Məhkəmə qərarları › İş №2(027)-737/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-737/2022

30.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-737/2022 30.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İddiaçı, Cavabdeh və üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X1rşı ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 24 dekabr 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan ** BB *** dövlət qeydiyyat nişanlı, VAZ-21061 minik markalı avtomobilə dəymiş ziyan olaraq 1299 manat məbləğində pulun, ziyan aktının alınması ilə bağlı ödənilmiş 50 manat məbləğində pulun, 50 manat məbləğində hüquqi yardım xərcinin və 34 manat dövlət rüsumu kimi məhkəməyə ödənilmiş pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırda Cavabdeh ona dəymiş maddi ziyan məbləğini tam ödədiyini, ona qarşı heç bir tələb və şikayətinin olmadığını göstərmiş, ona görə də iddia tələbi üzrə mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Məhəmməd oğluna iddia tələbi üzrə tələb etdiyi ziyan məbləğini tam ödədiyini, hazırda iddiaçının ona qarşı tələbi olmadığını göstərmiş ona görə də mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, qanuna zidd olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə, İddiaçı iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və həmin əsasla hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2022-ci il tarixli, 9/2167 saylı bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nın 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğ işə baxılması ilə əlaqədar məsrəflərə daxil edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 100 (yüz) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, HESAB AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh və üçüncü şəxs X1rşı ziyan tələbinə dair dair iddia ərizəsi üzrə 2(027)-737/2022 saylı mülki işin icraatına xitam verilsin. Cavabdeh 100 (yüz) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, HESAB AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar