Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-800/2023 05.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona verməli olduğu 6600 (altı min altı yüz) manat pulun (4100 manat borclu qaldığı pulu + 2500 verdiyi vitrinlərin pulu), iddia ərizəsinin verilməsinə görə ödənilmiş 76 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı ünvan 1i ünvanında yaşayır. Gəncə şəhərində yaşayan Azər adlı tanışı günabaxan tumlarının satışı ilə məşğul olur. Tanışı olan Azər Quba rayonu Alekseyevka kəndində yaşadığı evə gələrək xeyli miqdarda öz satdığı günəbaxan tumlarını onun yaşadığı evin həyətinə qoymuşdur. O da, Azər ilə danışaraq həmin günəbaxan tumlarının satışı ilə məşğul olmaq istədiyini bildirmiş və bundan sonra Azər ilə öz aralarında razılığa gələrək o da, günəbaxan tumlarının satışı ilə məşğul olmağa başlamışdır. Belə ki, Azər Gəncə şəhərindən də əlavə olaraq şimal rayonlarında da həmin tumların satışı ilə məşğul olur. Bundan sonra yəni 2021-ci ilin iyun ayından Quba rayonu, Vladimirovka kəndində yaşayan tanışı Cavabdeh gəlib onun günəbaxan tumlarının satışı ilə məşğul olduğunu ona təklif etdi ki, o, həmin tumları nisyə olaraq Cavabdeh satsın, Cavabdeh da tumları satdıqdan sonra pulunu ona versin. O da, günəbaxanın satışından qalan pulları Gəncə şəhərində yaşayan tumların sahibi olan tanışı Azərə verməli idi. Bir müddət bu qaydada cavabdehlə günəbaxan tumlarının alğı-satqısı ilə məşğul olmuş, ümumilikdə Cavabdeh ondan 53000 (əlli üç min) manata yaxın günəbaxan tumlarını alaraq başqa mağazalara satmışdır. Lakin cavabdeh son dəfə ondan aldığı 8906 (səkkiz min doqquz yüz altı) manat dəyərində günəbaxan tumlarının pulunu ona verməmişdir. Sonradan 2021-ci ilin noyabr ayında Cavabdeh gəlib ona artıq günəbaxan tumlarını satmaq istəmədiyini demişdir. O da, Cavabdeh işləmək istəmirsə, problemin olmadığını, lakin aldığı malların pulunu tam şəkildə ödəməsini bildirmişdir. Bundan sonra Cavabdeh istifadə müddəti bitmiş 2609 (iki min altı yüz doqquz) manat dəyərində günabaxan tumunu gətirib ona qaytarmışdır. Halbuki, Cavabdeh ilə malların qaytarılması bərədə razılaşmamışlar. Sonradan isə Cavabdeh ona 2022-ci ilin yanvar ayında 500 (beş yüz) manat, fevral ayının 3-də 200 (iki yüz) manat və 595 manat olmaqla, ümumilikdə 1295 (min iki yüz doxsan beş) manat, daha sonra isə 900 (doqquz yüz) manat məbləğində pul vermişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh borclu qaldığı 4100 manat pulu qaytarmamışdır. Onu da qeyd edir ki, o, həmin tumları Cavabdeh verən zaman tumlarla birlikdə, həmin tumları yığmaq üçün 200 ədədə yaxın cəmi dəyəri 2500 (iki min beş yüz) manatlıq vitrinlər də vermişdir. Cavabdeh ondan aldığı tumlarla yanaşı ona verdiyi vitrinlərin də pulunu ona vermir. O, hər dəfə Cavabdeh borclu qaldığı pulu istəsə də, bəhanələr gətirərək pulunu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh ona borclu olduğu pulun alınması üçün Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Polis Şöbəsində iş üzrə Cavabdeh ona borclu olduğunu etiraf etmiş və qısa zamanda borcunu ödəyəcəyini bildirmişdir. Lakin bu günə kimi borcunu ödəməmişdir. Quba Rayon Polis Şöbəsinin 05 yanvar 2023-cü il tarixli məktubu ilə tələbləri mülki xarakterli olduğundan toplanmış material üzrə araşdırmanın dayandırıldığı və cinayət işinin rədd edildiyi, məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Ona görə də cavabdehdən pulunu almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, cavabdeh borclu olduğu puldan 1000 manat vermişdir. Cavabdehin ona hazırda 3100 manat məbləğində pul borcludur. Satılmamış günəbaxan tumlarını geri qaytarmışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddianı qismən qəbul edir. İddia tələbinin 3100 manat borc hissəsində təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Toplanmış material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, Pərvizlə alğısatqı etdiyi təxminən 09 ay müddət ərzində ondan ümumilikdə təxminən 60000 manat dəyərində mal alıb satmışdır. Həmin malların da böyük hissəsini satdıqdan sonra Pərvizə 8900 manat borcu qalmışdır. Malların da satışı zəiflədikdən sonra Pərvizə bu barədə məlumat vermiş və əlində qalan malları Pərvizə qaytarmışdır. Pərvizə 2609 manat dəyərində malları qaytarmışdır. Sonradan isə hissə hissə olmaqla Pərvizə 1295 manat pul ödəmişdir. Sonradan isə onunla birlikdə günəbaxan tumu satan tanışı Araz adlı şəxs də ondan əlavə Pərvizə 900 manat pul ödəmişdir. Geriyə qalan 4100 manat borcunu da Pərvizə ödəyəcəkdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh 6600 manat məbləğində pulun alınaraq ona verilməsini tələb etsə də, məhkəmə iclasında cavabdehin ona 3100 manat məbləğində pul borclu olduğunu bildirmişdir. Cavabdeh isə Quba RPŞ-də verdiyi izahatında və məhkəmə iclasında iddiaçıya pul borclu olduğunu etiraf etmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan iddia üzrə cavabdehin iddianı etiraf etməsini, yuxarıda göstərilən Qanunun maddəsinə əsasən, qanuna zidd olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqların və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Həmçinin Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində günəbaxan tumlarını Cavabdeh verən zaman tumlarla birlikdə, həmin tumları yığmaq üçün təqribən 200 ədəd dəyəri 2500 (iki min beş yüz) manatlıq vitrinlər də verdiyini qeyd etsə də, həmin vitrinlərin mövcudluğu və ya həmin vitrinlərin cavabdehin qanunsuz sahibliyində olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 3.100 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 76 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 76 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq, iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-800/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-800/2023
05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver