürən üçüncü şəxs X16 mübahisə predmeti olan torpaq sahəsinin Cavabdeh tərəfindən alğı-satqı müqaviləsi əsasında borc əvəzi ona satılmasını iddia edir. İş materialları ilə müəyyən olunur ki, Quba rayon Məhkəməsinin 28.04.2008-ci il tarixli, 2(027)-33/2008 saylı qətnaməsi ilə, Cavabdeh və X7 müştərək qaydada 16.000 ABŞ dolları məbləğində pul ödəmə günü manat nisbəti ilə alınaraq X10 verilməlidir. Quba rayon İcra və Probasiya Şöbəsinin 08.01.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə, X16 08.01.2020-ci il tarixdə icra şöbəsinə ərizə ilə müraciət edərək, icra sənədi üzrə 16.000 ABŞ dolları məbləğində pulun əvəzinə DƏDRX-nın **********42 reyestr nömrəli çıxarışa əsasən sahəsi 0,6458 ha olan torpaq sahəsini borclu Cavabdeh götürdüyünü, qətnamə üzrə heç bir tələbinin olmadığını bildirərək icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Ona görə də, Quba rayon Məhkəməsinin 28.04.2008-ci il tarixli, 2(027)-33/2008 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin, iş materiallarında olan AN-İ ******* saylı, 08.01.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.6458 ha torpaq sahəsini 5.000 manata X1. Əgər Cavabdeh X10 borclu olduğu 16.000 ABŞ dolları pulun əvəzində mübahisə predmeti olan torpaq sahəsini vermişsə, o zaman onlar arasında bağlanmış AN- İ ******* saylı, 08.01.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsində həmin torpaq sahəsinin Təvəkkül Dadaşov tərəfindən Təvəkkül İsbalayevdən 5.000 manat məbləğə alınması əks olunmamalı idi. Belə ki, "xxxx" MMC-nin 12.04.2022-ci il tarixli, 01/22-188 saylı mütəxəssis rəyi ilə, X10 məxsus olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.6458 ha torpaq sahəsinin 12.04.2022-ci il tarixə olan bazar dəyəri 20.000 manat müəyyən edilmişdir. Bununla da, X16 ilə Cavabdeh arasında bağlanmış AN-İ ******* saylı, 08.01.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən etibarsız əqd olması sübuta yetirilir. AN-İ ******* saylı, 08.01.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsızlığı sübuta yetirildiyindən, onun əsasında X10 verilmiş **********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 29.01.2020-ci il qeydiyyat tarixli çıxarış da ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2). Mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən əqdin etibarsızlığına əsas olan halların mövcudluğunu sübut etmək əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Məhkəmə hesab edir ki, Cavabdeh hərəkət və ya hərəkətsizliyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən hüquqdan sui-istifadə olaraq qiymətləndirilməlidir. Belə ki, Cavabdeh İddiaçı Quba rayonu, İİ Nügədi kəndində yerləşən torpaq sahəsini satmasını inkar etsə də, iş üzrə keçirilmiş ekspert rəyləri və iş materialları ilə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya satılması sübuta yetirilmişdir. Lakin, Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X10 borclu olduğu 16.000 ABŞ dolları məbləğində pulun əvəzi olaraq mübahisə predmeti olan torpaq sahəsini vermişdir. İddiaçı 11.08.2005-ci il tarixli torpağın alğı-satqı müqaviləsi əsasında Torpağa Mülkiyyət Hüququna dair JN-2602, KOD30320018 saylı Dövlət Aktı alsa da, həmin torpaq sahəsi üzrə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarış almamışdır. İddiaçı mübahisə predmeti olan torpaq sahəsinə Dövlət reystrindən çıxarış almaması onun həmin torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının olmaması kimi qiymətləndirilməməlidir. Belə ki, həmin torpaq sahəsi 2005-ci il tarixdən iddiaçının mülkiyyətindədir və o, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Lakin, Cavabdeh Dadaşov Təvəkkül oğluna olan borcunu pərdələmək üçün iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq, həmin torpaq sahəsini borc əvəzinə X10 vermişdir. Nəticədə işdəki sübutlardan müəyyən olunur ki, mülkiyyətin ilkin sahibi hüquqlarından sui-istifadə edərək, həm iddiaçı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs arasında eyni formada müqavilələr imzalamışdır. Bunlardan iddiaçı ilə bağlanmış müqavilə satıcının və alıcının iradə ifadəsinə, əqdin məzmununa uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmışdır. Digəri isə tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün qarşı tərəfdə buna dair fikir formalaşdıran və görüntü yaratmaq məqsədi daşıyan əqd olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarında qeyd edir ki, “Torpaq İslahatı haqqında” Qanunda təsbit olunmuş vəzifələrin yerinə yetirilməsi daimi istifadəyə verilmiş həyətyanı torpaq sahələri üzərində vətəndaşların xüsusi mülkiyyət hüququnun təmin edilməsini və səlahiyyətli dövlət orqanları tərəfindən vətəndaşların torpaq sahələrinə xüsusi mülkiyyət hüququnun maneəsiz əldə olunması üçün bütün lazımı tədbirlərin görülməsini tələb edir. Bu mənada, həmin dövlət orqanları tərəfindən həyətyanı torpaq sahəsinin orada qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilməsi torpaq islahatlarının səmərəli həyata keçirilməsinə yönələn tədbirlərdən biri hesab oluna bilər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq xüsusi mülkiyyətə verilməsi qaydası, bu hüququn əmələ gəlməsində maraqlı olan və həmin sahədən vicdanla, fasiləsiz istifadə etmiş şəxslərə məhdudiyyətlər yaratmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrini hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hesab olunur. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən (bundan sonra – MPM) sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Mülki qanunvericiliyin qeyd edilən maddi hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə X16 arasında Quba regional “Asan Xidmət” Mərkəzində bağlanmış 08.01.2020-ci il tarixli AN ******* nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X5 adına verilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,65 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli və iddia qalan hissədə təmin ediməməlidir. Cavabdeh İddiaçı qarşı 11 avqust 2005-ci il tarixli “4-Ə-709 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi və ziyan” tələbinə dair qarşılıqlı iddia tələbi və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 İddiaçı və Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” dair iddia tələbi təmin edilməməlidir. Həmçinin, məhkəmə iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə X16 arasında Quba regional “Asan Xidmət” Mərkəzində bağlanmış 08.01.2020-ci il tarixli AN ******* nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X5 adına verilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,65 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İddia qalan hissə də təmin edilməsin. Cavabdeh İddiaçı qarşı 11 avqust 2005-ci il tarixli “4-Ə-709 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi və ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 İddiaçı və Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar