Məhkəmə qərarları › İş №2(027)-695/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-695/2023

27.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-695/2023 27.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı Quba Regional X1 Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Quba Regional X1 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Meşə Fonduna vurulmuş ziyana görə 123,63 (bir yüz iyirmi üç manat altmış üç qəpik) manat pul tutularaq Mərkəzin bank hesabına (Kapital Bank ASC, Benifisiarın adı: X2 Təsərrüfatı Mərkəzi; Benifisiar hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 1422330, Büdcə səviyyə kodu: 1) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə Mərkəzin Vəl-vələ meşəbəyliyinin 6 saylı dolayının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan müxtəlif cins və diametrli 5 ədəd yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna 123,63 (bir yüz iyirmi üç manat altmış üç qəpik) manat məbləğində ziyan vurmuşlar. Nəticədə meşədən qanunsuz yolla oduncaq əldə etməklə Cavabdeh “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin” xx.xx.2019-cu il tarixli 30 saylı qərarının 7-ci əlavəsini pozmuşdur. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Regional X1 002955 nömrəli aktından görünür ki, Cavabdeh meşədən vələs cinsindən 01 ədəd 44 sm, 01 ədəd 40 sm, 01 ədəd 28 sm, 01 ədəd 24 sm, palıd cinsindən 01 ədəd 44 sm yaş köküstə ağacları kəsib aparmışdır; həcm-qiymət cədvəlindən görünür ki, vələs cinsindən 01 ədəd 44 sm, 01 ədəd 40 sm, 01 ədəd 28 sm, 01 ədəd 24 sm, palıd cinsindən 01 ədəd 44 sm yaş köküstə ağacların ümumi qiyməti 123,63 (bir yüz iyirmi üç manat altmış üç qəpik) manat hesablanmışdır. Beləliklə, müəyyən olundu ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində X2 Təsərrüfatı Mərkəzinə 123,63 (bir yüz iyirmi üç manat altmış üç qəpik) ziyan dəymişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı X2 Təsərrüfatı Mərkəzi dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 (min) manatadək olduğu halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 (otuz) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh müştərək qaydada Meşə Fonduna vurulmuş ziyana görə 123,63 (bir yüz iyirmi üç manat altmış üç qəpik) manat pul tutularaq Mərkəzin bank hesabına (Kapital Bank ASC, Benifisiarın adı: X2 Təsərrüfatı Mərkəzi; Benifisiar hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 1422330, Büdcə səviyyə kodu: 1) köçürülsün. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar