Məhkəmə qərarları › İş №2(027)-687/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-687/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-687/2021 26.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh 2019-cu il mart ayında aldığı 1700 manat borc pulun və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 1730 (bir min yeddi yüz otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh ondan 2019-ci ilin mart ayında 1700 manat borc pul almışdır. Onda pul olmadığı üçün cavabdeh yalvar-yaxar edərək xahiş eləyib, hətda cavadeh ona bildirib ki, anasının evini təmir eləyir, evin damından yağış yağanda su damır. O da cavadehə inanaraq X2 1700 manat kredit alaraq cavabdehə borc verib. Cavabdeh ona bildirib ki, kapital banka krediti vaxtında ödəyəcək. Lakin cavabdeh kapital Bankdan aldığı krediti vaxtında ödəmədiyi üçün Kapital Bank onun təqaüdündən hər ay 117 manat pul tutur və əlavə özü də ödənişləri edir. Bu günədək cavabdehdn dəfələrlə borcu istəsə də, hərdəfə cavabdeh müxtəlif bəhanələr edərək onun pulunu verməkdən boyun qaçırır. Sonuncu dəfə cavabdehdən borcunu istəsə də, cavabdeh onu təhqir edərək üstünə qışqırıb ki, pulu yoxdur olanda verəcək. Şəkər xəstəsi olduğuna görə şəkəri qalxıb və buna görə bir necə dəfə müalicə alıb. Cavabdeh hərdəfə ona müxtəlif bəhanələr edərək 2019 ci ilin mart ayında aldığı 1700 manat borc pulu qaytarmır, bu səbəbdən o məcbur olub məhkəməyə iddia ərizəsi verməli olub. Əlavə olaraq bildirdi ki, 1700 manat məbləğdə pulu Cavabdeh verəndə o, ona həmin puldan 300 mantını qaytarmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 2019-cu il mart ayında aldığı 1700 manat borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 1730 (bir min yeddi yüz otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, İddiaçı borc pul alanda həmin puldan 500 manatını ona verib və ondan 1200 manat borca pul alıb və razılaşdıqları kimi yanvar ayına qədər hər ay 120 manat pulu banka pul ödəyib. Hal-hazırda onun İddiaçı borcu yoxdur. Ona qarşı verilmiş iddia əssasızdır və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı İddiaçı və Cavabdeh dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, işdə olan “Kapital Bank” ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kedit müqaviləsinə əsasən “Kapital Bank” İddiaçı 18 ay müddətinə 1750 manat kredit vermişdir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 40101 nömrəli qəbzlə 95 manat, xx.xx.2019-cu il tarixli terminal 2107 nömrəli qəbzlə 120 manat, xx.xx.2019-cu il tarixli terminal nömrəsi KO114062 olan qəbzlə 120 manat, xx.xx.2019-cu il tarixli terminal nömrəsi KO165002 olan qəbzlə 120 manat, xx.xx.2019-cu il tarixli terminal nömrəsi 00934 olan qəbzlə 120 manat, xx.xx.2020-ci il tarixli terminal nömrəsi 1044 olan qəbzlə 120 manat, xx.xx.2019-cu il tarixdə 5 manat, xx.xx.2019cu il tarixdə 10.50 manat, xx.xx.2019-cu il tarixdə terminal nömrəsi 00934 olan qəbzlə 100 manat, xx.xx.2019-cu il tarixdə terminal nömrəsi 00934 olan qəbzlə 110 manat, xx.xx.2019-cu il tarixdə terminal nömrəsi 00934 olan qəbzlə 120 manat, xx.xx.2020-ci il tarixdə terminal nömrəsi 2238 olan qəbzlə 120 manat, xx.xx.2019-cu il tarixdə terminal nömrəsi KO165002 olan qəbzlə 120 manat məbləğində pul vəsaitini Cavabdeh “Kapital Bank”ın ******* nömrəli müştəri hesabına ödəmişdir. İşdə olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba şəhəri, Sabir küçəsi, ev 49-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörör, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 1700 manat borc pul almış və həmin pul vəsaitindən 300 manatı borcu alan kimi ödəmiş və qalan 1400 manat məbləğdən hissə-hissə olmaqla 1280 manatını banka ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh 120 ( yüz iyirmi) manat və dövlət rüsumları üçün ödənilmiş 30 (otuz) manat pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 120( yüz iyirmi) manat borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar