Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-804/2023 27.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respbulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respbulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbiətə dəymiş ziyana görə 248.52 (iki yüz qırx səkkiz manat, əlli iki qəpik) manat məbləğin Cavabdeh tərəfindən 5 saylı Regional Ekologoya və Təbii Sərvətlər idarəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respbulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu Mirzəməmmədkənd kənd sakini Cavabdeh tərəfindən “X1” Qanunun tələblərinə zidd olaraq ağac materialının qanunsuz əldə edilməsi faktı aşkar edilərək idarə əməkdaşları tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılmışdır. Cavabdeh “X1” Azərbaycan Respublikası qanununun tələblərini pozmuş, nəticədə Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 saylı qərarı ilə ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən onun tərəfindən təbiətə dəymiş ziyana görə 248.52 (iki yüz qırx səkkiz manat, əlli iki qəpik) manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəlini Cavabdeh xx.xx.2021-ci il tarixli, 2182 saylı məktubla poçt vasitəsilə göndərilsədə, o, iddia məbləğini ödəməkdən imtina etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2021-ci il tarixli 301 saylı aktından görünür ki, Quba rayonu Vladimirovka kəndində Cavabdeh məxsus ağac emalı dülgər sexində araşdırma zamanı 2,50 kub metr həcmində çinar cinsinə mənsub 0,6 metr uzunluğda doğranmış işlik oduncaq aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın hesablama cədvəlindən görünür ki, yoxlama zamanı Quba rayonu, Vladimirovka kənd sakini Cavabdeh məxsus ağac emalı sexində yerli meşə materiallarından qanunsuz istifadə etməsi nəticəsində 248,52 manat ziyan hesablanmışdır. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, Cavabdeh mülki hüquq pozuntusu törədərək təbiətə 248,52 manat məbləğində ziyan vurmuşdur. Belə ki, Quba rayonu Mirzəməmmədkənd kənd sakini Cavabdeh tərəfindən “X1” Qanunun tələblərinə zidd olaraq ağac materialının qanunsuz əldə edilməsi faktı aşkar edilərək idarə əməkdaşları tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2004-cü il tarixli əmri ilə təsdiq edilmiş 5 saylı Ərazi Ekologiya və X2 haqqında Əsasnamənin 14.16cı bəndinə əsasən ətraf mühitin mühafizəsi qanunvericiliyinin pozulması nəticəsində təbiətə vurulmuş ziyanın həcmlərini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) və bunun əsasında təqsirkar olan şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları məhkəməyə təqdim etmək Şöbənin əsas hüquqlarındandır. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən təbiətə vurulmuş 248,52 manat ziyan ziyanın Azərbaycan Respbulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı Azərbaycan Respbulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumunu ödəməkdən azad olunduğuna və iddia tam həcmdə təmin olunduğuna görə Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunu ilə müəyyən edilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 248,52 manat məbləğində pul alınaraq Azərbaycan Respbulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-804/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-804/2023
27.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver