Məhkəmə qərarları › İş №2(027)-803/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-803/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-803/2021 27.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh1 və Cavabdeh2 15 oktyabr 2019-cu il tarixli, QUFS-5005 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 728,78 (yeddi yüz iyirmi səkkiz manat 78 qəpik) manat, faiz borcuna görə 51,18 (əlli bir manat 18 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 779,96 (yeddi yüz yetmiş doqquz manat 96 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı-nin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, QUFS-5005 saylı kredit müqaviləsinə əsasən illik 26% (iyirmi altı) faiz dərəcəsi olmaqla 18 (on səkkiz) ay müddətinə 2000 (iki min) manat məbləğində cavabdehə kredit verilmişdir. 15 oktyabr 2019-cu il tarixli, QUFS-5005 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, QUFS-5005 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 15-dən gec olmayaraq hər ay 135,37 (bir yüz otuz beş manat 37 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 oğlunun 15 oktyabr 2019-cu il tarixli, QUFS-5005 saylı saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 728.78 (yeddi yüz iyirmi səkkiz manat 78 qəpik) manat, faiz borcuna görə 51,18 (əlli bir manat 18 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 779,96 (yeddi yüz yetmiş doqquz manat 96 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh1 15 oktyabr 2019-cu il tarixli, QUFS-5005 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 728.78 (yeddi yüz iyirmi səkkiz manat 78 qəpik) manat, faiz borcuna görə 51,18 (əlli bir manat 18 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 779,96 (yeddi yüz yetmiş doqquz manat 96 qəpik) manat pul tutulmalıdır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, QUFS-5005 saylı kredit müqaviləsinə əsasən Bank borcalana 18 ay müddətinə illik 26% ödəmək şərtilə 2000 manat məbləğdə kredit vermişdir. İş materiallarında olan 22.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 İddiaçı-yə 728.78 manat əsas 51.18 manat faiz, 0 manat dəbbə olmaqla, cəmi 779.96 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan 25.02.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən, 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının ödənilməsini tələb etdiyi borcun məbləği onun tərəfindən məhkəməyə təqdim olunmuş “Arayışı” ilə təsdiq olunur. Həmin arayışdan görünür ki, Cavabdeh1 hazırda ödənilməmiş 779,96 manat borcu qalmışdır. Cavabdeh irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425 və 427-ci maddələrinin göstərişinə uyğun olduğundan əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, qət etdim: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə əsas borcuna görə 728,78 (yeddi yüz iyirmi səkkiz manat 78 qəpik) manat, faiz borcuna görə 51,18 (əlli bir manat 18 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 779,96 (yeddi yüz yetmiş doqquz manat 96 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar