Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-699/2022 25.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı X6 və Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ondan aldığı alma meyvəsinin dəyəri olan 1200 (bir min iki yüz) manat məbləğində pulun, iddia ərizəsinə görə ödənilən 32 (otuz iki) manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı X6 iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə oaraq bildirdi ki, cavabdeh ondan 105 banan qutusunda alma apardığını bildirir. Nəzərə çatdırır ki, banan qutusunun tutumu 38-42 kiloqram alma edir, yəni alma qutusundan daha çox tutur. İddiaçı X6 iddia ərizəsində göstərmişdi ki, o Quba rayonu Almas-Qazmalar kəndində yaşayır. Özünün və ailəsinin dolanışığı təsərrüfatla məşğul olmaqdan çıxır. Belə ki. alma bağı olduğu üçün, hər il oradan yığdığı alma məhsulunu sataraq hər bağa çəkdiyi xərci qaytarmağa, həm də ailənin dolanışığını təmin etməyə çalışır. Ötən il o bağ sahəsndən yığdığı meyvənin bir hissəsini həyətinə gətirərək satmaq qərarına gəlib. Bu məqsədlə həyətində 4 ton yəni 350 yeşik alma meyvəsini saxlayıb. Cavabdeh meyvə alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyıb. Tanışı olan Cavabdeh həmin meyvələri ondan almaq istədiyini və hamsını aldıqda 2400 (iki min dörd yüz) manat, yarısını aldıqda isə 1200 (min iki yüz) manat məbləğində pula alacağını bildirib. Daha sonra Cavabdeh ona həmin almanı alacağını lakin pulunu sonra verəcəyini deyib. O, də cavabdehə nisyə meyvə verməyəcəyini bildirib. Daha sonra Cavabdeh babası Ramiz adlı şəxslə birlikdə yaşadığı ünvana gəlib. Ramiz meyvəni nəvəsinə üç günlük nisyə verməyi, üç gündən pulu qaytaracağını ondan xahiş edib. O də el adəti ilə cavabdehin babasının onun qapısına gəldiyini, onun ağsaqqal olduğunu, ağsaqqalın sözünü yerə salmağın ayıb olduğu üçün Cavabdeh almanı nisyə verib. Cavabdeh ondan dəyəri 1200 (min iki yüz) manat olan 175 yeşik yəni 105 banan koropkası alma meyvəsi allıb. Daha sonra vaxt tamam olduqda cavabdehdən pulunu istədikdə hər dələ pulunu tezliklə verəcəyini bildirib. Cavabdehin onu aldatdığını gördükdə o da Cavabdeh babası Ramizin yanına gedərək bir ağsaqqal kimi onun yanına gəldiyini, o da onun sözünü yerə salmadığını, ona görə almanı verdiyini ancaq nəvəsi yəni Cavabdeh onun pulunu vermədiyini ona bildirib. Ramiz nəvəsinə zəng edərək pulunu qaytarmasını tələb etsə də, cavabdeh pulunu qaytarmağan boyun qaçırıb. Bundan sonra o cavabdehə zəng edərək bir gün vaxt verdiyini, pulunuu verməsə ondan polisə şikayət edəcəyini deyib. Cavabdeh ona hara istəyirsən şikayət etməyini, onun heçkəsdən qorxusunun olmadığını deyərək telefonu söndürüb. Cavabdeh onu aldatdığı üçün ondan Quba rayon Polis şöbəsinə müraciət edib. Polis şöbəsində onun şikayəti araşdırılıb, müraciətinin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək tövsiyyə edilib. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ondan aldığı alma meyvəsinin dəyəri olan 1200 (bir min iki yüz) manat məbləğində pulun, iddia ərizəsinə görə ödənilən 32 (otuz iki) manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, iddiaçı ilə noyabr ayında 386 yeşik palmet və vaqner sortlarından olan almanın dəyərini 2400 manata danışıb, lakin buna baxmayaraq o, həmin maldan cəmi bir qazel, yəni 105 banan karopkasını alıb, bu da onun hesabı ilə cəmi 800 manat edir və bu səbəbdən iddianı 800 manat hissədə, həmçinin 32 manat dövlət rüsumunu, və hüquqi yardıma görə ödənilmiş 50 manat məbləğində pulu qəbul edir. Lakin maddi vəziyyəti çətin olduğu üçün o bu məbləği bir dəfəyə ödəmək iqtidarında deyil, yalnız aya 50 manat ödəməyə imkanı olar. Göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı X4 və Cavabdeh dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Quba rayon Polis şöbədsinin Quba rayonu Almas-Qazmalar kənd sakini X5 ünvanladığı 23.12.2021-ci il tarixli məktubuna əsasən Cavabdeh tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında 01.02.2022-ci il tarixli müqavilədən məlum olur ki, X6 tərəfindən hüquqi yardımın göstərilməsinə görə 50 manat rüsum ödənilmişdir. İş materiallarında olan ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, idiaçı iddia ərizəsinə görə 32 (otuz iki) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 Quba rayonu, İ Nügədi kəndində qeydiyyatdadır. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən və cavabdehin ifadəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1200 (min iki yüz) manat əsas borc, dövlət rüsumu üçün ödənilmiş 32 (otuz iki) manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti tutulub X5 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat əsas borc, dövlət rüsumu üçün ödənilmiş 32 (otuz iki) manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti tutulub X5 ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-699/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-699/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver