Məhkəmə qərarları › İş №2(027)-81/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-81/2023

05.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-81/2023 05.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9300 (doqquz min üç yüz) AZN məbləğində pul və ödənilmiş 113 manat dövlət rüsumu alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 26 iyul 2019-cu il tarxdə notarial qaydada təsdiq olunmuş borc müqaviləsinə əsasən 9300 (doqquz min üç yüz) AZN borc pul vermişdir. Borc müqaviləsinə əsasən cavabdeh 26 iyul 2021-ci il tarixdə borcu qaytarmağı öhtəsinə götürmüşdür. Belə ki, Cavabdeh 26 iyul 2019-cu il tarixdə, 26 iyul 2021-ci il tarixə qədər qaytarmaq şərti ilə notarial qaydada təsdiq olunmuş borc müqaviləsinə əsasən 9300 (doqquz min üç yüz) AZN borc pul vermişdir. Borc müqaviləsinin bitməsindən 10 ay müddət keçməyinə baxmayaraq cavabdeh hələdə pulu ödəməmişdir. Borcu ödəməsini tələb etdikdə bəhanələrlə vaxtı uzatmış və ona olan borcunu qaytarmamışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə ödəniş qəbzləri təqdim etmiş və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, X1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixədək ödəmək şərti ilə 9300 manat məbləğində borc vermişdir. İş materiallarında olan qəbzdən görünür ki, cavabdeh iddiaçının hesabına xx.xx.2019-cu il tarixdə 200 manat məbləğində pul köçürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı xx.xx.2019cu il tarixdə 9.300 manat məbləğində pul almış və həmin borcu xx.xx.2021-ci il tarixdə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və nəticədə, cavabdehin iddiaçıya 9.100 manat məbləğində pul öhdəliyi icrasız qalmışdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə müxtəlif tarixlərdə ödənilmiş ödəniş qəbzləri təqdim edilsə də, məhkəmə araşdırması zamanı cavabdehin təqdim etdiyi ödəniş qəbzlərinin müqavilə bağlanmazdan əvvəl ödənildiyi müəyyən olunmuş və ona görə də, cavabdehin sübut kimi təqdim etdiyi ödəniş qəbzləri məhkəmə tərəfindən sübut növü kimi qəbul edilməmişdir. Lakin, cavabdeh iddiaçının hesabına xx.xx.2019-cu il tarixdə 200 manat məbləğində pul köçürmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Cavabdeh isə iddianın əsassız olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-740.2-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 9.100 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi qismən təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 113 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9.100 manat məbləğində pul və 113 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar