Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-784/2021 19.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı X22 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X5 və Cavabdeh iştirakı ilə X22 X4 İlham Həmdulla oğluna qarşı ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X22 Təsərrüfatı Mərkəzi məhkəməyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 343,69 manat ziyanın X16 Benifisiarın adı: X22 Təsərrüfatı Mərkəzi, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyə kodu: 3 hesaba ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba X2 qarşı «ziyanın ödənilməsi tələbinə dair» dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, Quba Rayon Məhkəməsinin 2(027)-784/2021 saylı, 09.04.2021-ci il tarixli qərardadı ilə X22 X4 İlham Həmdulla oğluna qarşı ziyanın ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. X22 Təsərrüfatı Mərkəzi iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh, 23.09.2020-ci il tarixdə Mərkəzin Rustov meşəbəyliyinin 8 saylı dolayısının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılışı orderi olmadan müxtəlif cins və diametrlərdə 32 ədəd yaş kök üstə ağacları özbaşına kəsərək, Meşə Fonduna 343,69 manat ziyan vurmuşdur. Meşədən qanunsuz yolla oduncaq əldə etməklə Cavabdeh «Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarının 7-ci əlavəsini pozmuşdur. Məhkəmə iclasında X22 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X9 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Quba X1 barəsində qaldırdığı iddianı qəbul etməyib, verdiyi izahatında göstərmişdir ki, o, ailəliklə Quba rayonu Təngəaltı kəndində yaşayır. Uzun müddət X20 İdarəsində polis əməkdaşı işləmiş, hazırda təqaüddədir. Həm də maddi vəziyyətilə bağlı Quba rayonu İİ Nügədi kəndində yerləşən Vüsal Əzimov adına şirkətdə işləyir. O, 21 sentyabr 2020-ci il tarixdə, saat 09:00-dan 22 sentyabr 2020-ci il tarix, saat 09:00-a kimi növbədə olmuşdur. 23 sentyabr 2020-ci il tarixdə, səhər saat 05:30 radələrində qohumu ona zəng edərək, qızının ağır vəziyyətdə Bakı şəhərində xəstəxanaya yerləşdirildiyini bildirmiş və o, həmin gün saat 07:00 radələrində Bakı şəhərində maşın sürə bilmədiyinə görə həmkəndlisi Saməddin Qubatovdan xahiş edib, onun maşını ilə ailəsi ilə birlikdə evdən çıxıb Bakı şəhərinə getmişdir. Həmin günü nəvəsi dünyaya gəlmiş və qızının vəziyyəti ilə bağlı Bakı şəhərində qalmalı olmuş və şirkət rəhbərliyinə müraciət edərək, 24 sentyabr 2020-ci tarix üçün bir günlük icazə almışdır. 24 sentyabr 2020-ci il tarixdə, axşam tərəfi Bakı şəhərindən yaşadığı Quba rayonu Təngəaltı kəndinə gəlmiş və 25 sentyabr 2020-ci il tarixdə, saat 09:00-da şirkətdə işinə başlamışdır. Barəsində tərtib olunmuş protokolda və qərarda isə həmin gün, yəni faktiki olaraq Bakı şəhərində olduğu 23 sentyabr 2020-ci il tarixdə Quba rayonu, Rustov meşəbəyliyinin 8 saylı dolayısının ərazisindən qanunsuz olaraq 32 ədəd yaş kök üstə ağacları kəsməyi qeyd olunmuşdur. O, həmin gün yaşadığı Təngəaltı kəndində olmamış və meşə ərazisindən heç bir ağac kəsməmişdir. Beş-altı aydan sonra 2021-ci ilin mart ayında məhkəmədən bildiriş gəldikdə bu işdən xəbər tutmuşdur. Aprel aynın sonlarında Quba rayon İcra və Probasiya Şöbəsinə çağırıldığı vaxt barəsində inzibati qərarın olduğunu bilmiş, protokol və həmin qərarın surətini Quba rayon İcra və Probasiya Şöbəsindən əldə etmişdir. Barəsində inzibati protokol tərtib olunarkən iştirakı təmin olunmamış, ona bu barədə hər hansı vasitə ilə heç bir məlumat verilməmişdir. Ona görə də iddianı tam əsassız hesab edərək, təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Cavabdeh həmkəndlisidir. 23 sentyabr 2020-ci il tarixdə, səhər saat 6-7 radələrində Cavabdeh ona zəng edərək, qızının ağır vəziyyətdə Bakı şəhərində xəstəxanaya yerləşdirildiyini bildirmiş və Bakı şəhərində maşın sürə bilmədiyinə görə ondan onu Bakı şəhərinə aparmasını xahiş etmişdir. O, həmin gün saat 07:00 radələrində maşını ilə İlhamı ailəsi ilə birlikdə Bakı şəhərinə aparmışdır. Həmin günü İlhamın nəvəsi dünyaya gəlmiş və qızının vəziyyəti ilə əlaqədar Bakı şəhərində qalmalı olmuşlar. İlham onun yanında işlədiyi şirkət rəhbərliyinə zəng edərək, 24 sentyabr 2020-ci il tarix üçün bir günlük icazə almışdır. 24 sentyabr 2020-ci il tarixdə axşam tərəfi İlham salamatçılıq olduğunu bildirmiş, ona görə də həmin günü axşam saatlarında Bakı şəhərindən yaşadıqları Quba rayonu Təngəaltı kəndinə qayıtmışlar. İş materiallarında olan 23 sentyabr 2020-ci il tarixli, 60643 №-li aktdan görünür ki, 23 sentyabr 2020-ci il tarixdə Rustov meşəbəyliyinin 8 saylı dolayın ərazisindən 32 ədəd müxtəlif cins və diametrdə yaş kök üstə ağacların kəsilməsi aşkar olunmuşdur. Meşə gözətçisinin verdiyi məlumata görə ağacları Quba rayonu Təngəaltı kənd sakini İlham Həmdulla oğlu kəsmişdir. İş materiallarında olan, X22 Təsərrüfatı Mərkəzinin meşə mühafizə mühəndisi Pərviz Əmirəliyev tərəfindən tərtib olunmuş 23 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, X22 X11 meşəbəyliyinin 8 saylı dolayısının ərazisindən qanunsuz yolla 32 ədəd yaş kök üstə ağacları kəsməsinə görə Cavabdeh barəsində inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur. Həmin protokol Cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarında olan 18.02.2021-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, 23.09.2020-ci il tarixli protokol əsasında Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan, 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 oktyabr 2020-ci il tarixli, AZ-İV seriyalı, 517571 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 23.09.2020-ci il tarixdə X12 doğulmuş, “ata” qrafasında X13, “ana” qrafasında X3 qeyd olunmuşdur. (Cavabdeh nəvəsidir) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanun normasının tələbinə görə iddia tələbini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Bu qanun normasında söhbət tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Mülki məhkəmə icraatında tərəfləri sübut etmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İddiaçı cavabdeh tərəfindən təbiətə 343,69 manat məbləğində ziyan vurulması tələbini irəli sürsə də, bu ziyanın Cavabdeh qanunsuz hərəkətləri nəticəsində vurulması, cavabdehin hansısa qanunsuz hərəkətləri ilə bu ziyan arasında səbəbli əlaqənin olması və ziyanın vurulmasında cavabdehin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki yuxarıda istinad olunan Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə təhqiqatı zamanı, Cavabdeh 23.09.2020-ci il tarixdə, yəni X22 X11 meşəbəyliyinin 8 saylı dolayısının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılışı orderi olmadan müxtəlif cins və diametrlərdə 32 ədəd yaş kök üstə ağacların özbaşına kəsilərək, Meşə Fonduna 343,69 manat ziyan vurulması vaxtı Bakı şəhərində olması şahid ifadəsi ilə sübuta yetirilir. İş üzrə iddiaçı tərəfindən qeyd edilən halı aradan qaldıran, yəni cavabdehin meşə qanunvericiliyinin pozulmasında təqsirli olmasını və bununla da onun təbiətə 343,69 manat məbləğində ziyan vurmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallaranı araşdırıb, iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: X22 X4 İlham Həmdulla oğlu tərəfindən Meşə Fonduna vurulmuş 343,69 manat ziyanın X16 Benifisiarın adı: X22 Təsərrüfatı Mərkəzi, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyə kodu: 3 hesaba ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-784/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-784/2021
19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver