Məhkəmə qərarları › İş №2(027)-744/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-744/2020

29.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-744/2020 29.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş ziyana görə 1311 (bir min üç yüz on bir) manat məbləğində pul, “xxxxxxxx” MMC-nin hesabına ödənilmiş 60 (altmış) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı tələbini müdafiə edərək, onunla əsaslandırılmışdır ki, “VAZ 21013” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili AC 32199 nömrəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2019-cu il tarixdə, saat 21:50 radələrində özünə məxsus “VAZ 21013” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba- Qonaqkənd yolu ilə hərəkətdə olarkən Quba şəhəri istiqamətində hərəkət olan cavabdeh sərxoş vəziyyətdə etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət zolağına çıxaraq idarə etdiyi avtomobillə toqquşmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilə 1311 (bir min üç yüz on bir) manat məbləğində ziyan dəymişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.2 və 327.2-ci maddələri ilə təqsirli bilinərək 800 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh dəymiş ziyanı ödəyəcəyini bildirsə də, heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh ona dəymiş ziyana görə 1311 (bir min üç yüz on bir) manat məbləğində pul, “xxxxxxxx” MMC-nin hesabına ödənilmiş 60 (altmış) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçının avtomobilinə 1311 manat məbləğində ziyan dəyməyib, avtomobilə haradasa 350 manat civarın da ziyan dəymiş, o da iddiaçıya iddiaçıya avtomobili təmir etdirməyi təklif etsə də, sonuncu imtina etmişdir. Qətnamə qəbul edilən zaman göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarında olan ekspert rəyini nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(027)- 35/2020 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.2 və 327.2-ci maddələri ilə təqsirli bilinərək 800 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/1659 nömrəli rəyindən görünür ki, 1984-cü il buraxılışlı “VAZ 21013” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1161 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh idarə etdiyi VAZ 2106 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı hərəkət zolağına çıxaraq, sonuncuya məxsus “VAZ 21013” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Ziyanın müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, nəticədə yol-nəqliyyat hadisəsi zamanı “VAZ 21013” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1161 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə və ekspert rəyinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 1161 (bir min yüz altmış bir) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı tələbində “xxxxxxxx” MMC-nin hesabına 60 manat məbləğində vəsait ödədiyini iddia etsə də, ödəniş qəbzini iş materiallarına əlavə etmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsmumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qisməntəmin edilsin. Cavabdeh dəymiş ziyana görə 1161 (bir min yüz altmış bir) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar