Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-80/2022 11.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, X2, X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahısinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılnması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X2, X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 27.02.2021 qeydiyyat tarixli Çıxarışa əsasən onlara məxsus ünvan 1i ünvanında yerləşən 0,6658 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin baxılması ilə əlaqədar tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin tərəflər heç bir üzrlü səbəb olmadan 11 fevral 2022-ci il tarixə təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Pposessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM) 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X2, X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahısinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılnması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, X2, X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahısinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılnması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-80/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-80/2022
11.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver