Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-816/2021 13.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı Cəfəri (Qurbanova) Gülbəniz Məmməd qızının və onun nümayəndəsi X6 və Cavabdeh iştirakı ilə iddiaçı Cəfəri (Qurbanova) Gülbəniz Məmməd qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması və əlavə xərcin tututlması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Cəfəri (Qurbanova) Gülbəniz Məmməd qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Quba rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(027)-4083/2017 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü övladı X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay alınıb ona verilməsi qət olunmuş 136,60 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, Cavabdeh aylıq pensiyasının (gəlir və qazancının) ¼ hissəsi miqdarında alimentin və hər ay 100 manat olmaqla uşağın müalicəsi üçün əlavə xərcin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cəfəri (Qurbanova) Gülbəniz Məmməd qızı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirərək evlənmişlər. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə övladları Ziya doğulmuşdur. Cavabdehlə xaisyyətləri uyğin gəlmədiyindən Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahları pozulmuş, oğlu Ziya onun himayəsində saxlanılaraq, xx.xx.2016-cı il təvəllüdlü Ziyanın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx xxxxxx 2017-ci il tarixdən başlayaraq hər ay 136,60 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 (əlli) manat məbləğində pulun tutularaq X2 verilməsi qət edilmişdir. Belə ki, Quba rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş 136,60 manat sabit pul məbləğində aliment uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Maddi cəhətdən imkanı olduqca pisdir. Hal-hazırda qanunla hər bir uşağın minimum yaşayış tərzi üçün 175 manat nəzərdə tutulmuşdur. Həmin məbləğ hazırkı bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, paltarını və digər ehtiyyaclarını ödəmir. Oğlunun müvafiq xərclərini ödəməkdə çətinlik çəkir. Oğlu xəstədir, bağırsağın infeksiyasından əziyyət şəkir, tez-tez vəziyyəti pisləşir, hərarəti yüksəlir. Bu səbəbdən də özü işləyə bilmir. Belə ki, cavabdeh əvvəllər hərbiçi olmuş, hazırda ***-**** manat civarında pensiya alır. Lakin oğlunun saxlanılmasına ona kömək etmir. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cəfəri (Qurbanova) Gülbəniz Məmməd qızının nümayəndəsi X10 iddiaçının izahatına uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, göstərmişdir ki, İddiaçı ilə xx xxxxxx 2015-ci il tarixli rəsmi nikah əsasında evlənib ailə qurmuşlar. Birgə nikahlarından Ziya adına uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən Quba rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(027)-4083/2017 saylı qətnaməsi ilə yetkinlik yaşına çatanadək uşaq iddiaçının yanında saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay 136,60 manat sabit pul məbləğində aliment və uşağın üç yaşına çatanadək saxlanılması üçün 50 manat pulun tutularaq iddiaçıya verilmısi qət olunmuşdur. Həmin məbləğ hər ay pensiyasından tutulur. Lakin o, hazırda iddiaçının tələb etdiyi pul məbləği ilə razı deyil. Belə ki, iddiaçıdan boşandıqdan sonra ailə vəziyyətində dəyişiklik olmuş, o, yeni ailə qurmuşdur və yeni ailəsindən iki uşağı vardır. İddiaçı ilə birgə nikah dövründə “VTB Bank”-dan aldığı kredit pulunu o ödəyir. Özü xəstədir, xəstəliyi ilə bağlı pensiyaya çıxmışdır. Başqa qazancı yoxdur. Qətnamə ilə müəyyən olunan 136,60 manat sabit pul məbləğində aliment və uşağın üç yaşına çatanadək saxlanılması üçün 50 manat pul hər ay pensiyasından tutulur. İddianı əsassız hesab edir və təmin olunmasına etiraz edir. Məhkəmə, tərəflərin izahatlarıını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında AZ-İİİ seriyalı, 837590 №-li şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 birgə nikahından xx.xx.2016-cı il tarixdə X14 anadan olmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(027)-4083/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə X5 arasında Sumqayıt “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 2634 nömrəli nikah qeydinin pozulması, tərəflərin birgə nikahından olan X8 cavabdeh X1 yanında saxlanması, xx xxxxxxx 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx xxxxxx 2017-ci il tarixdən başlayaraq hər ay 136,6 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 manat məbləğində pul tutularaq Qurbanova Gülbəniz Məmməd qızına verilməsi qət edilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 279116 №li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2018-ci ilin yanvar ayının 31 günündə 23 № ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Ə.F.Qarayev adına 2№li Klinik Uşaq Xəstəxanasının Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışından görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X11 yolxucu qastrolutreit diaqnozu qoyulmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq, xx xxxxxxx 2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cəfərova Gülbəniz Məmməd qızının xeyrinə Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ (dörrdə bir) bir hissəsi miqdarında aliment müəyyən edilməli və uşağın müalicəsi üçün 30 manat məbləğində əlavə xərc ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3cü maddəsinə əsasən uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Bununla bağlı “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.3-cü bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Göründüyü kimi adı çəkilən qərarlarla və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Qanunverici məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsinin əsasları kimi müəyyən etmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, qanunverici Ailə Məcəlləsinin 78.2-ci maddəsində alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: -tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyənin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirilməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabildiyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərnin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatlarının yüksəlməsi, aliment təyin edilən xx.xx.2017-ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 136,6 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması və bu xüsusda uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının artırılması üçün qanunda göstərilən əsaslar kimi qəbul edilməlidir. Belə ki, uşağın saxlanması üçün ayda 136,60 manat aliment onun əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağın saxlanmasının hər iki valideynin borcu olması halı nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi onu ödəyən valideyn üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, bu zaman tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş X14 xəstədir, onun müalicəsinə əlavə xərclər tələb olunur. Həmçinin iddiaçı Cəfəri (Qurbanova) Gülbəniz Məmməd qızı heç yerdə işləmir və o, hər hansı aylıq qazanca (gəlirə) malik deyildir. Bu səbəblərdən iddiaçı uşağın müalicəsi üçün əlavə xərcləri tam olaraq ödəmək iqtidarında deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlərin haqqınının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(027)-4083/2017 saylı qətnaməsilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment və xx.xx.2016-cı il tarixdə doğulmuş Cəfərov Ziya Xəzər oğlunun müalicəsi üçün hər ay 30 manat əlavə xərc alınaraq iddiaçı Cəfəri (Qurbanova) Gülbəniz Məmməd qızına verilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin, “X15” Azərbaycan Respublikası Qanununu 8.1.1 və 9.4-cü maddələrinə əsasən 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə ki, “X15” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun; Quba Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(027)-4083/2017 saylı qətnaməsilə müəyyən olunmuş alimentin miqdarı artırılsın, xx.xx.2016-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment və xx.xx.2016-cı il tarixdə doğulmuş X8 müalicəsi üçün hər ay 30 manat əlavə xərc alınaraq iddiaçı Cəfəri (Qurbanova) Gülbəniz Məmməd qızına verilsin; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh oğlundan 20 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-816/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-816/2021
13.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver