Məhkəmə qərarları › İş №2(027)-724/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-724/2024

08.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-724/2024 08.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 777,60 manat borcun tutularaq **********00090 saylı abonent koduna və 30 manat dövlət rüsumunun İddiaçı İB-nın bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Xaçmaz RQİİ ilə Cavabdeh arasında bağlanmış "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən Birlik abonentə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB tərəfindən **********00090 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. Qaz xəttinə quraşdırılan ******* zavod nömrəli, G-4 markalı qaz sayğacı Xaçmaz RQİİ-nin işçiləri tərəfindən baxış keçirilmiş və sayğac dövlət yoxlamasına göndərilmişdir. xx.xx.2023-cü il tarixli aktına əsasən ******* zavod nömrəli qaz sayğacına baxış keçirildiyi, sayğacın çıxış plastmas borusunun deşildiyi və sayğacın istismara yararsız olduğu və təbii qaz itkisinin yarandığı müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixli, ******* nömrəli qüsur aktı tərtib olunmuş və həmin akta əsasən itirilmiş qazın bərpası tələbi ilə 6480 m3 qaz itkisi hesablanmış və 777,60 manat məbləğində hesabat aparılaraq abonent hesabına işlənilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən onun **********00090 saylı abonent koduna hesablanmış 777,60 məbləğində əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, Azəriqaz" İstehsalat Birliyi ilə bağlanmış müqaviləyə əsasən ünvan 2 ünvanda təbii qazdan istifadə edilmək üçün qaz xətti çəkilib, sayğac quraşdırılmışdır. Həmin ev qızına məxsusdur, lakin qaz istifadəçisi kimi abonent özüdür. O, ailəsi ilə Quba şəhəri, Vaqif küçəsində öz evində yaşayır. 2021-ci ilin yanvar ayından bu günə kimi ünvan 2 ünvanda yerləşən evdə heç kim yaşamır və təbii qazdan istifadə edilmir. Xəttin üstündə olan ******* nömrəli qaz sayğacı xx.xx.2015-ci ildə quraşdırılmışdır. 2023-cü ilin noyabr ayında qaza nəzarət edən işçi ona yaxınlaşıb həmin evdəki qaz sayğacının 5 ili tamam olduğuna və istismar müddəti başa çatdığına görə yenisi ilə əvəz edilməli olduğunu bildirmişdir. O da həmin şəxslə birlikdə ünvana getmiş və qaz işçiləri sayğacı dəyişdirmişlər. Bundan sonra çıxarılan sayğaca guya müdaxilə olunduğuna görə 30 noyabr 2023-cü il tarixdə 777,60 manat ziyan hesablanmış və onun abonent koduna işlənilmişdir. O, bu borcu əsassız hesab edir, belə ki, həmin evdə heç kim yaşamır, sayğaca da heç kim əl vurmur. Sayğacın küçədə olduğunu, qutuda yerləşdirilmədiyini nəzərə alaraq, sayğaca müdaxilə edilməsinə görə onun məsuliyyət daşımağı və onun barəsində ziyan aktı tərtib edilərək hesabına əsassız borc yazılması həm məntiqə, həm də qanuna ziddir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2 ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, sayğac normalar daxilində işləmədiyindən çıxarılıb laboratoriyaya göndərilmişdir. Laboratoriyaya göndəriləkən sayğacın, müdaxilə nəticəsində, deşildiyi müəyyən edilmişdir. Bildirdiklərini nəzərə alaraq, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, ünvan 2 ünvanda yerləşən evdə heç kim yaşamır və təbii qazdan istifadə edilmir. Bundan savayı sözügedən sayğac evin sərhəddindən kənarda qurаşdırılmışdır. Belə olan halda, o, sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehlik daşımır. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə İddiaçı Xaçmaz RQİİ ilə Cavabdeh arasında sonuncunun qazla təmin edilməsi üçün bağlanmışdır; İş materiallarında olan Xaçmaz RQİİ-nin xx.xx.2023-cü il tarixli ******* nömrəli aktından görünür ki, ARDNŞ-nın İB-nin sayğacların yoxlanılması barədə rəyinə əsasən ******* nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşilməsi, xətaların normadan artıq olması, sayğac minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfi keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmiş, nəticədə 6480 m3 həcmində dəymiş ziyan hesablanmışdır; İş materiallarında olan xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6480 m3 sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, Cavabdeh məxsus evdə qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı sayğacın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi kimi qeydlər müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən İddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin Cavabdeh tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 777,60 manat məbləğində pulun Cavabdeh alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı Cavabdeh cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Bilavasitə Cavabdeh tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, sonuncunun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, ona əsаssız olаrаq 777,60 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh deyil, İddiaçı özü daşıdığından, o cümlədən, Cavabdeh təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, qarşılıqlı iddia üzrə cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, əsassız olduğundan ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə əsaslı olduğu üçün təmin edilməli, İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 777,60 məbləğində borc Cavabdeh **********00090 saylı abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2.1-ci maddəsinə əsasən İddianın qiyməti 1.000 manatdan az olduğu halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 (otuz) manat təşkil edir; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ilkin iddia ərizəsi verilən zaman dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumunun köçürülməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 777,60 məbləğində borc Cavabdeh **********00090 saylı abonent hesabından silinsin. İddiaçı tərəfindən ilkin iddia ərizəsi verilən zaman dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumunun köçürülməsi nəzərə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar