Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-763/2022 14.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərini əsas tutaraq, iddia tələbinin dəqiqləşdiriməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli 2(027)- 1495/2018 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 və 29 dekabr 2007 -ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşma çatana qədər saxlanılması üçün Cavabdeh 19 sentyabr 2018-ci il tarixdən başlayaraq hər uşağa hər ay 90 manat olmaqia, cəmi 270 manat sabit bul məbləği tutularaq X2 verilməsi qət edilmişdir. Belə ki, qiymətlərin artırılması ilə və geyim paltarlarının, ərzağ məhsullarının qiymətləri artırılması ilə əlaqədar o uşağları saxlamağda çox çətinlik çəkir. Cavabdeh dönərxanadan yaxşı qazanc əldə edir, lakin öz doğma balalarına heç bir köməklik etmir və onlara maddi yardım göstərmir. Cavabdehin daimi iş yeri olmadığnı və ticarətlə məşqul odunu nəzərə alsaq, alimentin sabit pul məbləğində ödənilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onunla İddiaçı arasında olan nikah pozulduqdan sonra Quba rayon İcra şöbəsində İddiaçı uşaqlardan rəsmi ərizə ilə imtina edib. Orada akt tərtib edilərək uşaqlar ona verilib. Bu il uşaqlarla görüşmək bəhanəsi; ilə iddiaçı uşaqları evinə aparıb, geri qayıtmalarına imkan vermir. Uşaqlar təhsildən yayınır. O, uşaqların onun himayəsinə verilməsinə dair müraciət edib. Lakin tələbi təmin edilməmişdir, halbuki uşaqlara dörd il o baxıb. O, uşaqların təhsil almaları üçün hər bir şərait yaradıb. Özü ürək xəstəsidi, işləmir, atasının pensiyası ilə dolanır. Bütün bunları nəzərə alıb iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İş materiallarında olan Quba Rayon Məhkəməsinin 22(027)- 1495/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qətnaməsilə, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, tərəflər arasında bağlanmış nikah qeydinin pozulması, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-cı il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X1 anaları- İddiaçı yanında saxlanması və xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-cı il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 19 sentyabr 2018-ci il tarixdən başlayaraq, hər ay hər uşağa gğrə 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-382/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın himayəsinə verilməsi” tələbinə dair iddia tələbi təmin İş materiallarında olan AZE 16680141 şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Quba rayonu Xucbala kəndində qeydiyyatdadır. Belə ki məhkəmə iclasında müəyyən edildi ki, Quba Rayon Məhkəməsinin 22(027)- 1495/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qətnaməsilə, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, tərəflər arasında bağlanmış nikah qeydinin pozulması, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-cı il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X1 anaları- İddiaçı yanında saxlanması və xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-cı il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 19 sentyabr 2018-ci il tarixdən başlayaraq, hər ay hər uşağa gğrə 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İddiaçı təyin edilmiş alimentin uşağların tələbatlarını ödəmədiyindən uşağların saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşağların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 200 ( iki yüz ) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh iddia tələbini qəbul etməyərək buna etirazını bildirmiş, maddi imkanı olmadığını, ürək xəstəsi olduğunu qeyd edərək iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2022ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının uşağların saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-1495/2011 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, üç uşağa görə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-1495/2011 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, üç uşağa görə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-763/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-763/2022
14.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver