Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-747/2021 01.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyaının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyanın əvəzi olaraq 3945 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbni müdafiə edərək onunla əsaslandırmışdır ki, xx xxxxxx 2021-ci il tarixdə saat 21:00 radələrində özünə məxsus BMW markalı, **- UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Hacıəli Abdurrəhman küçəsində hərəkətdə olarkən, həmin yolun nizamlayan yol ayrıcında soldan yaxınlaşan VAZ-2110 markalı, C644KP05 rus qeydiyyat nişanlı avtomobili idarə edən Quba rayonu, İİ Nügədi kənd sakini Cavabdeh yol verməli halda yol verməmiş və nəticədə onun hərəkət yoluna çıxaraq toqquşmuşdur. Bununla bağlı həmin əraziyə YPX əməkdaşlarını dəvət etmişlər. İzahatalar alınmış, hadisənin sxemi tərtib edilmiş və günahkar Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Maşınına dəymiş ziyan aktı tərtib edilmiş və bu zaman Cavabdeh təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı maşınına 3945 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Lakin cavabdeh həmin məbləği ödəməyəcəyini bildirmişdir. Ona görə də, onun maşınına dəymiş ziyanın əvəzinin alınıb ona verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq iddianın əsaslı olduğundan təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul və etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 21 radələrində dostuna məxsus VAZ- 2110 markalı, C644KP05 rus qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Hacıəli Abdurrəhman küçəsində olarkən yolun nizamlanmayan yol ayrıcısında BMW markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomaşına yol verməyərək onun yoluna çıxaraq maşınlar toqquşmuşdur. Hadisə vaxtı idarə etdiyi avtomaşının sahibi maşında olmuşdur. Hadisə onun təqsirindən baş vermiş və nəticədə avtomaşınlar əzilmişdir. O, yol hərəkət qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, maşının sahibi İddiaçı təklif etmişdir ki, maşını özü təmir etdirə bilər, lakin, o, buna razı olmadığından ziyan ödənilməmiş qalmışdır. İddiaçıya dəymiş maddi ziyanı ödəməyə etiraz etmir. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etirazı yoxdur. İş materiallarında olan iş üzrə Cavabdeh yazılı ərizəsindən görünür ki, o, İddiaçı ona qarşı 3945 manat maddi ziyan tələbinə dair iddiasını qəbul və etiraf edir və ona qarşı iddianın təmin olunmasına heç bir etiraz etmir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İnzibati Tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ziyan aktından görünür ki, «Qığılcım» avtotexniki təmir stansiyasının işçiləri tərəfindən «BMW-325» minik markalı, «**-VU- ***» dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilə cəmi 3945 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx xxxxxx 2021-ci il tarixdə saat 21:00 radələrində VAZ 2110 minik markalı, C644KP05 rus dövlət nömrə nişanlı avtomaşınla Quba şəhəri, Hacıəli Abdurrəhman küçəsində hərəkət edərkən İddiaçı istifadəsində olan “BMW” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və nəticədə İddiaçı maddi zərər vurmuşdur. xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin nəticəsində **-UV-*** dövlət qeydiyyat nişanli BMW” markalı avtomobilə dəyən maddi ziyan cəmi 3945 manat məbləğində müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə, iş üzrə Cavabdeh yazılı şəkildə ərizə verməklə ona qarşı yönəlmiş iddia tələbləri üzrə iddianı etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, Cavabdeh iddianı etiraf etməsi qəbul edilməli və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə, ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia təmin olunmalı, cababdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 3945 (üç min doqquz yüz qırx beş) manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq, İddiaçı oğlunun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cababdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 3945 (üç min doqquz yüz qırx beş) manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-747/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-747/2021
01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver