Məhkəmə qərarları › İş №2(027)-742/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-742/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-742/2021 21.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 2250 (iki min iki yüz əlli) manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı iddia ərizəsini müdafiə edərək göstərdi ki, Aşağı-Xuc kəndində yaşayır, qapıpəncərə satışı ilə məşğuldur. 2018-ci ildə Cavabdeh Qebulla oğlu ona yaxınlaşaraq təzə ev tikdiyini və qapı pəncərə almaq istədiyini bildirib. O da cavabdehə 8 ədəd pəncərə, 3 ədəd qapı, 2 ədəd nəfəslik, 3 ədəd dam üçün üçbucaq formalı pəncərə verib. Bu zaman cavabdeh indi imkanı olmadığı və pulu gilas meyvəsi yetişən zaman onu satıb verəcəyini bildirib. Gilas meyvəsi yetişəndən sonra və cavabdehdən pulu istəyib. Cavabdeh gilas meyvəsini sata bilmədiyini maddi imkanın olmadığını və pulu alma mövsümündə verəcəyini bildirib. Alma mövsümü gələn zaman cavabdehdən pulu tələb edib. Cavabdeh yenə də müxtəlif bəhanələr gətirərək pulu nöbəti yayda verəcəyini bildirib. Artıq üstündən üç yay fəsli keçməsinə baxmayaraq cavabdeh hələ də ona olan borcunu qaytarmayıb. Dəfələrlə cavabdehə pulunu qaytarmasını tələb etsə də, o hər dəfə müxtəlif bəhanələr gətirərək bundan yayınıb. Hazırda cavabdehin ona olan borcu 2250 manat məbləğində təşkil edir və cavabdehdən pulu almaq üçün Quba rayon Polis şöbəsinə müraciət edib. Polis şöbəsində ona işin mülki xarakterli olduğu və məhkəməyə müraciət eetməyi tövsiyyə olunub. Ona görə də qanunvericiliyin tələbinə əsasən hazırkı iddia ərizəsilə məhkəməyə müraciət etmək qərarına gəlib. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 2250 (iki min iki yüz əlli) manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və bu barədə heç bir üzrlü səbəb məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə Azərbayan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdeh Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə mülki iş üzrə İddiaçı dinləyib, sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləki, iş materiallarında olan AZE ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu Aşağı-Xuc kəndində qeydiyyatdadır. İş materiallarında olan 23 fevral 2021-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı hüquqi yardıma görə 50 manat ödəniş etmişdir. İş materiallarında olan Quba rayon Polis şöbəsinin tətqiqat materiallarından görünür ki, 19.01.2021-ci il tarixdə Quba rayon, Aşağı Xuc kəndində yaşayan, X1 RPŞ-nə etdiyi müraciəti əsasında araşdırma aparılmış və araşdırma zamanı izahatı alınmış X3 bildirmişdir ki, 2018-ci ilin iyun ayında, əvvəllər tanımadığı Quba rayon,2-ci Nügədi kənd sakini Cavabdeh, onun işlədiyi plastik qapı pəncərə sexinə gəlmiş, evi üçün ümumi dəyəri 2250 manat olan qapı pəncərə sifariş vermiş, pulun isə həmin ilin avqust ayına kimi verəcəyin bildirmişdir. X6 sifarişi hazırlayıb təhvil verməsinə baxmayaraq, hələ də Cavabdeh ona olan borcunu ödəməmişdir. Həmin materialda olan Quba rayon, 2-ci Nügədi kənd sakini Cavabdeh izahatından görünür ki, evi üçün ümumi dəyəri 2250 manat olan qapı pəncərə sifariş vermiş, pulun isə həmin ilin avqust ayına kimi verəcəyin bildirmişdir.Lakin maddi imkanının zəif olduğundan borcunu ödəyə bilmədiyini, lakin, ən qısa zamanda ödəyəcəyini bildirmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə möəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinin tələbinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə iclasında və iş materiallarında olan Quba rayon Polis şöbəsinin tətqiqat materiallarından da müəyyən edildi ki, Quba rayon,2-ci Nügədi kənd sakini Cavabdeh, 2018-ci ilin iyun ayında İddiaçı işlədiyi plastik qapı-pəncərə sexinə getmiş, evi üçün ümumi dəyəri 2250 manat olan qapı pəncərə sifariş vermiş, pulunu isə həmin ilin avqust ayına kimi verəcəyini bildirmişdir. X6 sifarişi hazırlayıb təhvil verməsinə baxmayaraq, hələdə Cavabdeh ona olan borcunu ödəməmişdir. Cavabdeh anoloji izahatında maddi imkanının zəif olduğundan borcun ödəyə bilmədiyini, lakin, ən qısa zamanda ödəyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2250 (iki min iki yüz əlli) manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2250 (iki min iki yüz əlli) manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar