Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-786/2024 16.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 04 mart 2016-cı il tarixli iş № 2(027)-275/2016 saylı qətnamə əsasında borcluya görə onun əmək haqqından tutulan 1334 manat 49 qəpik (min üç yüz otuz dörd manat qırx doqquz qəpik) manat ödənilmiş 35 manat dövlət rüsumunun ümumilikdə 1369 manat 49 qəpik (min üç yüz altmış doqquz manat qırx doqquz qəpik) pulun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, Cavabdeh 13 iyun 2024-cü il tarixdə, "xxxx" Bank olmayan Kredit Təkilatı Qapalı Səhmdar Cəmiyyətin Quba filialından öz adına 2000 (iki min) manat kredit pul alaraq az miqdarda ödəniş etsədə sonradanödəniş etmədiyi üçün Bank Məhkəməyə müraciət edərək borcun tələb etmişdir. Quba rayon Məhkəməsi tərəfindən 04 mart 2016-cı il tarixdə iş № 2(027)- 275/2016 saylı qətnamə qəbul olunaraq cavabdehə görə onun əmək haqqından hər ay müəyyən qədər pul tutularaq "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətin hesabna köçürülüb. Cavabdehlə bir çox danışıqlar aparsa da hər dəfə yalan vədlər verərək onu aldadaraq heç bir ödəniş etmədi, bu günədək məhkəməyə müraciət etməməyinə səbəb cavabdehin ondan vaxt istəməsi lakin vaxtın uzadaraq onu aldatması olmuşdur, buna görədə cavabdehlə danışıqlar aparsada mübət nəticə əldə edə bilmədiyi üçün Məhkəməyə müraciət etmək məcburiyyətində oldu. İddia tələbini müdafiə edir, təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına təkrarən gəlməməsi və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməməsi səbəbindən, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli, 2(027)- 275/2016 saylı qətnaməsindən görünür ki, "xxxx" BOKT QSC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə bank tərəfəindən Cavabdeh illik 33 % ödəmək şərtilə 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmiş, bankla zamin İddiaçı arasında bağlanmış 13 iyun 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zamin borclu Cavabdeh həmin kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini yerinə yetirməsi üçün birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, borclu və zaminin həmin bank qarşısında öz öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi əsası ilə "xxxx" BOKT QSC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2014-cü il tarixli, KaQub 117608/14 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh və İddiaçı müştərək qaydada 1081,33 manat əsas kredit borcu, 139,79 manat faiz borcu və 2 manat gecikdirilmiş günlərə görə cərimə (dəbbə pulu) məbləği olmaqla, cəmi 1223,12 manat kredit borcu və 24,07 manat dövlət rüsumunun alınaraq, "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Xaçmaz” RETSİ “Quba” EŞ-nin arayışından görünür ki, İddiaçı əmək haqqından "xxxx" BOKT QSC-nin xeyrinə 2018-ci ilin may ayında 224,01 manat, iyun ayında 224,01 manat, iyul ayında 224,01 manat, avqust ayında 224,01 manat, sentyabr ayında 224,01 manat və oktyabr aynda 127,14 manat olmaqla cəmi 1247,19 manat və 87,3 manat icra haqqı olmaqla cəmi ümumilikdə 1334,49 manat pul tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 14377 saylı qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 35 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qeyd olunan qanun normasına əsasən məhkəmə Quba Rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli, 2(027)-275/2016 saylı qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktları hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyan faktlar kimi qəbul edir. Məhkəmə araşdırması zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" BOKT QSC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh illik 33 % ödəmək şərtilə 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmiş, bankla zamin İddiaçı arasında bağlanmış 13 iyun 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zamin borclu Cavabdeh həmin kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini yerinə yetirməsi üçün birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, Quba Rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli, 2(027)-275/2016 saylı qətnaməsi ilə "xxxx" BOKT QSC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2014-cü il tarixli, KaQub 117608/14 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh və İddiaçı müştərək qaydada 1081,33 manat əsas kredit borcu, 139,79 manat faiz borcu və 2 manat gecikdirilmiş günlərə görə cərimə (dəbbə pulu) məbləği olmaqla, cəmi 1223,12 manat kredit borcu və 24,07 manat dövlət rüsumunun alınaraq, "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin xeyrinə ödənilməsi qət edilmiş, İddiaçı, Cavabdeh 13 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcuna görə 2018-ci ildə cəmi 1334,49 manat pul "xxxx" BOKT QSC ASC-yə ödəmişdir. Bununla da Cavabdeh İddiaçı 1334,49 manat məbləğində maddi ziyan vurmuş və həmin məbləğdə onun hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə mənsubiyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqqı qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş üzrə Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə hər hansı etiraz və bu etirazı əsaslandırdığı hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq ediməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1334,49 manat və dövlət rüsumu kimi ödənilmiş 35 manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1334,49 manat və dövlət rüsumu kimi ödənilmiş 35 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-786/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-786/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver