Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-787/2020 17.03.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X9 X4 nümayəndəsi X2 iştirakı ilə, X9 X4 Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X9 X8 Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 167,32 manat ziyanın mərkəzin X12 kod 200651 VÖEN **********, müxbir hesab AZ37NABZ******************** S.W.İ.F.T.BİK AİİBAZ2X. Quba RMTM H/H AZ85AİİB******************** VÖEN ********** xüsusi hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X9 X8 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixdə X3 8 saylı dolayısında qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan 30 ədəd müxtəlif cinsli və müxtəlif diametrli köküstə yaş ağacları özbaşına kəsərək Meşə Fonduna 167,32 manat ziyan vurmuşdur. Meşədən qanunsuz yolla oduncaq əldə etməklə Cavabdeh “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məhsuliyyətəm cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin” xx xxxxxx 2019-cu il tarixli 30 saylı qərarının 7-ci əlavəsini pozmuşdur. Məhkəmə iclasında Quba Regional X4 nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Regional X4 Quba meşəbəyliyinin xx.xx.2020-ci il tarixli aktından görünür ki, Quba meşəbəyliyinin 8 saylı dolayısının 79-cu kvartalında Cavabdeh tərəfindən 30 ədəd müxtəlif cinsli və müxtəlif diametrli ağacların kəsilməsi barədə araşdırılma aparılmağa başlamış və məlum olmuşdur ki, Cavabdeh fındıq cinsindən 12 sm diametrdə 8 ədəd, 16 sm diametrdə 3 ədəd, 20 sm diametrdə 5 ədəd, 12 sm diametrdə 6 ədəd, 16 sm diametrdə 4 ədəd, 20 sm diametrdə 4 ədəd olmaqla cəmi 30 ədəd ağacları kəsmişdir. İş materiallarında olan həcm-qiymət cədvəlindən görünür ki, Quba meşəbəyliyinin 8 saylı dolayısında xx.xx.2020-ci il tarixli yoxlama zamanı aşkar edilmiş qanunsuz qırıntıya görə 167,32 manat ziyan hesablanmışdır. İş materiallarında olan Quba Regional X4 xx.xx.2020-ci il tarixli, 47 saylı məktubundan görünür ki, Cavabdeh X6 8 saylı dolayısında qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan 30 ədəd müxtəlif cinsli ağacları icazəsiz kəsərək Meşə Fonduna vurduğu 167,32 manat ziyanı könüllü şəkildə ödəməsi təklif olunmuşdur. Məhkəmə iş üzrə mövcud fotoşəkil sübutlarına əsasən müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Quba meşəbəyliyinin 8 saylı dolayısında yaş köküstə ağacları icazəsiz kəsərək mülki hüquq pozuntusu törədərək meşə fonduna 167,32 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 167,32 manat ziyan X13 X1 Bankın Quba filialında kod 200651 VÖEN **********, müxbir hesab AZ37NABZ******************** S.W.İ.F.T.BİK AİİBAZ2X. Quba RMTM H/H AZ85AİİB******************** VÖEN ********** xüsusi hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı X11 və Bərpası Müəssisəsi iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumunu ödəməkdən azad olunduğuna və iddia tam həcmdə təmin olunduğuna görə Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunu ilə müəyyən edilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 167,32 (yüz altmış yeddi manat, otuz iki qəpik) manat məbləğində pul alınaraq X13 X1 Bankın Quba filialında kod 200651 VÖEN **********, müxbir hesab AZ37NABZ******************** S.W.İ.F.T.BİK AİİBAZ2X. Quba RMTM H/H AZ85AİİB******************** VÖEN ********** xüsusi hesabına ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-787/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-787/2020
17.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver