Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-686/2020 14.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı, İddiaçı Cavabdeh qarşı “pul və mənəzi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50.000 manat borc pulun, mənəvi ziyana görə 3000 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul olmaqla, cəmi 53.030 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2014-cü ildən oğlu Elçinə görə tanıyır. Oğlu Elçinlə onu, Quba rayonu, Zizik kənd sakini X2 tanış edib. Mustafayev Məmməd ondan xx.xx.2015-ci il tarixdə 4.000 manat borc pul almış və öz xətti ilə iltizam yazaraq xx.xx.2015-ci il tarixə kimi qaytaracağına söz vermişdir. Hal-hazırda M.İ.Mustafayev barəsində dulduzluq maddəsi ilə cinayət işi araşdırılır. Cavabdeh Mikayılov X1 Quba filialından 50.000 manat kredit götürmək istəyib və oğlundan xahiş edib ki, bankda ona zamin dursun. Oğlu Elçinin pula ehtiyacı olduğu üçün cavabdehdən 13.000 manatı da özünə istəmişdir. Buna görə də, oğlu cavabdehə zamin durmuş və yaşadığı Quba şəhəridəki evi də banka girov qoymuşdur. Müəyyən müddət keçdikdən sonra kreditin aylıq məbləğini ödəyə bilməmiş və buna görə də, evini sataraq bankın kreditini tam ödəmişlər. Cavabdeh söz vermişdir ki, yaxın müddətdə ona pulu qaytaracaq. Evsiz qaldığına görə Quba şəhərində Nərgiz adında şəxsin evini tapmış və aralarındakı razılığa əsasən Xaçmaz şəhəri, Qaraqurtlu kəndində ona 13.000 ABŞ dollarına Teymurov Əlipulatın evini tapmışdır. Həmin evin pulunu tam verə bilmədiyinə görə 6.000 ABŞ dollarını Əlipulata vermiş və qalan məbləği də Talehdən alıb verəcəyini bildirmişdir. Cavabdeh uzun müddət pulunu verə bilməmiş və Əlipulat Nərgizin evindən çıxararaq başqa şəxsə satmışdır. Əlipulat da verdiyi 6.000 ABŞ dollarını ona qaytarmamışdır. Əli pulu aldığını etiraf etsədə pulu ona vermir. Bütün bunlarla bağlı o, Xaçmaz və Quba RPŞyə ərizə ilə müraciət etmiş, araşdırma zamanı hadisənin mülki xarakterli olduğundan məhkəmə qaydasında məsələni mübahisələndirməyi ona məsləhət görmüşlər. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddia İddiaçı iddianı müdafiə edərək, evi banka girov qismində qoyub pul götürmüşlər. Həmin puldan 13.000 manatını oğlu almış, 27.000 manatını isə cavabdehıə vermişlər. Qeyd olunanların nəzərə alınaraq, iddanın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində xx.xx.2020-ci il tarixli məhkəmə iclasında dirdirilmiş X2 qeyd etmişdir ki, iddiaçını tanıyır. Cavabdeh iddiaçının evini banka girov qoyaraq pul götürüb. Razılaşmalarına görə götürdükləri pulun 1/3 iddiaçı, yerdə qalan 3/2 isə cavabdeh arasında bölünmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı əvvəlcədən aralarında olan şifahi razılaşma əsasında Cavabdeh zamin durmuş və özünə məxsus evi bankda girov saxlamaqla götürdüyü 50.000 manat kreditin 27.000 manatını Cavabdeh vermişdir. Lakin, məsələ mülki xarakterli olması səbəbindən Cavabdeh barəsində cinayət təqibinin və material ezrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı əvvəlcədən aralarında olan şifahi razılaşma əsasında Cavabdeh zamin durmuş və özünə məxsus evi bankda girov saxlamaqla götürdüyü 50.000 manat kreditin 27.000 manatını Cavabdeh vermişdir. Lakin, cavabdeh həmin kredit ödənişində öz üzərinə düşən öhdəliyin icrasından yayınmışdır. Cavabdehin iddiaçıya 27.000 manat məbləğində pul borclu olması iş materiallarında olan Quba RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarı ilə və şahid ifadəsi ilə də, öz təsdiqini tapmışdır. Bundan başqa «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X4 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Lakin,işin faktiki hallarından görünür ki, iddiaçının mənəvi sarsıntı keçirməsi, o, bu və ondan sonrakı prosesslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etsə də, bununla bağlı məhkəməyə hər-hansısa bir sübut təqdim etməmişdir. Ona görə də, iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 328.8-ci maddəsinə əsasən, müəyyən şərtlə əqd bağlamış şəxsin ixtiyarı yoxdur ki, şərt baş verənədək öhdəliklərinin icrasına maneçilik törədə bilən hər hansı hərəkəti yerinə yetirsin. Əgər şərt müəyyən müddətdə baş verərsə və şəxs həmin hərəkəti icra etmiş olarsa, bu hərəkət nəticəsində əmələ gəlmiş ziyanın əvəzini digər tərəfə ödəməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-1092.2-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya,əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 27.000 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi həmin hissədə əsaslıdır və qismən təmin edilməlidir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tərəflər arasında bölünməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 50%-i iddiaçıya, 50%-i cavabdehə aid edilməli, cavabdehdən 15 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 27.000 manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 50%-i iddiaçıya, 50%-i cavabdehə aid edilsin. Cavabdeh 15 manat məbləğində pul alınaraq, iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-686/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-686/2020
14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver