Məhkəmə qərarları › İş №2(027)-74/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-74/2024

19.03.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-74/2024 19.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********97 reyestr nömrəli çıxarış əsasında onun icarəsində olan yaylaq sahəsinə cavabdeh tərəfindən yaradılmış maneələrin (qoyun sürülərinin otarılması) aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********97 reyestr nömrəli çıxarış əsasında onun icarəsində Quba rayonunun inzibati ərazisində Bulanlıq adlanan 161,0 hektar yay otlaq sahəsi vardır. Hazırda, Cavabdeh ona məxsus əmlakdan qanunsuz olaraq istifadə edərək, icarə hüquqlarını tam formada həyata keçirməyinə imkan vermir. O, yaylaq sahəsini guya başqa şəxslərə subicarəyə verdiyini bildirərək, oraya başqa şəxslərə məxsus qoyun sürülərini buraxır. Qanunsuz əməllərinə son qoyması barədə ona dəfələrlə xəbərdarlıqlar etməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Onun bu əməlləri nəticəsində ona məxsus təsərrüfata xeyli miqdarda ziyan vurulur. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********97 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 161 ha yay otlaq torpaq sahəsi xx.xx.2016-ci il tarixdən xx.xx.2031-ci il tarixədək Quba RİHB-nin xx.xx.2016-cı il tarixli 155 saylı sərəncamına və xx.xx.2016-cİ il tarixli torpaq icarəsi müqaviləsinə əsasən İddiaçı icarəsinə verilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən və Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə torpaqşünaslıq ekspertizasının 10/8646 saylı, xx.xx.2023-cü il tarixli eskpert rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2022-ci ıl qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********97 reyestr nömrəli çıxarış və Quba rayon icra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 155 nömrəli sərəncamına əsasən, İddiaçı istifadəsinə verilmiş, ünvan 1 ünvanda yerləşən 161 ha yay otlaq torpaq sahəsinin döngə nöqtələri və koordinatları naturada müəyyən edilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********97 reyestr nömrəli çıxarış və Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 155 nömrəli sərəncamına əsasən, İddiaçı istifadəsinə verilmiş, ünvan 2 ünvanda yerləşən 161 ha yay otlaq torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə hər hansı bir şəxs tərəfindən faktiki istifadə halı müəyyən edilməmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mançini İtaliyaya qarşı” işdə qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********97 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 161 ha yay otlaq torpaq sahəsi xx.xx.2016-ci il tarixdən xx.xx.2031-ci il tarixədək Quba RİHB-nin xx.xx.2016-cı il tarixli 155 saylı sərəncamına və xx.xx.2016-cİ il tarixli torpaq icarəsi müqaviləsinə əsasən İddiaçı icarəsinə verilmişdir. İddiaçı onun icarəsində olan yaylaq sahəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin (qoyun sürülərinin otarılması) aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən və Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə torpaqşünaslıq ekspertizasının 10/8646 saylı, xx.xx.2023-cü il tarixli eskpert rəyi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2022-ci ıl qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********97 reyestr nömrəli çıxarış və Quba rayon icra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 155 nömrəli sərəncamına əsasən, İddiaçı istifadəsinə verilmiş, ünvan 1 ünvanda yerləşən 161 ha yay otlaq torpaq sahəsinin döngə nöqtələri və koordinatları naturada müəyyən edilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********97 reyestr nömrəli çıxarış və Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 155 nömrəli sərəncamına əsasən, İddiaçı istifadəsinə verilmiş, ünvan 2 ünvanda yerləşən 161 ha yay otlaq torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə hər hansı bir şəxs tərəfindən faktiki istifadə halı müəyyən edilməmişdir. Məhkəmə, mübahisə predmetini təşkil edən torpaq sahəsində hazırda cavabdeh tərəfindən istifadə halının müəyyən edilməməsini onunla qiymətləndirir ki, qeyd olunan torpaq sahəsi yaylaq ərazisi hesab edilir. Hazırda isə qış ayları olduğundan cavabdeh qışlaq ərazisinə köç etmişdir. Ona görə də, iş üzrə təyin edilmiş və keçirilmiş ekspertiza zamanı torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilməmişdir. Lakin, Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməsə yay aylarında cavabdeh yenidən yaylaq ərazisinə yəni, mübahisə predmetini təşkil edən torpaq sahəsinə gələrək oradan qeyri-qanuni istifadə edə bilər. Həmin istifadənin qarşısının alınması üçün iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********97 reyestr nömrəli çıxarışı əsasında xx.xx.2016-ci il tarixdən xx.xx.2031-ci il tarixədək Quba RİHB-nin xx.xx.2016-cı il tarixli 155 saylı sərəncamına və xx.xx.2016-cİ il tarixli torpaq icarəsi müqaviləsinə əsasən İddiaçı icarəsinə verilmiş ünvan 1 ünvanda yerləşən 161 ha yay otlaq torpaq sahəsinə Cavabdeh tərəfindən yaradılmış maneələr (qoyun sürülərinin otarılması) aradan qaldırılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********97 reyestr nömrəli çıxarışı əsasında xx.xx.2016-ci il tarixdən xx.xx.2031-ci il tarixədək Quba RİHB-nin xx.xx.2016-cı il tarixli 155 saylı sərəncamına və xx.xx.2016-cı il tarixli torpaq icarəsi müqaviləsinə əsasən İddiaçı icarəsinə verilmiş ünvan 1 ünvanda yerləşən 161 ha yay otlaq torpaq sahəsinə Cavabdeh tərəfindən yaradılmış maneələr (qoyun sürülərinin otarılması) aradan qaldırılsın. Cavabdeh 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar