Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-681/2021 17.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin etibarnamə əsasında nümayəndəsi və vəkili X3, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsindən çıxarılma və ziyan tələbinə, Cavabdeh İddiaçı-nə qarşı mülkiyyət hüququnun tanınması və ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan qeyri yaşayış sahəsindən çıxarılma və ziyan tələbinə daİr iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (sahəsi 24 kv.m olan mağazadan) çıxarılması, Cavabdeh əldən çıxmış fayda olaraq (zərər) 5760 (beş min yeddi yüz altmış) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı-nə qarşı mülkiyyət hüququnun tanınması və ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (çıxarışın) sahəsi 24 kv.m olan mağaza hissəsində etibarsız hesab edilməsi, mağaza binasına onun mülkiyyət hüququnun tanınması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin ona vurmuş olduğu zərərin 75000 (yetmiş beş min) manat və 30 manat məbləğində dövlət rüsumun alınıb verilməsi və ilkin iddia üzrə tələblərin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, 05 yanvar 1992-ci ildə Paşa Ağayev, İmran Ağayev, Aydın Ağayev, Fərrux Ağayev, Südabə Ağayevanın iştirakı ilə İddiaçı Kiçik Müəssisəsi yaradılmış, Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı ilə şəhərin 29-cu məhəlləsində 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisindən ötrü İddiaçı Kiçik müəssisəsinə ayrılmış, İddiaçı kiçik müəssisəsi 26 iyun 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bundan sonra müəssisədə tikinti quraşdırma işləri başlanmış Qeydiyyat vəsiqəsinə əsasən Quba şəhəri, 29-cu məhəllədə yerləşən ticarət və ictimai iaşə binaları 15 fevral 2000-ci il tarixdə reyestr kitabında İddiaçı Kiçik Müəssisəsinin adına qeydiyyatdan keçmişdir. Müəssisədə tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul aktı 11 mart 2005-ci il tarixdə təsdiq edilmiş, əmlakın texniki inventarlaşdırma bürosu tərəfindən 16 mart 2006-cı ildə İddiaçı kiçik müəssisəsinin texniki pasportu tərtib edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı Kiçik Müəssisəsinə məxsus Quba şəhəri, 29-cu məhəllədə yerləşən ümumi sahəsi 2517,1 kv.m olan Ticarət Yarmarkası 31.03.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı müəssisəyə ayrılmış torpaq sahəsinə dair İddiaçı X2 X7 dair JN- 1287 KOD 30300001 JN-1287 saylı Dövlət Aktı verilmiş, 15.07.2014-cü il tarixli Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı Kiçik Müəssisəsinin direktoru və qanuni təmsilçisi X5r. Bundan sonra müəssisədə yeni tikinti quraşdırma işləri aparılmış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksi 10.07.2014-cü il qeydiyyat tarixli İddiaçı Kiçik Müəssisəsinin adına qeydə alınmışdır. İddiaçı Kiçik Müəssisəsi vergi ödəyicisi kimi özünə məxsus qeyri yaşayış obyektlərini icarəyə verərək qazanc əldə edir. Cavabdeh uzun illərdir İddiaçı Kiçik Müəssisəsinin o vaxtkı direktoru Paşa Ağayevlə şəxsi münasibətlərindən istifadə edərək müəssisəyə aid 24 kv.m sahəsi olan qeyri yaşayış obyektini istifadə edir, icarə haqqı vermir, ümumiyyətlə müəssisə ilə icarə müqaviləsi bağlamaqdan imtina edir. Dəfələrlə ona həmin sahəni boşaltmağı tələb etsək də, cavabdeh bundan imtina etmişdir. 2020-ci ilin fevral ayında İddiaçı-nə Sumqayıt Apelyasiya Məhkəməsindən bildiriş gəlir və müəssisə üçüncü şəxs kimi işə cəlb olunaraq məhkəmədə iştirak etmək tələb olunur. Bu zaman məlum olur ki, Cavabdeh Şixvəli oğlu qanunsuz olaraq istifadə etdiyi İddiaçı-nə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən məxsus olan ümumi sahəsi 2454,4 kv.m tikintinin 24 kv.m torpaq sahəsində yerləşən mağaza binasına mülkiyyət hüququnun tanınması barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edir. Məhkəmənin 08 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin iddiası mümkün sayılmır. Həmin qərardan cavabdeh apelyasiya şikayəti ilə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-130/2019 saylı, 30 aprel 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qərarı ləğv edilərək, iddia qismən təmin olunmuş, iddiaçının adına Quba şəhəri, 22-ci məhəllə, 24 kv.metrlik torpaq sahəsində yerləşən mağaza binasına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan Azərbaycan Respublikası Əmlak Məsələləri yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2431/2019 nömrəli, 14 avqust 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bundan sonra İddiaçı Kiçik müəssiəsi üçüncü şəxs kimi işə cəlb edilmiş, məhkəmə iclası zamanı cavabdehin çıxarış almaq istədiyi mağazanın çıxarışla müəssisəyə məxsus olması, cavabdehin iddiasına görə guya həmin mağazanı müəssisənin əvvəlki direktoru tərəfindən 30.12.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ona satılması iddiasının heç bir əsasının olmaması, həmin qeyri yaşayış obyektlərinin hələ 15 fevral 2000-ci ildə müəssiəsiyə məxsus olması, ona görə də hələ müəssisəyə məxsus olmayan hüquqlarının dövlət qeydiyyatına alınmayan yarımçıq tikilinin satılmasının qanunsuz olması, həmin tikilinin satılmasının mümkün olmaması barədə etirazı məhkəməyə təqdim etmişlər. Bundan sonra işi ətraflı araşdıran Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-53/2020 saylı, 21 may 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin ilkin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərarla razılaşmayaraq kassasiya şikayəti vermiş, lakin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2-1(102)-1679/2020 nömrəli qərarı ilə cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-53/2020 saylı, 21 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə qərar çıxarıldıqdan sonra Cavabdehlə danışıqlar aparmaq, müəssisəyə məxsus mağazadan çıxması ilə bağlı onunla razılığa gəlmək istəmişlər. Lakin cavabdeh heç cürə razılığa gəlməmiş, müəsisəyə məxsus mağazanı tərk etmək istəmədiyini bildirmişdir. Belə olan halda cavabdehin qanunsuz olaraq 2000-ci ildən istifadə etdiyi mağazaya görə müəssisə olaraq icarə haqqı kimi vurduğu ziyanı, əldən çıxmış faydanı tələb etmək qərarına gəlmişdir. Ona görə ki, İddiaçı mülkiyyətində olan mağazaların kvadradmetrini aylıq 4 (dörd) manata icarəyə verərək gəlir əldə edir. Bu barədə nümunə olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin müəssisəyə qarşı tətbiq etdiyi cərimə və məhkəmə mübahisəsi barədə qərarı əlavə edirlər. Cavabdeh də İddiaçı-nin mülkiyyətində olan 24 kv.m-lik mağazanı uzun illərdir qanunsuz, heç bir icarə haqqı vermədən istifadə edir. Belə olan halda cavabdehin qanunsuz olaraq tutduğu müsəsisəyə məxsus 24 kv.m sahəsi olan mağazaya görə cavabdeh əslində 24 kv.m x 4 manat aylıq 96 manat olmaqla, bir illik 96manat x12 ay = 1152 manat məbləğində icarə haqqı ödəməli, cavabdehin mağazanı 2000-ci ildən istifadə etməsini nəzərə alaraq 1152 manat/illik x 20 il =23040 manat edir. Lakin yenə də humanistlik edərək cavabdehdən beş illik 1152 manat/illik x 5 il = 5760 (beş min yeddi yüz altmış) manat əldən çıxmış faydanı tələb edir. Beləliklə Cavabdeh müəssisə ilə heç bir icarə müqaviləsi bağlamadan müəssisənin mülkiyyətində olan istifadə etdiyi 24 kv.m sahəsi olan mağazaya adına mülkiyyət hüququnu qeyd aldırmaq istəmiş, lakin ədalətli məhkəmə araşdırması nəticəsində, cavabdehin qanunsuz tələbi rədd edilmişdir. Cavabdeh isə heç bir əsas olmadan müəssisənin mülkiyyətində olan 24 kv.m sahəsi olan mağazanı qanunsuz olaraq istifadə edir və icarə haqqı ödəmir, mağazanı tərk etməkdən imtina edir, müəssisə mağazaya dair mülkiyyət hüququnu həyata keçirə bilmir. Buna görə də müəssisə uzun illərdir mağazanı icarəyə verə bilməmiş, gəlirdən məhrum olmuşdur. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı olan İddiaçı KM-nin mərhum sədri Paşa Ağayevlə qabaqcadan tanışlıqları belə başlamışdır. O, səhmdarı olduğu “Quba Nəqliyyat” ATSC-nin (keçmiş Quba avtobazası) Paz markalı avtobusunda sürücü işləmiş və Quba-Dərbənd (Rusiya Federasiyası) marşurutunda işləmişdir. İşlədiyi dövrdə təxminən 1995-2000-ci illərdə o, Dərbənd şəhərində ərzaq və qeyri-ərzaq məhsullarını daşımaqla “İddiaçı KM”də fəaliyyət göstərən sahibkarların tələbatlarını ödəmişdir. Həmin vaxtı o, KM-nin sədri ilə tanış olmuş, onun sifarişlərini icra etmişdir. 1999-cu ildə Paşa Ağayev ona müraciət edərək, oğlu Fərruxun bir türk vətəndaşına külli miqdarda borcu olması səbəbindən barəsində cinayət işinin açılması və axtrarışa verilməsini, məsuliyyətdən azad olunması üçün dələduzluq yolu ilə mənimsənilən pulun qaytarılmasına köməklik göstərilməsi məqsədilə müəssisənin mülkiyyətində olan yarımçıq tikilini almağını xahiş etmişdir. Lakin o, buna ehtiyacı olmadığını bildirərək təklifi qəbul etməmişdir. Lakin sonradan mərhum Paşa Ağayev yaşadığı evinə gələrək oğlunun borcunun qaytarılmasına heç bir adam köməklik etmədiyini bildirərək bu məsələdə ona köməklik etməsinə dair xahişlərini nəzərə alaraq yarımçıq tikili olan 24.kv.m torpaq sahəsində yerləşən mağaza binasını (yarımçıq tikilini) almaq üçün razılığa gəlmişlər. Beləliklə, onlar notariat kontoruna müraciət etmiş və yaramçıq tikilinin dəyərini 800 min AZN məbləğində pulu ödəməklə 30.12.1999-cu il tarixdə Quba rayon Notriat kontorunda İddiaçı KM-nin sədri mərhum Paşa Ağayevlə alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqavilənin 1-ci bəndinə əsasən “İddiaçı" KM-nin ərazisində inşa edəcəyi tikintinin şəxsi əmlakı sayılması, lakin tikinti üçün ayrılmış 24 kv.m sahə müəssisənin torpaq sahəsi ilə ümumi balansında oturması səbəbi ilə bölünməz olaraq qalması, mağzasının yerləşdiyi 24 kv.m torpaq sahəsinə görə ildə torpaq vergisi nəğd yolla tərəfindən müəssisənin kassasına köçürülməsi öhdəliyi müəyyən edilmişdir. Həmin müqavilənin sonrakı bəndlərində inşa olunmuş tikintidə elektrik enerjisindən istifadə etdiyi halda sayğac üzrə sərfiyyatın məbləğinin müəsisənin hesabına köçürülməyini, torpaq sahəsindən istəfədə etdiyi halda müvafiq rüsum ödəməli olduğu, sanitar gigiyena, yanğından mühafizə qaydalarına əməl etməyi öhdəsinə götürmüşdür. Bağlanılan müqavilənin tərəfindən tikinti sahibi kimi qeyd edilməsi isə obyektin onun tərəfindən tikiləcəyini sübut edir. Keçən müddət ərzində müqavilə üzrə öhdəliklərini icra etmiş və İddiaçı KM-nin ********** VÖEN hesabına müqavilə üzrə payına düşən ödənişləri (24 kv.m torpaq sahəsinə, zibillərin daşınmasına və sair xidmətlərə) həyata keçirmişdir. Mağazanı tikib başa çatdırdıqdan sonra mərhum Paşa Ağayev ona satılan mağaza binasına dair sənədləri hazırlayıb təqdim etmişdir. Həmin sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 12.12.2012-ci il tarixində verilmiş lisenziya əsasında "Bakı Torpaq” layihə smeta bürosunun təsdiq etdiyi layihə, obyektin yerləşdiyi sahənin elekton çəklişi, mağazanın plan-layihəsi ona təqdim edilmişdir. Həmin sənədlərdə hüquq subyektin sahibi Cavabdeh kimi, həmçinin Quba şəhəri 29 məhəllə İddiaçı KM - Cavabdeh məxsus ticarət obyekti kimi göstərilmişdir. Bundan başqa 12 iyul 2010-cu il tarixli etibarnamə ilə ona məxsus olan həmin mağazanı X6 etibarnamə ilə iki il müddətinə təyinatı üzrə istifadəsinə vermişdir. Lakin Fərrux vərəsəlik qaydasında "İddiaçı" KM-nin mülkiyyətçisi (sahibi) olduqdan sonra mağazasına gələn işiğı kəsmiş, giriş-çıxış qapısının ağzına tikinti materialları yığaraq, sonra isə icarəyə verməklə fəaliyyətinə maneələr yaratması səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. VÖEN hesabını bağlamışdır. Mülkiyyət hüququnun pozulması səbəbindən 30.12.1999-cu il tarixli Müqaviləyə uyğun müəyyən olunan şərtləri pozması səbəbindən əvvəlcə razılığa gəlmək üçün təkliflər etmişdir. Təklifi ondan ibarət olub ki, o, satılan və mülkiyyəti olan 24 kv.m həcmdə mağazanın əvəzinə Quba şəhərinin istənilən ərazisindən mağaza alınıb mülkiyyətinə verilməsi və yaxud dəyərinin müəyyənləşdirib ödənilməsi olmuşdur. X9 mağazasının dəyərini tələb etdiyi 18 000 (on səkkiz min) manat əvəzinə 12 000 (on iki min) manat ödəməyə razılaşmışdır. Lakin sonradan həmin razılığı da pozmuş 12 iki min manat pulu də ödəməyə imtina etdikdən sonra aidiyyatı qurumalara şikayətlər etmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar 1649 (dəfə) saylı şikayət ərizəsi əlavə edərək bildirir ki, şikayət ərizələrindən başqa 7 generalın , baş prokurorun , Ədliyyə Nazirinin , müavinlərinin PA qanunvericilik şöbəsinin müdiri Şahin Əliyevin və sair dövlət rəhbərlərinin qəbullarında olmuşdur. Nəhayət məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək mağazasının dövlət qeydiyyatına alınmasının cavabdeh DƏDRX-nin vəzifəli şəxslərinin üzərinə qoyulması tələbi təmin edilməmişdir. Səbəb isə, mağazasının onun xəbəri olmadan qanunsuz “İddiaçı KM”-nin balansına keçirilməsi olmuşdur. Həmçinin notariat qaydasında aralarında bağlanmış müqavilənin arxiv sənədinin reyestr kitabının arxivə təhvil verilməməsi müəyyən edilsə də, həmin məhkəmə qərarlarında alqı-satqı müqaviləsinin qanuniliyi müəyyən edilmişdir. Ən maraqlısı odur ki, guya Fərrux Ağayev iddia ərziəsində bildirir ki, alqı-satqı, müqavilə “İddiaçı KM”-nin hesabına köçürülmüş vəsaitlərdən xəbəri olmamışdır. Digər tərəfdən isə qeyd etmişdir ki, razılığa gələ bilməmişik. Apelyasiya qaydasında işə cəlb edilən “İddiaçı KM” MMC-nin sahibi dələduzluq hərəkətinin mülki qaydada baxılması zamanı xüsusi qərardad qəbul edilmədən öncə cəzasız qalması səbəbindən sui-istifadə edərək ona qarşı icarə haqqının ödənilməsi və mülkiyyəti olan mağaza binasından çıxarılmağı barədə qanunsuz iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbinin təmin edilməsi əsasları kimi 30.12.1999-cu il tarixdə Quba rayon Notariat kontorunda “İddiaçı KM”–nin sədri mərhum Paşa Ağayevlə bağlanmış alqı-satqı müqaviləsi; 30.12.1999-cu il tarixdə mərhum Paşa Ağayevlə aralarında bağlanmış əlavə müqavilə; Obyektin ona məxsus olması barədə KM-nin mərhum sədri tərəfindən hazırlanmış layihə sənədləri; İcarə müqaviləsi; “İddiaçı KM”-ə 24.kv.m torpaq sahəsinə və xidmətlərə görə ********* VÖEN hesabına ödəniş qəbzləri işə əlavə olunmuşdur. Hesab edir ki, keçən müddət ərzində sahibkarlıq fəaliyyətinin qəsdən məhdudlaşdırılması səbəbindən ona dəyən zərəri də (əldən çıxmış fayda) qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı KM-i tərəfindən məhkəmə qaydasında ödənilməsi təmin edilməlidir. 2015-ci ildən cavabdeh İddiaçı KM-nin mülkiyyətçisi Fərrux Ağayev onun qanuni fəaliyyətini məhdudlaşdırmaqla mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum etmişdir. Mağazada sahibkarlıq fəaliyyətilə ayda təqribən 1000-1500 manat məbləğində gəlir əldə etdiyi, yəni 2015-ci ildən fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığından 2015-2021-ci illərdə mülki dövriyyə şəraitində hər ay ona ən aşağı gəlirlə hesablansa 1000 manat x 75 ay= 75000 manat məbləğində zərər vurulmuşdur ki, həmin məbləğdə zərəri də ödəməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin etibarnamə əsasında nümayəndəsi X8 ilkin iddianı müdafiə edərək qarşılıqlı iddia tələbini qəbul etməyərək məhkəməyə verdiyi izahatına bildirdi ki, iddiaçının direktor olduğu müəssiəsə mağzaları icarəyə verməklə qazanc əldə edir. Müəssisə ərazisindəki bütün mağazalara müəssisənin mülkiyyət hüququ tanınmışdır. Cavadbeh 2000-ci ildən müəssisəsəyə məxsus mağazadan istifadə edir, sonra isə mağazanı bağlı saxlayaraq zəbt etmiş, mağazanı boşaltmaqdan imtina edir. Hətta mağaza müəssisənin mülkiyyətində olmasına baxmayaraq, müəssisədən xəbərsiz həmin mağazaya mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsilə inzibati məhkəməyə müraciət etmiş, işin ətraflı araşdırılması nəticəsində cavabdehin iddiası rədd edilmişdir. Hazırda cavabdeh müəssisəyə məxsus mağazadan çıxmaqdan imtina edir və bu azmış kimi, əsassız olaraq ikinci dəfə məhkəməyə müraciət edərək mülkiyyət hüququnun tanınmasını xahiş edir. Qarşılılqı iddia tələbi ilə bağlı məhkəməyə verdiyi izahatında qeyd etdi ki, qarşılıqlı iddia tələbi əsassızdır. Ona görə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (çıxarışın) sahəsi 24 kv.m olan mağaza hissəsində etibarsız hesab edilməsini xahiş etmiş, həmin çıxarışın etibarsız hesab olunması üçün əsas olan halı sübut edə bilməmişdir. Müəssisəyə məxsus çıxarış qanuni əsaslarla verilmişdir. Bundan əvvəl Xankişi Hacıverdiyin iddiası üzrə inzibati qaydada işə baxan məhkəmələr Cavabdeh iddia tələblərinin heç bir hüquqi əsasının olmadığı qənaətinə gəlmişlər. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı Xankişi Hacıverdiyin müəssəyə məxsus mağaza binasına mülkiyyət hüququnun tanınması tələbi də əsassızdır. Ona görə ki, həmin mağaza binası İddiaçı-nin mülkiyyətindədir. Həmin mağazaya təkrar olaraq başqa şəxsin mülkiyyət hüququnun tanınması yolverilməzdir. Qarşılıqlı iddia tələbinin 75000 (yetmiş beş min) manat zərər hissəsi də heç bir sübuta əsaslanmadığından qanunsuzdur. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, məhkəməyə verdiyi izahatında bildirdi ki, keçmiş Quba avtobazasında Quba-Dərbənd marşurutu üzrə avtobus sürücüsü işləmiş, həmin vaxtı keçmiş Birja adlanan ərazidə fəaliyyət göstərən sahibkarlar üçün satmağa məhsullar daşımışdır. Bu zaman keçmiş birjanın müdiri Paşa Ağayevlə tanış olmuşdur. Bir müddət sonra Paşa Ağayev onun yanıma gələrək pula ehtiyacı olduğu üçün həmin ərazidə mağaza almağı ondan xahiş etmişdir. O, bir müddət buna tərəddüd etsə də, sonradan razılaşmışdır. Beləliklə, 1999-cu ildə Paşa Ağayev keçmiş birja ərazisində sahəsi 24 kv.m olan mağazanın ona satılması barədə Notariat Kontorunda alqı satqı müqaviləsi bağlamışdır. Həmin mağazanı tikmiş, hətta vaxtilə Paşa Ağayev mağazanın qarşısında ona malların boşaltması üçün bir qədər ərazi vermişdir. Bir neçə il sonra Fərrux Ağayev müəssisəyə gəlmiş və rəhbərlik etmişdir. Bu zaman Fərrux Ağayev İddiaçı-nin ərazisindəki mağazaların köhnələrini sökərək yenidən tikmişdir. Belə olan halda ona başqa bir ərazidən yeni tikilən bir mağaza vermiş və o da həmin mağazada fəaliyyət göstərməyə başlamışdır. 2015-ci ildən Fərrux Ağayev onun mağazasına gedən elektrik enerjisi xəttini kəsmiş, bundan sonra o, da Fərrux Ağayevdən müxtəlik orqanlara müraciətlər etməyə başlamışdır. Ona görə də ilk iddia tələbinin rədd edilməsini qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaların predmetlərini və dəlillərini nəzərə alaraq, məhkəmə hesab edir ki, ilk öncə tərəflər arasındakı münasibətlər araşdırılaraq iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə qarşı tərəflərin iddianın əsassızlığı ilə bağlı göstərdiyi hallar və dəlilləri nəzərə alınmaqla əsaslı olması yoxlanılaraq, hüquqi qiymət verilməlidir. İddia tələblərinin bu cür qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” 1.Məhkəmənin ilk iddia üzrə qiymətləndirməsi; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 10.07.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* seriyalı Çıxarışa əsasən Quba şəhəri 29-cu məhəllə ərazisində yerləşən ümumi sahəsi 2454,4 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisə İddiaçı Kiçik müəssiəsinin adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbycan Respublikası Vergilər Nazirliyi yanında 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı Kiçik Müəssiəsi MMC-nin qanuni təmsilçisi X5r. İş materiallarında olan qeyri-yaşayış sahəsinin texniki-pasportundan görünür ki, Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı kiçik müəssəsi MMC-nin tikinti altı sahəsi 2866,7 kv.m, ümumi sahəsi 2517,1 kv.m sahəsi, əsas 2517,1 kv.m-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş huquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mulkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mulkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə görə də hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə huququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Huquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnrot İsveçə qarşı işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Avropa insan hüquqları məhkəməsi ≪Sporrong və Lonnrotun İsvecrə qarşı≫ məhkəmə işi üzrə qərarında (A 52(1982) və bundan sonra qəbul etdiyi digər qərarlarında belə mövqe nümayiş etdirmişdir ki, mulkiyyət hüququnun məzmununa mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi, mülkiyyətdən məhrum edilməsinin yolverilməzliyi; habelə mülkiyyətindən istifadəyə nəzarət səlahiyyətləri də daxildir, Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə və Avropa İnsan Hüquqları Konvensiyasına görə mülkiyyətçinin iradəsinə zidd onun mülkiyyətindən istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan huquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə mudafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin mudafiəsi və yaxud təsdiqi uçun məhkəməyə muraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Quba rayon XDS Rəyasət heyətinin 08 sentyabr 1992-ci il tarixli, 107 saylı qərarına əsasən Quba şəhəri, 29-cu məhəllədə yerləşən 1,5 ha torpaq sahəsi ticarət yarmarkasının tikintisi məqsədilə “İddiaçı Kiçik Müəssisəsinə ayrılmış, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Komunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 111 nömrəli qeydiyyyat va vəsiqəsinə əsasən isə qeyd olunan ticarət və ictimai və ictimai iaşə binaları, həmçinin iddiaçının 30.12.1999-cu il tarixli, alqı-satqı müqaviləsinə əsasən satın aldığı 24 kv.metrlik yarımçıq tikili 15 fevral 2000-ci il tarixdə “İddiaçı Kiçik Müəssisəsinin adına qeydiyyatdan keçmişdir. Sonradan həmin ticarət yarmarkası “İddiaçı Kiçik Müəssisəsinin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, ilk iddia Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (sahəsi 24 kv.m olan mağazadan) çıxarılma hissəsində təmin olunmalıdır. Həmçinin, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh əldən çıxmış fayda olaraq (zərər) 5760 (beş min yeddi yüz altmış) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı-nə ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPMP-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nipn 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara təqdim edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübuitlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Əfsər Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, əsaslı şübhə yeri qoymayan sübutlar kifayət qədər güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair eyni cür təkzibedilməz ehtimalların mövcudluğundan irəli gələ bilər. Göstərilən qanun normalarının tələbinə görə iddiaçı tələb etdiyi məbləğdə cavabdeh tərəfindən ona maddi zərər vurulması və cavabdehin həmin zərəri ona ödəmək öhdəliyi daşımasını sübut etməlidir. Lakin ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh tərəfindən ona maddi zərər vurulması, həmin məbləğin ona ödənilməsi öhdəliyini daşımasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ilk iddia Cavabdeh əldən çıxmış fayda olaraq (zərər) 5760 (beş min yeddi yüz altmış) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı-nə ödənilməsi hissəsində təmin olunmamalıdır.
2. Məhkəmənin qarşılıqlı iddia üzrə qiymətləndirməsi; İş materiallarında olan 30.12.1999-cu il tarixli alqı-satqı müqaviləsinin surətinə əsasən Quba şəhəri, 22-ci məhəllədə yerləşən 24 kv.metrlik yarımçıq tikili 240.000 manata Cavabdeh tərəfindən X1 alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1679/2020 nömrəli, 26.08.2020-ci il tarixli qərarından görünür ki, iş üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsi barədə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-53/2019 nömrəli, 21 may 2020ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; - məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki-Prosessual Məcəllənin yuxarıda göstərilən normalarını ümumiləşdirərək bir daha qeyd etmək lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki-Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki-Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1679/2020 nömrəli, 26.08.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh qeyri-yaşayış sahəsini qanunla müəyyən edilmiş qaydada 30 dekabr 1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyini bildirib hüququn qeydə alınmasını xahiş etmiş, həmin alqı-satqı müqaviləsinin predmeti olan 24 kv.m yarımçıq tikilinin müqaviləyə qədər satıcının mülkiyyətində olması, daşınmaz əmlakın reyestrində qeydə alınması sübuta yetirilməmiş, Cavabdeh tikilinin yerləşdiyi torpaq sahəsinin planı və ölçüsünü məhkəməyə təqdim edə bilməmişdir. Həmin əsaslarla, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-53/2019 saylı, 21 may 2020-ci il tarixli qərarı (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 8 noyabr 2018-ci il tarixli qərarının (iddianın Quba şəhəri, 22-ci məhəllədə 24 kv.m torpaq sahəsində yerləşən mağaza binasına mülkiyyət hüququnun tanınması hissəsində mümkün sayılmaması) dəyişdirilmədən saxlanılması) dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh mağaza binasına onun mülkiyyət hüququnun tanınması tələbi ilə bağlı məsələyə bundan əvvəl işə baxılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2-1(102)-1679/2020 saylı qərarında qiymət verildiyindən, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (çıxarışın) sahəsi 24 kv.m olan mağaza hissəsində etibarsız hesab edilməsi, mağaza binasına onun mülkiyyət hüququnun tanınması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı-nin ona vurmuş olduğu zərərin 75000 (yetmiş beş min) manat və 30 manat məbləğində dövlət rüsumun alınıb verilməsi tələbi barədə qarşılıqlı iddiası təmin edilməməlidir. Beləliklə məhkəmə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin etibarnamə əsasında nümayəndəsinin və ilk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (sahəsi 24 kv.m olan mağazadan) çıxarılmalı, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət e t d ı̇
İlk iddia qismən təmin edilsin. Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən İddiaçı-yə məxsus ümumi sahəsi 2454,4 kv.m olan əmlak kompleksindən (sahəsi 24 kv.m olan mağazadan) çıxarılsın. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Vüqar Seyidov