Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-77/2024 12.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddaçı İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (borclu) Alxasova (Süleymanova) Sabrina Cavidovnadan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən 2004-cü ilin iyun ayından borclu olduğu 6600 ABŞ dollarının hər ödənişdən sonra qalıq məbləğinin 5 %-i kimi cəmi 5706 ABŞ dolları faizin, eyni zamanda Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən 6600 ABŞ dolları məbləğində puldan (hər ödənişdən sonra qalıq məbləğdən) faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh (borclu) Alxasova (Süleymanova) Sabrina Cavidovna 2004-cü ilin iyun ayında oğlu X1 Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına qəbul etdirmək üçün Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində, Mərkəzi Bankın yaxınlığında yerləşən Heydər Əliyev adına parkda etibardan sui-istifadə yolu ilə 6600 ABŞ dolları məbləğində pulu ondan almış, heç bir iş görməmiş, lakin sonradan ona qarşı dələduzluq etdiyini başa düşdüyündən verdiyi pulların geri qaytarılmasını tələb etsə də o, həmin pulu qaytarmamış və onu aldatmışdır. Bu barədə xx.xx.2010-cu il tarixdə hüquq-mühafızə orqanlarına şikayət etmişdir. Alxasova (Süleymanova) Sabrina Cavidovna barəsində cinayət işi açılmış, istintaq orqanı tərəfindən ondan 2004-cü ilin iyun ayında 6600 ABŞ dolları mədləğində pul aldığı tam sübuta yetirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2013-cü il tarixli, 1(101)-91/2013 saylı hökmü ilə təqsirləndirilən şəxs (məhkum edilmiş) Alxasova (Süleymanova) Sabrina Cavidovnadan 6600 ABŞ dolları məbləğində pulun tutularaq dəymiş maddi zərərə görə İddiaçı ödənilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və Azərbaycan Respublikası Ali Məhkəkəməsinin Cinayət Kollegiyasının qərarları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-91/2013 saylı icra vərəqəsinə əsasən hal-hazırda Bakı şəhəri Nizami rayon İcra Şöbəsində icra işi davam etdirilir. Nizami rayon İcra Şöbəsinin arayışına əsasən xx.xx.2023-cü il tarixədək borclu tərəfindən cəmi 4370 manat, bu günədək isə cəmi 5220 manat, yəni 3070,6 ABŞ dolları (5220:1,7=3070,6) ödəniş edilmişdir. Alxasova (Süleymanova) Sabrina Cavidovna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş hər bir il üçün əlavə olaraq 6600 ABŞ dollarının hər ödənişdən sonra qalıq məbləğinin 5 (beş) faizini ona ödəməlidir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmiş, bildirmişdir ki, cavabdeh 2015-ci ildən hazırkı günədək borcundan 5220 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçıya olan əsas borcunu tam şəkildə ödədiyini, hazırda ona əlavə heç bir borcu olmadığını bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2013-cü il tarixli, 1(101)-91/2013 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, dəymiş maddi zərərə görə Alxasova (Süleymanova) Sabrina Cavidovnadan 6600 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı ödənilməsi hökm edilmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı Cavabdeh 2004-cü ilin iyun ayından borclu olduğu 6600 ABŞ dollarının hər ödənişdən sonra qalıq məbləğinin 5 %-i kimi cəmi 5706 ABŞ dolları faizin, eyni zamanda Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən 6600 ABŞ dolları məbləğində puldan (hər ödənişdən sonra qalıq məbləğdən) faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin alınaraq ona verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin həmin puldan faydalanmasına dair məhkəməyə sübut təqdim etməyib. Həmçinin, iş materillarından görünür ki, cavabdeh iddiaçıya mütamadi pul ödəmişdir. Belə ki, İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli, 17/xx-xx-140215/22-301 nömrəli məktubundan görünür ki, İddiaçı Sabrina Alxasovna tərəfindən 4370 manat məbləğində pul vəsaiti ödənilmişdir. Ona görə də, məhkəmə iddiaçının tələbinin yəni, 6600 ABŞ dollarının 5 %-i kimi son 3 il üçün təmin edilməsini daha ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1- 443.4-cü maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmi Məcəllənin 439.1– 439.4-cü maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmi Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 9 iyul 2009-cu il tarixli qərarında qeyd edilir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Qanun normalarının tələbinə görə borc verən şəxs, borc alan onun aldığı pulu qaytarmadıqda, bununla onun hesabına əsassız varlanıb, ona zərər vurduqda, həmin zərərin, həmçinin onun pul vəsaitini qanunsuz saxladıqda, onu qaytarmaqdan boyun qaçırdıqda, onun ödənilməsini digər şəkildə gecikdirdikdə, pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalandıqda, qanunda nəzərdə tutulmuş halda və məbləğdə faizləri borcludan tələb edə bilər. Bu tələb hüququ öhdəliklərin yaranması üçün əsas olan müqavilədən, digər öhdəlik əsaslarından, həmçinin öhdəliklərlə bağlı ümumi hüquqi prinsip olan pacta sund vervanda (öhdəliklər yerinə yetirilməlidir) prinsipindən irəli gəlir. Təbii ki, qanuna görə bu tələbin əsaslılığını sübut etmə vəzifəsi də iddiaçının üzərinə düşür. Qanun normasının mənasına görə iddiaçı cavabdehin ondan aldığı borcu qaytarmadığı şəraitdə, onun hesabına əsassız varlanmaqla ona tələb edilən məbləğdə maddi zərər yetirməsini, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaranmasını, zərərlə cavabdehin qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin olmasını və zərər vurulmasında cavabdehin təqsirli olmasını sübut etməlidir. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Lakin, iş üzrə qəbul edilmiş məhkəmə qətnamələri ilə cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü icra etmədiyini öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsində məqsəd hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasına 14 saylı Protokol ilə əlavə edilmişdir ki, kriteriyada “əhəmiyyətli zərər” (“significant disadvantage”) anlayışının əsas 2 meyarı mövcuddur;
1. Maddi cəhətdən vurulmuş əhəmiyyətli zərər – Faktiki dəymiş zərər (“damnum emergens”) və əldən çıxmış fayda (“lucrum cessans”).
2. Dövlətlər tərəfindən Konvensiyanın prinsiplərinin pozuntusu, fundamental insan hüquqlarına hörmət prinsipi və yerli məhkəmələrin işi kifayət qədər araşdırmamış olması baxımından ərizəçiyə vurulmuş zərər. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 6600 ABŞ dollarının 5 %-i kimi, son 3 ilə görə Cavabdeh 990 (doqquz yüz doxsan) ABŞ dolları məbləğində pul (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Çünki, iddiaçı cavabdehin həmin puldan faydalanmasına dair məhkəməyə sübut təqdim etməyib. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 990 (doqquz yüz doxsan) ABŞ dolları məbləğində pul (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Rahim Həsənov