Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-722/2023 20.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış və tam ödənilməmiş 262,90 manat qalıq dəymiş ziyan məbləğinin tutularaq **********00240 saylı abonent koduna və 30 manat dövlət rüsumunun İddiaçı İBnın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT 1BAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Xaçmaz RQİİ ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”yə əsasən Birlik abonentə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB tərəfindən **********00240 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə onun istifadəsində olan qaz sayğacına baxış keçirilmiş, sayğac xətdən açılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. Bu barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı aktı abonent Cavabdeh heç bir irad bildirmədən imzalamışdır. Laboratoriyada yoxlama zamanı sayğaca müdaxilə olunduğu müəyyən edilmiş, bu barədə “29/1710-2181-1 saylı müvafiq rəy verilmişdir. Həmin rəyə əsasən abonent Cavabdeh barəsində ******* saylı 31 may 2022-ci il tarixli “Təbii qazdan İstifadə Qaydaları”nın pozuıması haqqında akt tərtib edilmiş, itirilmiş qazın ziyanı olaraq 4320 m3 və ya 518,40 manat məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənilmişdir. Hazırda abonent tərəfindən həmin məbləğin 255,50 manat hissəsi ödənilmiş, qalıq borc 262,90 manat təşkil edir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı İB-nin ona qarşı təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış və tam ödənilməmiş 262,90 manat qalıq dəymiş ziyanın məbləğinin tutularaq **********00240 saylı abonent koduna və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı İB-nin hesabına köçürülməsinə dair ilkin iddia ərizəsinin təmin edilməməsi, ******* saylı 31 may 2022-ci il tarixli “Təbii qazda istifadə Qaydaları”-nın pozulması haqqında aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış borcun silinməsi, 255,50 manat məbləğində pulun İddiaçı İB-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı İB onun qocalığından, savadsızlığından, onun əlverişsiz şəraitindən sui-istifadə edərək 255,50 manat məbləğində pulunu ondan alaraq öz hesabına köçürmüşdür. Bununla da ona 255,50 manat məbləğində zərər vurmuşdur. Göstərilənləri nəzərə alaraq, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2 ilkin iddia ərizəsini müdafiə edərək, təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək, ilkin iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı əməkdaşları yaşadığı ünvana gələrək qaz sayğacını yenisi ilə əvəz etmişlər. Bundan sonra "Azəriqaz'’ İstehsalat Birliyinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və cərimə hesabalnamışdır. Akt tərtib olunan vaxtdan o, hər gün cərimə ödəmiş və bu vaxta qədər 255,50 manat cərimə ödəmişdir. O, hesablanmış cərimə borcunun yarısını ödəmişdir. Həmin akt və tələbnamə tamamilə əsassız olaraq tərtib olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilki iddia tələbi rədd edilməli, qarşılıqlı iddia ərizəsi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan qaz paylaşıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında sonuncunun keyfiyyətli qazla təmin edilməsinə dair xx.xx.2016-cı il tarixli 13995-10-16 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli ******* nömrəli aktından görünür ki, baxış keçirilərkən sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. Nəticədə 4320 m3 həcmində dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4320 m3 sərfiyyat hesablanmışdır. İş materiallarında olan **********00240 kodlu abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2023-cü ilin yanvar ayının sonuna 262,90 manat məbləğində təbii qaz sərfiyyatı borcu vardır. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirilməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğacın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən İddiaçı tərəfindən Cavabdeh barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin Cavabdeh tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən tərtib edilmiş tələbnamə əsassız olmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı Cavabdeh cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Bilavasitə Cavabdeh tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, Cavabdeh əsаssız olаrаq sərfiyyаt hesаblаnmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh deyil, İddiaçı özü daşıdığından, o cümlədən, Cavabdeh təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin Cavabdeh tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, bilavasitə Cavabdeh tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi müəyyən edilmədiyi halda, sonuncuya əsаssız olаrаq əlаvə sərfiyyаt hesаblаnmışdır. Cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən İddiaçı tərəfindən Cavabdeh barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia əsassız olduğuna görə rədd edilməli, qarşılıqlı iddia təmin edilərək, İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 31 may 2022-ci il tarixli ******* nömrəli akt əsasında olan 31 may 2022-ci il il tarixli tələbnamə (qərar) ləğv edilməli, 31 may 2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 262,90 manat borc Cavabdeh **********00240 saylı abonent hesabından silinməli, həmin akta əsasən Cavabdeh tərəfindən ödənilmiş 255,50 manat məbləğində pul İddiaçı İB-dən alınaraq Cavabdeh verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 31 may 2022-ci il tarixli ******* nömrəli akt əsasında olan 31 may 2022-ci il il tarixli tələbnamə (qərar) ləğv edilsin. 31 may 2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 262,90 manat borc Cavabdeh **********00240 saylı abonent hesabından silinsin. Həmin akta əsasən Cavabdeh tərəfindən ödənilmiş 255,50 manat məbləğində pul İddiaçı İB-dən alınaraq Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-722/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-722/2023
20.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver