Məhkəmə qərarları › İş №2(027)-78/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-78/2023

15.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-78/2023 15.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, nümayəndəsi və vəkili X13, Cavabdeh nümayəndəsi və vəkili X14 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Quba rayon İstehsal-İstehlak Kooperativi (icarəyə verən) ilə aralarında (icarəçi) bağlanmış 05 yanvar 2021-ci il tarixli, 01 nömrəli “İcarə müqaviləsi” əsasında onun istifadəsinə verilmiş Quba şəhərinin 22 kvartalında yerləşən 42 saylı mağazanın (Tofiq Əhmədov küçəsi) qarşısında Cavabdeh tərəfindən inşa edilmiş dam örtüyü və divar, quraşdırılmış qapı və pəncərələr və həmin tikinti-texniki avadanlıqlarla əlaqəli quraşdırılmış digər konstruksiyalar Cavabdeh şəxsi vəsaiti hesabına sökülməsi, sökülmüş əşyalar Cavabdeh şəxsi vəsaiti hesabına ərazidən çıxardılması, 80 (səksən) ədəd mişar daşı Cavabdeh alınaraq mənə verilməsi, ona dəymiş 5600 (beş min, altı yüz) manat məbləğində zərərin əvəzi olaraq 5600 (beş min, altı yüz) manat məbləğində əsas zərər və 100 (bir yüz) manat məbləğində məhkəmə rüsumunun Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X19 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Quba rayon İstehsal-İstehlak Kooperativi (icarəyə verən) ilə aralarında (icarəçi) bağlanmış 05 yanvar 2021-ci il tarixli, Nə 01 nömrəli “İcarə müqaviləsi” əsasında onun istifadəsinə verilmiş Quba şəhərinin 22 kvartahnda yerləşən (Tofiq Əhmədov küçəsi) 42 saylı mağazanın qarşısında Cavabdeh tərəfindən inşa edilmiş dam örtüyü, divar, quraşdırılmış qapı-pəncərələr və həmin tikinti-texniki avadanlıqlarla əlaqəli quraşdırılmış digər konstruksiyalar Cavabdeh şəxsi vəsaiti hesabına sökülərək mağazanın əvvəlki texniki- tikinti vəziyyəti bərpa edilməsi; sökülmüş əşyaların Cavabdeh şəxsi vəsaiti hesabına onun istifadəsində olan mağazadan və həmin mağazanın qarşısından çıxarılması; Cavabdeh və ona məxsus əşyalar onun istifadəsinə verilmiş Quba şəhərinin 22 kvartalında (Tofiq Əhmədov küçəsi) yerləşən 42 saylı mağazadan və həmin mağazanın qarşısından çıxarılması; Quba rayon İstehsal-İstehlak Kooperativi (icarəyə verən) ilə arasında (icarəçi) bağlanmış 05 yanvar 2021 -ci il tarixli, № 01 nömrəli “İcarə müqaviləsi” əsasında onun istifadəsinə verilmiş Quba şəhərinin 22 kvartalında yerləşən (Tofiq Əhmədov küçəsi) 42 saylı mağazada və həmin mağazanın qarşısında onun istifadə hüquqlarına zidd hərəkətlər Cavabdeh qadağa edilməsi; ona dəymiş 5600 (beş min, altı yüz) manat məbləğində zərərin əvəzi olaraq 5600 (beş min, altı yüz) manat məbləğində əsas zərər və 86 (səksən altı) manat məbləğində məhkəmə rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon İstehsal-İstehlak Kooperativi (icarəyə verən) ilə arasında (icarəçi) bağlanmış həmin “İcarə müqaviləsi” əsasında icarəyə verənin mülkiyyətində olan Quba şəhərinin 22 kvartalında yerləşən 42 saylı mağaza (Tofiq Əhmədov küçəsi) ticarət təyinatı üzrə onun istifadəsinə verilmişdir. Həmin müqaviləyə əsasən müqavilə, ilkin olaraq 31 dekabr 2021-ci il tarixə qədərki müddətə bağlanmış və sonradan xx.xx.2022-ci ilə qədər müddətə uzadılmışdır. Müqavilə bağlandığı gündən müqavilənin şərtlərinə uyğun olaraq icarə haqlarını ödəmişdir. 31 yanvar 2021-ci il tarixdə məndə COVİD-19 xəstəliyinə tutulduğundan müalicə üçün xəstəxanaya köçürülmüşdür. 04 gün xəstəxanada stasionar müalicə olunduqdan sonra evə buraxılsa da yaşadığı evi tərk etməmək ondan tələb olunmuşdur. Yalnız 18 fevral 2021-ci il tarixdə özünütəcrid müddətinin bitdiyi ona elan olunmuşdur. Lakin, o, özünün və müştərilərin təhlükəsizliyi məqsədi ilə may 2021-ci il tarixə qədər iş yerimi işlətməmişdir. 01 may 2021-ci il tarixdə fərdi fəaliyyətini bərpa etmək məqsədi ilə icarəyə aldığı otağa gəlsə də işləyə bilməmişdir. Quba şəhər Memar Əcəmi küçəsi "3 nömrəli evin sakini Cavabdeh günahı səbəbindən onun yanına müştəri gəlməyib. Belə ki, Cavabdeh gecə saatlarında onun icarəyə aldığı otağın qarşısındakı meydançanın 80 (səksən) ədəd mişar daşını sökərək mənimsəmiş, həmin yerin üzərində taxta və plastik yeşiklər yerləşdirmiş, stollar quraşdırıb stolun üst və alt hissələrinə çoxlu sayda şüşə qablar düzərək mənim iş yerimə keçidi məhdudlaşdırmışdır. Həmin faktlar hazırki ərizəyə əlavə edilmiş foto şəkildə əks olunub. İş yerinə keçidi boşaltmasını Ağaşükürdən dəfələrlə xahiş etsə də o, keçidi boşaltmamışdır. Bundan başqa, 2021-ci ilin sentyabr ayının sonunda, gecə saatlarında, Ağaşükür otağının qarşısının üzərində dam örtüyü quraşdırmış, 01 noyabr 2021-ci il tarixdə isə icarəyə aldığı otağın qarşısında qırmızı kərpicdən hasar inşa etmiş, 06 noyabr 2021-ci il tarixdə isə Cavabdeh icarəyə aldığı otağın qarşısını plastik qapı və pəncərə ilə bağlamışdır. Mübahisə ilə bağlı Quba rayon İstehsal-İstehlak Kooperativinin rəhbərliyi tərəfindən Cavabdeh əvvəlcə şifahi, sonra isə yazılı qaydada xəbərdarlıq edilmiş, apardığı qanunsuz tikililəri sökməsi və Cavabdeh özünün istifadəsinə verilmiş otaqla digər icarəçi Aygün Əliyevanın istifadəsinə verilmiş otaq arasındakı, sökərək üzərində qapı quraşdırdığı divar hissəsini əvvəlki vəziyyətdə bərpa etməsi ondan tələb edilmiş, lakin Cavabdeh qanunazidd hərəkətlərini aradan qaldırmamışdır. Yuxarıda göstərilən icarə müqaviləsi üzrə mənim istifadəsinə verilmiş 42 saylı mağaza onun yeganə gəlir mənbəyidir. Cavabdeh günahı səbəbindən onun sahibkarlıq fəaliyyəti tam pozulmuş, nəticədə ona mühüm zərər dəymişdir. Belə ki, icarəyə götürdüyü tikilidə o dərzi peşəsi ilə məşğul olmalı olduğu halda cavabdehin günahı səbəbindən 01 may 2021-ci il tarixdən öz sahibkarlıq fəaliyyətini həyata keçirə bilməmişdir və nəticədə əldə etməli olduğu gəlirlərdən məhrum olmuşdur. Belə ki, həmin sahibkarlıqdan onun orta aylıq gəlirləri 600 manat məbləğində təşkil edib. Cavabdehin ona vurduğu maddi zərərin bu günə olan məbləği 5600 (beş min, altı yüz) manat təşkil edir. Bundan başqa, Cavabdeh günahı səbəbindən iddia ərizəsini məhkəməyə təqdim edilməsindən ötrü 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bunla da cavabdehin günahı səbəbindən əlavə olaraq ona 100 (bir yüz) manat məbləğində zərər dəymişdir. Hesab edir ki, Cavabdeh bu hərəkətləri qanunsuz və özbaşınalıqdır, Quba rayon İstehsal-İstehlak Kooperativi (icarəyə verən) ilə arasında (icarəçi) bağlanmış 05 yanvar 2021-ci il tarixli, № 01 nömrəli “İcarə müqaviləsi” əsasında onun istifadəsinə verilmiş Quba şəhərinin 22 kvartalında yerləşən 42 saylı mağazanın (Tofiq Əhmədov küçəsi) qarşısında Cavabdeh tərəfindən inşa edilmiş dam örtüyü və divar, quraşdırılmış qapı və pəncərələr və həmin tikinti-texniki avadanlıqlarla əlaqəli quraşdırılmış digəı konstruksiyalar cavabdehin vəsaiti hesabına sökülməli, həmin sökülmüş əşyalar cavabdehin vəsaiti hesabına ərazidən çıxardılmalı, 80 (səksən) ədəd mişar daş cavabdehdən alınaraq ona verilməli, ona dəymiş 5600 (beş min, altı yüz) manat məbləğində zərərin əvəzi olaraq 5600 (beş min.altı yüz) manat məbləğində pul və 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh alınaraq ona verilməlidir. İş üzrə Cavabdeh iddiaya etiraz verərək etiraz onunla əsaslandırmışdır ki, o, iddia tələbini qəbul etmir. İddia tələbi əsassız olmaqla, iddiaçının iddia qaldırmaq üçün heç bir subyektiv hüququ yoxdur. Ona görə ki, həmin mağaza özünə məxsus mağaza ilə qonşuluqdadır. 2021-ci ilin əvvəl Quba şəhəri, 22-ci məhəllədə yerləşən 32 m2 sahəsi olan 42 saylı mağazanın icarədarı Mirzəyev Qulam (Əzim) Yunis oğlu ondan şahidlərin iştirakları ilə xx.xx.2021-ci il tarixdə 2000 manatı olub və bunun müqabilində icarəsində olan 42 saylı mağazanı ona təhvil verib. Onunla belə razılığa gəlmişdir ki, üç ay müddətində Quba rayon X3 X22 Bayramovla özəlləşməsi razılaşdırıb özəlləşmənin xərclərinin onun tərəfindən çəkilməklə həll etdikdən sonra 42 saylı mağazanı onun ilə alqısatqı edib adına keçirəcək əlavə edir ki, 4 ay və son xx.xx.2021-ci ildə 192 nömrəli manat almaqla iki ayın icarə haqqını o, ödəmişdir. Bununla bağlı Mirzəyev Qulam (Əziz) ondan əlavə icarə haqları alıb. Quba R.İ.İ.K Sədrinə ödədiyinə dair imzaladığı qəbzdə var. 42 saylı mağazanı təxminən aprel ayında 2021-ci ildə Mirzəyev Qulam (Əzim) ona təhvil verib və həmin tarixdən bü günə kimi onun istifadəsindədir. 1200 manat vəsait xərcləməklə konstruksiya işləri aparmışdır. Görülən işlərin siyahısı xx.xx.2021-ci ildə Quba R.İ.İ.K-nin Sədrinin istifadəsində olan mobil nömrəsinin vhatsap proqramı vasitəsilə oğlu İlyas görülən işlərin siyahısı Bayramov Zahid müəllimə göndərilib. O, məlumatlı olub xx.xx.2021-ci ildə oğlum X24 (Əzim) Quba R.İ.İ.K Sədrinin yamda olmuş Mirzəyev Qulamın (Əzim) keçmiş aylarda olan borcunu 200 azn manat oğlu Zahid Bayramov ödəyib 42 saylı mağaza ilə eyni dam altında divar qonşusudur və əmlak şəxsi mülkiyyətindədir. 42 saylı mağazanın içində olan sanizel qovşağı onun tərəfindən təmin ohmduğunudan icarəçi olan Mirzəyev Qulamla (Əzim) ümumi istifadələrində olub. Mirzəyev Qulamın (Əzimin) bacısı oğlu İddiaçı atası X21 hər gün mağazanın qarşısında konstruksiya işləri apararkən mağazanın qarşısında konstruksiya işləri apararkən mağazanın qarşısında konstruksiya işləri apararkən mağazanın 10 metrliyində məlumatlı olmuşdur. Hətta İddiaçı və atası Zakir Əliyev ictimai təhlükəsizlik kameralarına tərəfinizdən baxış keçiriləndə bunu tam sübut etmək olarki şikayət ərizəsində göstərdikləri xüsusatlar tam yalan və böhtandır. Onların dələduz mövqeyini sübuta yetirir. Ona görə ki, onlar qrup təşkil edərək mənə qarşı dələduzluq etdiklərini əsassız şikayət ərizələri ilə ört basdır etmək istəyirlər. Ona indi məlum oldu ki, qanunsuz əsasız hal-hazırki iş üzrə olan şikayətçi İddiaçı atası X21 və qaynı Mirzəyev Qulam (Əzim) Yunis oğlu Qulamın bacısı X17 qrup təşkil edərək ona qarşı dələduzluq etmiş 2000 manat məbləğində vəsaitini ələ keçirmişdir. Beləliklə o həmin mağazanı o vaxtı icarəsində olmuş X6 2000 manat pul verərək almışdır. Razılaşmaya əsasən o, həmin mağazanı özəlləşdirməli idi. Bu səbəbdəndə mağazanın qarşısında tikililəri 2021-cu ilin iyun ayının sonuna kimi tikib qurtarmışdır. Məhkəməyə verilən iddiadan da ona məlum olmuşdur ki, Qulam Mirzəyev onunla razılaşıb ondan beh aldıqdan sonra avqust ayında onunla razılaşan mağazanı bacının adına icarə müqaviləsinin rəsmiləşdirilməsini Azərittifaq Quba rayn X1 xahiş etmişdir. Bundan sonra 2021-ci ilin avqust ayında həmin icarə müqaviləsi bağlanılmışdır. Beləliklə göründüyü kimi Qulam Mirzəyev öhdəlik götürmüş, sonradan öhdəliyin icrasında yayınmışdır. Hazırkı iddiaçı ilə kooperativ arasında icarə müqaviləsi bağlamamışdan qabaq o, həmin tikililəri tikmişdir. İddiaçının hazırda həmin tikililərin sökülməsi üçün iddia verməyə heç bir subyektiv hüququ yoxdur. İddiaçı tikililəri görüb icarə müqaviləsi bağlamaya bilərdi. İcarəçi mağazanı icarəyə alanda hazırkı vəziyyətdə idi. Yəni icarə müqaviləsi bağlamaqla mağazanı hazırkı vəziyyətdə qəbul etmişdir. Bundan başqa tikililər dövlət torpağında tikilmişdir. Onların sökülməsini iddiaçı tələb etmək hüququ yoxdur. O, iddiaçının Qulam Mirzəyevlə əlbir olaraq ona vədd verərək pulunu alaraq onu aldatdıqları üçün Quba RPŞ-nə şikayət etmişdir. Şikayəti nəticəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və göstərdiyim faktlar həmin qərarda öz əksini tapmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndələri X7 və X19 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X20 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının tələb etdiyi tələbdə subyektiv hüquqi əsası olmadığına görə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 yanvar 2021-ci il tarixli icarə müqavilədən görünür ki, Quba rayon İstehsal-İstehlak Kooperativ adından idarə heyətinin sədri X15 tərəfindən Quba şəhəri 22-ci kvartalda yerləşən 42 saylı mağaza dərzi fəaliyyəti ilə məşğul olmaqdan ötrü İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Azərittifaq Quba rayon X2 19 may 2022-ci ilm tarixli, 09 saylı məktubundan görünür ki, Quba şəhəri, 22-ci kvartalda yerləşən 42 saylı mağazanın ümumi sahəsi 44m2 olmaqla, mağaza iki hissəyə bölünərək 32 kv.metr hissə X16 12 m2 hissə İddiaçı dərzi fəaliyəti ilə əlaqədar icrəyə verilmişdir. Mağazanın qarşısında heç bir əlavə tikili olmamışdır. İş materiallarında olan Quba rayon PŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X12 cinayət işinin başlanmasının rədd edilməsi barədə 06 mart 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanamsının rədd edilməsi, İddiaçı isə mübahisəli əmlak tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. İş materiallarında olan Quba rayon PŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X8 cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 iyun 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Quba rayon prokurorluğuna ünanladığı müraciətində göstərilənlər mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Quba rayon PŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X9 cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, X10 Quba rayon prokurorluğuna ünanladığı müraciəti əsasında toplanmış materialda etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətinin, yəni AR CM-nin 178.1 maddəsinin tərkibi olması öz təsdiqini tapmamışdır. X10 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 28 oktyabr 2022-ci il tarixli 10/4398 saylı rəyindən görünür ki, 05 yanvar 2021-ci il tarixli, № 01 nömrəli “İcarə müqaviləsi” əsasında Quba rayonu, İstehsal-İstehlak Kooperativi (icarəyə verən) tərəfindən İddiaçı icarəyə verilmiş Quba şəhərinin 22 məhəlləsində yerləşən 42 saylı mağazanın ön hissəsində plastik materialdan giriş-çıxış qapısı və pəncərələr quraşdırıldığı, tavan hissəsinin isə dəmir və taxta konstruksiyalardan yığılaraq üzərinin dalğavari dəmir təbəqə ilə üzləndiyi müəyyən olunur. Aparılan ölçü işləri nəticəsində qeyd olunan tikilinin ölçülərinin 4.0m x 7.80m olduğu müəyyən olunmuşdur. 05 yanvar 2021-ci il tarixli, № 01 nömrəli “İcarə müqaviləsi” əsasında Quba rayonu İstehsal-istehlak Kooperativi tərəfindən İddiaçı icarəyə verilmiş Quba şəhərinin 22 məhəlləsində yerləşən 42 saylı mağazada faktiki olaraq tikinti üzrə ziyan aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli, 10/4398 saylı ekspert vəsatətində qeyd olunan texniki pasport sənədləri Mərkəzə təqdim edilmədiyindən qərardadın 4-cü sualının cavablandırılması mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırkı iddianın qaldırılması üçün 86 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tədqiqatı zamanı, müəyyən olunmuşdur ki, 05 yanvar 2021-ci il tarixli, № 01 nömrəli “İcarə müqaviləsi” əsasında Quba rayonu, İstehsal-İstehlak Kooperativi (icarəyə verən) tərəfindən İddiaçı icarəyə verilmiş Quba şəhərinin 22 məhəlləsində yerləşən 42 saylı mağazanın ön hissəsində cavabdeh tərəfindən plastik materialdan girişçıxış qapısı və pəncərələr quraşdırıldığı, tavan hissəsinin isə dəmir və taxta konstruksiyalardan yığılaraq üzərinin dalğavari dəmir təbəqə ilə üzləndiyi sübuta yetirilmişdir. Bu hal iş üzrə keçirilmiş ekspert rəyi ilə də təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Kovensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X11 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X11 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Beləliklə, məhkəmə, yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh və ona məxsus əşyalar İddiaçı istifadəsinə verilmiş Quba şəhərinin 22 kvartalında (Tofiq Əhmədov küçəsi) yerləşən 42 saylı mağazadan və həmin mağazanın qarşısından çıxarılmalı, hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 86 manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Məhkəmə iddianın Quba rayon İstehsal-İstehlak Kooperativi (icarəyə verən) ilə aralarında (icarəçi) bağlanmış 05 yanvar 2021-ci il tarixli, Nə 01 nömrəli “İcarə müqaviləsi” əsasında onun istifadəsinə verilmiş Quba şəhərinin 22 kvartalında yerləşən (Tofiq Əhmədov küçəsi) 42 saylı mağazanın qarşısında Cavabdeh tərəfindən inşa edilmiş dam örtüyü, divar, quraşdırılmış qapı-pəncərələr və həmin tikinti-texniki avadanlıqlarla əlaqəli quraşdırılmış digər konstruksiyalar Cavabdeh şəxsi vəsaiti hesabına sökülərək mağazanın əvvəlki texniki-tikinti vəziyyəti bərpa edilməsi; sökülmüş əşyaların Cavabdeh şəxsi vəsaiti hesabına onun istifadəsində olan mağazadan və həmin mağazanın qarşısından çıxarılması; Quba rayon İstehsal-İstehlak Kooperativi (icarəyə verən) ilə arasında (icarəçi) bağlanmış 05 yanvar 2021-ci il tarixli, № 01 nömrəli “İcarə müqaviləsi” əsasında onun istifadəsinə verilmiş Quba şəhərinin 22 kvartalında yerləşən (Tofiq Əhmədov küçəsi) 42 saylı mağazada və həmin mağazanın qarşısında onun istifadə hüquqlarına zidd hərəkətlər Cavabdeh qadağa edilməsi; ona dəymiş 5600 (beş min, altı yüz) manat məbləğində zərərin əvəzi olaraq 5600 (beş min, altı yüz) manat məbləğində əsas zərər tələb hissəsinə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi həmin hissələrdə əsassız olduğundan təmin edilməməlidir. İş üzrə iddiaçı tərəfindən həmin tələbləri təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2022-ci il tarixli, 10/4398 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh və ona məxsus əşyalar İddiaçı istifadəsinə verilmiş Quba şəhərinin 22 kvartalında (Tofiq Əhmədov küçəsi) yerləşən 42 saylı mağazadan və həmin mağazanın qarşısından çıxarılsın; hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 86 manat Cavabdeh tutularaq, İddiaçı verilsin; iddia tələbi qalan hissələrdə təmin edilməsin. İş üzrə keçirilmiş 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar