Məhkəmə qərarları › İş №2(027)-762/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-762/2025

06.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-762/2025 06.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qızına qarşı “alimentin artırılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icclasında iş üzrə İddiaçı məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin Məhkəmə onu da qeyd edir ki, iddiaçı ərizəsində dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Alimentin artırılmasına dair iddia tələblərində iddiaçı tərəf rüsum ödəməkdən azaddır. Göründüyü kimi də iddiaçı iddia tələbi üzrə dövlət rüsumu ödəməmişdir. İddiaçı ilkin mediasiya prosesinin keçirilməsi üçün 1 saylı X1 xeyrinə 60 manat məbləğində pul ödəmişdir. Mediasiya Təşkilatına ödənilmiş rüsumun geri qaytarılması məhkəmə aidiyyətinə aid deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 149,150-152, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qızına qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar