Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-726/2021 18.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı «icara haqqı üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6310 manat, 200 manat dəbbə borcu və 30 manat ödənilmiş dövlət rüsumu məbləğində pulun alınaraq, "İddiaçı” MMC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh nəqliyyat vasitəsi icrayə verilmişdir. İcarə müqaviləsinin təminatı kimi İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanaraq, “KİA CERATO” markalı, **-KL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi, yol vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən-xx.xx.2020-ci tarixədək icarəyə verilmişdir. Onun 60 (altmış) manat cərimə, 1250 (bir min iki yüz əlli) manat franşiza və 2450 (iki min dörd yüz əlli) manat avtomobil ustada 70 (yetmiş) gün qaldığına görə, 2150 (iki min yüz əlli) manat avtomobil dəyərini itirdiyinə görə, 800 manat 16 (on altı) dəfə saatda "120km/saat" sürət həddini keçdiyinə görə ümumilikdə 6710 (altı min yeddi yüz on) manat borcu yaranmışdır. Borcun tam ödənilməsini tələb etdikdə isə 400 manat ödəyərək, qalan məbləği də tez bir zamanda ödəyəcəyini bildirsə də Cavabdeh tərəfindən icarə müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciə edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Cavabdeh xx.xx.1995-ci ildə Quba rayonunun Kələbağ kəndində anadan olmuş və Quba rayonunun Rustov kəndində qeydiyyatdadır. İş materiallarında olan icarə müqaviləsinə əsasən, İddiaçı tərəfindən “KİA CERATO” markalı, **-KL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdənxx.xx.2020-ci tarixədək Cavabdeh icrayə verilmişdir. İş materiallarında olan yol vərəqəsindən görünür ki, “KİA CERATO” markalı, **-KL- *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək etibarnamə əsasında Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, X1 məxsus “KİA CERATO” markalı, **-KL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək təmirxanada olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X1 məxsus “KİA CERATO” markalı, **-KL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərəkətsiz qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 012 saylı bildirişdən görünür ki, Cavabdeh icarə müqaviləsində göstərilənləri icra etmədiyi təqdirdə 3 (üç) iş günü ərzində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı ilə əlaqədar İddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan X3 İXP3568067 saylı protokoldan görünür ki, Cavabdeh “KİA CERATO” markalı, **-KL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 677.3-677.4-cü maddəsinə əsasən kirayəçi kirayə müddəti ərzində aşkar etdiyi müqaviləyə hər hansı uyğunsuzluqlar barəsində və ya əşyanı və ya onun istifadəçilərini gözlənilməz təhlükədən qorumaq üçün tədbirlər görülməsi zərurəti barəsində kirayəyə verənə dərhal bildiriş verməlidir. Bu, əşya barəsində üçüncü şəxslərin hüquqlarının bəyan edildiyi hallarda da qüvvədədir. Əgər kirayəçi bildiriş vermirsə, bunun nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur; kirayəyə verən kirayəçinin bildiriş verməməsi üzündən hər hansı qüsuru aradan qaldıra bilmədikdə, kirayəçinin bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqları həyata keçirmək hüququ yoxdur. Kirayəyə verəni kirayəyə verilmiş əşyanın qüsurları üçün məsuliyyətdən azad edən və ya bu məsuliyyəti məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur, bu şərtlə ki, kirayəyə verən həmin qüsurlar barəsində qəsdən susmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. (maddə 700.2) Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 684.1-684.2-ci maddəsinə əsasən Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmış və “KİA CERATO” markalı, **-KL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən-xx.xx.2020-ci tarixədək Cavabdeh icarəyə verilmişdir. Həmin müddət ərzində cavabdeh icarəyə verilmiş “KİA CERATO” markalı, **- KL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsindən icarə müqaviləsinin şərtlərinə uyğun olmayan şəkildə istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası İcarə Haqqında Qanununun 7-ci maddəsinin 2-ci bəndinə əsasən icarə müqaviləsində icarəçinin öhdəliklərindən biri müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsidir. Bundan başqa, Həmin Qanunun 7-ci maddəsinin 5-ci bəndinə əsasən İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Cavabdeh iddiaçı ilə arasında bağlanmış icarə müqaviləsində qeyd edilən öhdəlikləri yerinə yetirməmiş və cavabdeh tərəf icarə müqaviləsi əsasında ona icarəyə verilmiş “KİA CERATO” markalı, **-KL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini müqavilədə nəzərdə tutulmuş şərtlərini pozaraq istifadə etmişdir. Nəticədə cavabdehin 60 (altmış) manat cərimə, 1250 (bir min iki yüz əlli) manat franşiza və 2450 (iki min dörd yüz əlli) manat 70 (yetmiş) gün avtomobil ustada qaldığına görə, 2150 (iki min yüz əlli) manat avtomobil dəyərini itirdiyinə görə, 800 manat 16 (on altı) dəfə saatda "120km/saat" sürət həddini aşdığına görə ümumilikdə 6710 (altı min yeddi yüz on) manat borcu yaranmışdır. Cavabdeh isə məhkəmə tədqiqi zamanı iddia tələbinin rədd edilməsi üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı-nin Cavabdeh 6310 manat əsas, 200 manat dəbbə borcu olmaqla ümumilikdə 6510 manat məbləğində pulun tutulmasına dair tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6310 manat əsas, 200 manat dəbbə borcu olmaqla ümumilikdə 6510 (altı min beş yüz on) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı-nin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-726/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-726/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver