Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-767/2021 30.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Əziyev Sarvan Hafiz oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında 04.02.2019-cu il tarixdə bağlanmış 011A********** saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 2119.8 manat kredit borcu, 282.99 manat faiz borcu və 773.95 manat cərimə olmağla, ümumilikdə cəmi 3176 (üç min yüz yetmiş altı) manat 74 qəpik məbləğində borcu iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı-nin nümayəndəsi X3 iddianı müdafiə edərək bildirdi ki, Əziyev Sarvan Hafiz oğluna İddiaçı ilə bağladığı 04.02.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsinə əsasən aylığ faiz dərəcəsi 2.0833% olmaqla, 24 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi ioan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 3700 (üç min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladığları 13.12.2019cu il tarixli 011A********** saylı sazişə, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Əziyev Sarvan Hafiz oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmağla ödəməli olduğu vəsaitləri 01.04.2020-ci il tarixdən banka qaytarmamışdır. Əziyev Sarvan Hafiz oğlu götürdüyü kredit borcundan 1580.2 manat ödəniş etmiş, onun 2119.8 məbləğində kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən bildiririk ki, Əziyev Sarvan Hafiz oğlu kredit borcu və faiz borcundan ibarət olmağla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 27.01.2021-ci il tarixə 301 gün üçün hesablanmış faiz borcu 282.99 təşkil edir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 ilə İddiaçı arasında 04.02.2019-cu il tarixdə bağlanmış 011A********** saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə 2119.8 manat əsas borcu, 282.99 manat faiz borcu və 773.95 manat cərimə olmağla, ümumilikdə cəmi 3176 (üç min yüz yetmiş altı) manat 74 qəpik məbləğində borcu iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Əziyev Sarvan Hafiz oğlu və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Əziyev Sarvan Hafiz oğlu və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı-nin 04.02.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Əziyev Sarvan Hafiz oğluna aylığ faiz dərəcəsi 2.0833% olmaqla, 24 ay müddətinə hissə-hissə qaytarmaq şərtilə 3700 (üç min yeddi yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, Əziyev Sarvan Hafiz oğlunun 27.01.2021-ci il tarixinə İddiaçı-yə 2119.8 manat əsas borcu, 282.99 manat faiz borcu və 773.95 manat cərimə olmağla, ümumilikdə cəmi 3176 (üç min yüz yetmiş altı) manat 74 qəpik məbləğində borcu vardır. İş materiallarında olan 13.12.2019-cu il tarixli 011A**********S saylı sazişdən görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş və həmin sazişə əsasən Əziyev Sarvan Hafiz oğlu götürdüyü kreditin qalığını və hesablanmış faizləri 13.12.2019-cu il tarixli ödəniş planına uyğun banka ödəməlidir. İş materiallarında olan 011G**********01 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 borclu Əziyev Sarvan Hafiz oğlunun 04.02.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tamamamilə icra etməsi üçün İddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 011G**********01 saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavə edilməsi haqqında 13.12.2019-cu il tarixli 011G**********01S ylı sazişdən görünür ki, müqaviləyə dəyişiklik edilərək, kreditin müddəti 14(on dörd) ay müəyyən olunub. İş materiallarında olan MAPS arayışından və AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əziyev Sarvan Hafiz oğlu quba rayonu Xucbala kəndində qeydiyyatdadır. İş materiallarında olan 19.02.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən məlum olur ki, İddiaçı iddia ərizəsilə bağlı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, cavabdeh banka gecikdirilmiş borcun olması, ödənilməyəcəyi təqdirdə barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla əsasən belə nəticəyə gəlinir ki, İddiaçı-nin iddia ərizəsi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Əziyev Sarvan Hafiz oğlu və Cavabdeh2dan, müştərək qaydada 011A********** saylı kredit müqaviləsi və ona edilmiş əlavə sazişlər üzrə 2119.80 (iki min yüz on doqquz) manat 80 qəpik kredit borcu, 282.99 (iki yüz səksən iki) manat 99 qəpik faiz borcu, 73,95 (yetmiş üç) manat 95 qəpik cərimə borcu, cəmi 2476,74 (iki min dörd yüz yetmiş altı) manat 74 qəpik, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat İddiaçı-nin xeyrinə tutulmalı və İddiaçı ilə Cavabdeh1 arasında 04.02.2019-cu il tarixdə bağlanmış 011A********** saylı kredit müqaviləsinə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan, müştərək qaydada, 2119 (iki min yüz on doqquz) manat 80 qəpik əsas kredit borcu, 282 (iki yüz səksən iki) manat 99 qəpik faiz borcu, 73,95 (yetmiş üç) manat 95 qəpik cərimə borcu, cəmi 2476 (iki min dörd yüz yetmiş altı) manat 74 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti İddiaçı-nin xeyrinə tutulsun. İddiaçı ilə Cavabdeh1 arasında 04.02.2019-cu il tarixdə bağlanmış 011A********** saylı kredit müqaviləsinə xitam verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-767/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-767/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver