Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-700/2021 18.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X19 oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ehtibar oğluna qarşı ziyan tələbinə dair iddia ərizəsilə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ehtibar oğlundan istifadə etdiyi 3,5 ha alma bağının məhsulunun məhv olmasına görə dəymiş ziyan olaraq 55000 (əlli beş min) manat məbləğində pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək yalnız Cavabdeh1 istifadə etdiyi 3,9 ha alma bağının məhsulunun məhv olmasına görə dəymiş ziyan olaraq 55000 (əlli beş min) manat məbləğində pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Zərdabi kəndində fərdi təsərrüfatla məşğul olur. Uzun illərdir 3,5 ha alma bağı sahəsi vardır. Cavabdeh bağ dərmanlarının satışı ilə məşğul olur. 2020-ci ilin mart ayında cavabdehlə razılaşmasına əsasən cavabdeh ona bağ dərmanları verməli idi. Həmin bağ dərmanlarını cavadbeh özü təklif etmiş, o isə cavabdehin dediyi həmin bağ dərmanlarını bağa atmalı idi. Aprel ayının 20-dən başlayaraq cavabdehin ona verdiyi, dediyi qaydada, dediyi miqdarda və ölçüdə dərmanları atmağa başlamışdır. Cavabdeh də ona satdığı dərman preparatlarının keyfiyyətinin yaxşı olduğuna zəmanət vermişdir. May ayının ortalarına qədər ağaclarda çiçəklənmə prosesi və meyvələrin əmələ gəlməsi normal getmişdir. Lakin bundan sonra yenidən dərman preparatından istifadə edəndə bağında alma məhsulunun üzərində “dəmgül” qara ləkələri yaranmağa başlamışdır. Mayın ayının sonunda bağa gedəndə məhsulun “dəmgül” qara ləkə göbələk mənşəli xəstəliyə tutulması səbəbindən məhv olduğunu görmüşdür. Cavabdehdən aprel ayının 20-dən may ayından sonuna kimi 3036 manat dəyərində dərman almışdır. Bildirmək istəyir ki, həmin dərman preparatlarının keyfiyyətsiz olması səbəbindən ona məxsus alma bağında 80-100 tona yaxın məhsul məhv olmuşdur. O, cavabdehdən vurduğu ziyanın ödənilməsini tələb etsə də, o cavabdeh imtina etmişdir. Cavabdeh ona məhv olmuş məhsuluma görə 55000 (əlli beş min manat) manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-1089 KOD 30316018 saylı Dövlət Aktına əsasən Quba rayon Dövlət Notariat Kontorunun 14 may 2002-ci il tarixli 4ə-1/-118 saylı alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 0,88 ha torpaq sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-131 KOD 30316018 saylı Dövlət Aktına əsasən Quba rayonu Zərdabi kəndində yerləşən 1,04 ha torpaq sahəsi X2, Cavabdeh2, İddiaçı Etibar oğlu, X9 qızına məxsusdur. İş materiallarında olan Quba Regional ASAN Xidmət Mərkəzinin Notariat Kontorunda bağlanılmış 28 dekabr 2018-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcılar X17, X14, X10, X5, X1 Mülkiyyət Hüququna dair JN – 0321 KOD 30316028 saylı Dövlət Aktına əsasən 1,3 ha torpaq sahəsini Cavabdeh2 Ehtibar oğluna satmışlar. İş materiallarında olan Quba rayonu Zərdabi bələdiyyəsinin 30.11.2020-ci il tarixli 117 nömrəli arayışından görünür ki, Quba rayonu Zərdabi qəsəbə sakini X7 məxsus JN-138 KOD 30316018 saylı Dövlət Aktına əsasən 0,76 ha torpaq sahəsi Quba rayonu Zərdabi qəsəbə sakini İddiaçı istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin 11 avqust 2020-ci il tarixli GM-765/01 saylı arayışından görünür ki, 3,5 ha meyvə bağınızda yaranmış vəziyyət barədə müraciətə aidiyyatı üzrə Azərbaycan Respublikasını Qida X3 Regional bölməsində baxılmış həmin alma bağında monitorinq həyata keçirilmişdir. Monitorinq zamanı alma bağının dəmgil (Ventura inaegualis) xəstəliyi ilşə kütləvi zəhərləndiyi müəyyənləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Quba X24 Mərkəzinin rəyindən görünür ki, İddiaçı Etibar oğlunun mülkiyyətində və istifadəsində olan 3,93 hektardan ibarət alma bağılarında birbaşa məhsuldarlığa təsir edən aqrotexniki tədbirlərdən budama, suvarma, güblərəmə, cərgə aralarının və gövdə ətrafının yumşaldılması və sair aqrotexniki tədbirlərdən budama, suvarma, gübrələmə, cərgə aralarının və gövdə ətrafının yumşaldılması və sair aqrotexniki tədbirlər demək olar ki, vaxtında və keyfiyyətlə həyata keçirilmişdir. Lakin həmin alma bağlarında xəstəlik və zərərvercilərə qarşı çiləmələr həyata keçirilsə də, yarpaqlarda eləcədə meyvələrdə dəmgil xəstəliyinin fəsadları müşahidə olundur. E.İ.Atlıxanov becərdiyi bağ sahələrində məhsuldarlıq 1,25 ha bağ sahəsi üzrə 37875 kq, 1,04 ha bağ sahəsi üzrə 16016 kq, 0,76 ha bağ sahəsi üzrə 5120 kq, 0,88 ha bağ sahəsi üzrə 30660 kq olmaqla 3,93 hektar alma bağlarında gözlənilən məhsuldarlıq 89671 kq olduğu müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Respublika X13 Quba rayonu X13 17 iyul 2020-ci tarixli rəyindən görünür ki, E.İddiaçı məxsus 3,5 ha lmaq bağında 2020-ci ilin üçün məhsuldarlıq yüksəkdir. Lakin gözlənilən məhsulun 80% dəmgil (Ventura inaegualis) xəstəliyi sirayətləndiyi müşahidə olunmuşdur. Xəstəlik meyvələrdə və yarpaqlarda müşahisə olunmuşdur. May ayının ortalarından başlayaraq xəstəlik törədicisi konidial mərhələyə keçir və vegatasiya müddətində iyun-iyul aylarında kimyəvi dərmanlananı ötürdükdə və ya dərmanlanma işləri zəif olduqda, böyük intervalla atıldıqda xəstəlik törədiciləri gizli inkişaf mərhələsi keçuirərək rütubətli havalarda və aşağı tempuraturlarda konidiosporlar vasitəsilə sürətlə yarpaq və meyvələrə yoluxur. E.İ.Atlıxanovun iddiasını görə belə yoluxmaya səbəb preparatların tərkibinin zəif olmasıdır. Hal-hazırda bunun hansı səbəbdən baş verməsini müəyyən etmək imkan xaricindədir. İş materiallarında olan 27 iyul 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 iyul 2020-ci il tarixli qərardan görünür ki, İddiaçı alma bağındakı meyvə məhsulunun 70-80% intervalında korlanması dərman preparatlarının keyfiyyətsiz olmasından və ya həmin prepatların vaxtlı-vaxtında verilməməsindən hazırkı vəziyyətdə müəyyən etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X8 və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 09 iyun 2020-ci il tarixli 89 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus 3,5 ha alma bağında, iddiaçının dediklərinə qış-erkən yaz müalicəsi olaraq Türkiyə, İran istehsalı olan mineral yağ qarışığı preparatı, sonra 10 kq/ton su norması iə “göydaş” tərkibli funqisid tətbiq olunmaqla, sonrakı müddət ərzindəki müalicə məqsədli funqisid tətbiqləri 7-9 gün fasilərlə ardıcıl şəkildə aparılmaqla 26 may 2020-ci il tarixədək hər hansı bir yoluxma halı müşahidə olunmamışdır. Bu söylənilənlər göstərir ki, qeyd olunan tarixədək funqisid tətbiqinin səmərəsi yetirincə olmuşdur və becərmə texnologiyasına qismən düzgün riayət edilmişdir. May ayının sonu havaların çox yağmurlu və tempuraturun 28 dərəcədən aşağı olması “dəmgil” qara ləkə kimi göbələk mənşəli çox təhlükəli xəstəliyin bir neçə saat ərzində kütləvi yoluxmasına səbəb ola bildiyindən xəstəliyin inkişafı ilə aparılacaq mübarizə tədbirinin vaxtı nəzərə alınmaqla hər iki üç gündən bir qiymətləndirmə (xəstəliyin yoluxma dərəcəsinin) aparılaraq odvikat (qabaqlıyıcı tədbir kimi) olaraq sistem və kontakt təsirə malik funqisidlərin isitfadəsi həyata keçirilməlidir. Çünki yağmurlar bitkinin daxilinə keçmiş funqisidin qatılığını azaltdığından istifadə olunmuş preparatın səmərliyi aşağı düşür və 2-3 gün həddinədək azaldılmaldır. Yəni çiləmədən 2-3 gün sonra, bəzən hətta bir gün sonra hətta bir gün sonra təkrar mübarizə aparılmalıdır. Mübarizə tədbirlərinin aparılmasına dair dəqiq preparat tətbiqi ardıcıllığı təqdim edilmədiyindən, yoluxmanın hansı səbəbdən baş verə bilməsinin müəyyənləşdirilməsi qeyri mümkündür. Digər tərəfdən də nə vaxtsa tətbiq edilmiş kimyəvi vasitənin və ya kimyəvi mübarizə toplusu preparatların keyfiyyətinin təyini imkanları xaricindədir. Lakin görünən odur ki, preparat seçiminin və ya preparat tətbiqinin vaxtı düzgün müəyyənləşdirilmədiyindən bu gün haqqında söhbət gedən 3,5 ha alma bağında xəstəliyin müşahidəsi 70-80% intervalları daxilindədir. İstifadə olunmuş dərman vasitələrinin keyfiyyət göstəricilərinə istehsalçı zavod (satış şirkəti) cavabdeh olub, Dövlət tərəfindən pestisidlərin keyfiyyəti haqqında qiyabi (tərkibli təhlil aparılmadan) fikir söyləmək isə mütəxəssislərin səlahiyyəti daxilində deyil. İş materiallarında olan 31 avqust 2020-ci il tarixli 144 nömrəli arayışdan görünür ki, 1 kiloqram palmet almasının pərakəndə satış qiyməti 0,60-0,70 qəpik dəyərindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 3,5 ha alma bağında, iddiaçının dediklərinə qış-erkən yaz müalicəsi olaraq Türkiyə, İran istehsalı olan mineral yağ qarışığı preparatı, sonra 10 kq/ton su norması iə “göydaş” tərkibli funqisid tətbiq olunmaqla, sonrakı müddət ərzindəki müalicə məqsədli funqisid tətbiqləri 7-9 gün fasilərlə ardıcıl şəkildə aparılmaqla 26 may 2020-ci il tarixədək hər hansı bir yoluxma halı müşahidə olunmamışdır. Bu söylənilənlər göstərir ki, qeyd olunan tarixədək funqisid tətbiqinin səmərəsi yetirincə olmuşdur və becərmə texnologiyasına qismən düzgün riayət edilmişdir. May ayının sonu havaların çox yağmurlu və tempuraturun 28 dərəcədən aşağı olması “dəmgil” qara ləkə kimi göbələk mənşəli çox təhlükəli xəstəliyin bir neçə saat ərzində kütləvi yoluxmasına səbəb ola bildiyindən xəstəliyin inkişafı ilə aparılacaq mübarizə tədbirinin vaxtı nəzərə alınmaqla hər iki üç gündən bir qiymətləndirmə (xəstəliyin yoluxma dərəcəsinin) aparılaraq odvikat (qabaqlıyıcı tədbir kimi) olaraq sistem və kontakt təsirə malik funqisidlərin isitfadəsi həyata keçirilməlidir. Çünki yağmurlar bitkinin daxilinə keçmiş funqisidin qatılığını azaltdığından istifadə olunmuş preparatın səmərliyi aşağı düşür və 2-3 gün həddinədək azaldılmaldır. Yəni çiləmədən 2-3 gün sonra, bəzən hətta bir gün sonra hətta bir gün sonra təkrar mübarizə aparılmalıdır. Mübarizə tədbirlərinin aparılmasına dair dəqiq preparat tətbiqi ardıcıllığı təqdim edilmədiyindən, yoluxmanın hansı səbəbdən baş verə bilməsinin müəyyənləşdirilməsi qeyri mümkündür. Digər tərəfdən də nə vaxtsa tətbiq edilmiş kimyəvi vasitənin və ya kimyəvi mübarizə toplusu preparatların keyfiyyətinin təyini imkanları xaricindədir. Lakin görünən odur ki, preparat seçiminin və ya preparat tətbiqinin vaxtı düzgün müəyyənləşdirilmədiyindən bu gün haqqında söhbət gedən 3,5 ha alma bağında xəstəliyin müşahidəsi 70-80% intervalları daxilindədir. İstifadə olunmuş dərman vasitələrinin keyfiyyət göstəricilərinə istehsalçı zavod (satış şirkəti) cavabdeh olub, Dövlət tərəfindən pestisidlərin keyfiyyəti haqqında qiyabi (tərkibli təhlil aparılmadan) fikir söyləməsi mümkün olmamış və qərardadda qoyulmuş “Atluxanov Ehtibar oğlunun istifadəsində olan (27.03.2020-ci il tarixdə pereparat, meqaban (zəhər), pereparat (türk), pereparat (1l) 05.04.2020-ci il tarixdə 30 litr göy, 11.04.2020-ci tarixdə kükürd, supermetrin (zəhər) dneprit, 17.04.2020-ci il tarixdə suprodolin (xorus), kübrə, 23.04.2020-ci il tarixdə jako (strobi), kükürd, 30.04.2020-ci il tarixdə nodul tərkibli dərman, 07.05.2020-ci tarizdə jalo (stobi), 13.05.2020-ci il tarixdə supereks, kükürd, 20.05.2020-ci il tarixdə mikrodanə tərkibli dəmran, 27.05.2020-ci tarixdə kamada (paraşok) 04.06.2020-ci il tarixdə meqaban (zəhər), dneprit (bit dərmanı) rayonun Zərdabi qəsəbəsində yerləşən 3,5 ha alma bağında olan alma meyvə məhv olma səbəbi siyahıda göstərilmiş dərmanlara və onların bağa səpilmə müddətibə görə baş verə bilərdimi?” sualı ekspert bioloqun həll etdiyi məsələlər sırasına daxil deyildir. 3,93 ha alma bağlarında gözlənilən məhsuldarlıq 89671 kq olduyğu müəyyən olunmuş və 31 avqust 2020-ci il tarixli “Aynur” KM-nin direktoru E.A.Əliyevin (01)-kq alma palmet almasının pərakəndə satış qiyməti 0,60 manat müəyyən edildiyindən 3,93 hektar alma bağlarında gözlənilən məhsuldarlığın dəyəri 89671 kq x 0,60 = 53802,6 manat müəyyən edilir. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan huquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə mudafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin mudafiəsi və yaxud təsdiqi uçun məhkəməyə muraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən normalarını ümumiləşdirərək bir daha qeyd etmək lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1) Zərər vurulmalıdır. 2) Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3) Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Həmin Məcəllənin 1128.3-cü maddəsinə əsasən əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır. Həmin Məcəllənin 1128.8-ci maddəsinə əsasən əgər istehsalçını müəyyənləşdirmək mümkün deyildirsə, hər hansı məhsul göndərən (bu barədə tələb verildikdən sonra bir ay ərzində onun istehsalçı barəsində zərərçəkənə məlumat verdiyi hallar istisna olmaqla) və ya ona bu məhsulu göndərmiş şəxs istehsalçı sayılır. İstehsalçının adı məlum olsa da, məhsulu ilk satanın kim olduğunu müəyyənləşdirmək mümkün olmadıqda idxal malına da bu qayda tətbiq edilir. Həmin Məcəllənin 1129.1-1129.3-cü maddəsinə əsasən malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarına əsasən “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” Konstitusiya məhkəməsinin istinad olunan qərarında birbaşa göstərilir ki, ona maddi zərərin (real zərərin və əldən çıxmış fayda) və mənəvi zərərin vurulmasını bu şəxs sübut etməlidir. Azərbaycan Respublikası MM-nin 21, 23, 1096 və 1097-ci maddələrinin mənasından da görünür ki, maddi zərərin (real zərər və əldən çıxmış fayda) və mənəvi zərərin sübutetmə yükü ona zərərin vurulmasını iddia edən şəxsin üzərinə düşür. Beləliklə iddiaçının izahatı və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı istifadəsində olan 3,93 hektar meyvə bağına zərərverici dərmanlarının alınması və vaxtı-vaxtında bağa çilənməsi ilə bağlı Cavabdeh1 ilə şifahi qaydada razılaşmış, razılaşmaya uyğun olaraq Cavabdeh1 İddiaçı məxsus bağ sahəsində olacaq alma məhsulunun keyfiyyətli yetişməsinə görə şifahi qaydada öhdəlik götürmüş, mart ayının sonundan, iyun ayının əvvəlinə kimi dərman preparatı vermiş, lakin verdiyi dərman preparatları keyfiyyətli olmadığından, dərman preparatları alma məhsulunun yetişdirilmə vaxtına uyğun verilmədiyindən, alma məhsulun 80% dəmgil (Ventura inaegualis) xəstəliyinə sirayətlənmiş, nəticədə məhsul yararsız olmuş, İddiaçı 53802,6 (əlli üç min səkkiz yüz iki manat, sıfır altı qəpik) manat ziyan dəymişdir. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 3,9 hektar alma bağının meyvəsinin məhv olmasına görə dəymiş ziyan olaraq 53802,6 (əlli üç min səkkiz yüz iki manat, sıfır altı qəpik) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hisssədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ekspertiza xərcini təşkil edən 100 manat Cavabdeh1 alınaraq X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 3,9 hektar alma bağının meyvəsinin məhv olmasına görə dəymiş ziyan olaraq 53802,6 (əlli üç min səkkiz yüz iki manat, sıfır altı qəpik) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 100 manat Cavabdeh1 alınaraq X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-700/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-700/2021
18.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver