Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-82/2022 18.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı X4 cavabdehlər “X14, Haspitality and Manegment” MMC-nin direktoru Cavabdeh1, Cavabdeh2 və “X14, Haspitality and Manegment” MMC-nə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, tikililərin, qurğuların sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X6 cavabdehlər “X14, Haspitality and Manegment” MMC-nin direktoru Cavabdeh1, Cavabdeh2 və “X14, Haspitality and Manegment” MMC-nə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26.04.2021 tarixli, ********** qeydiyyat, **********94 nömrəli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 1,0001 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququmu həyata keçirilməsinə (sahiblik, istifadə və sərəncam verilməsi) tikinti və digər işlərinin aparılması zamanı cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi ilə əlaqədar məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26.04.2021 tarixli, ********** qeydiyyat, **********94 nömrəli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 1,0001 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirilməsinə (sahiblik, |istifadə və sərəncam verilməsi) tikinti və digər işlərinin aparılması zamanı cavabdehlər Cavabdeh3-nin direktoru Cavabdeh1 və "X14, Hospilaty and Manegment” MMC tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26.04.2021 tarixli, ********** qeydiyyat, **********94 nömrəli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 1,0001 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin və quraşdırılan qurğuların cavabdehlərin vəsaiti hesabına sökülməsi, cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman iddiaçı X4 nümayəndəsi və vəkili Vəkil1 iddanı müdafiə etdiyini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı X6 iddia ərizəsində göstərmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26.04.2021 tarixli, ********** qeydiyyat, **********94 nömrəli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 1,0001 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona və uşaqlarına X1, X2, X7 məxsusdur. Torpaq sahəsi onlara Quba rayonunda Aqrar islahat gedən zaman verilmiş, mülkiyyətçi kimi onun həyat yoldaşı Səlahəddin də olmuş, onun vəfatından sonra vərəsəlik edərək hazırkı çıxarışı alıb. Ona və ailə üzvlərinə məxsus torpaq sahəsi Quba rayonu İİ Nügədi kəndində “Bulaqdərə” su anbarının yaxınlığında yerləşir. “Bulaqdərə” su anbarının kənarları yuyulduğu üçün onun torpaq sahəsi hazırda su anbarının yanından keçir, ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən sonra digər şəxslərin torpaq sahələri yerləşir. Su anbarının kənarlarını su yuduğu üçün, həmin torpaq sahələrinə gedən yol da yuyulub, buna baxmayaraq öz torpaq sahəsindən digər mülkiyyətçilər üçün yol açıb. Bulaqdərə su anbarının digər kənarlarını “X14, Hospitality and Managment” MMC almış və həmin əraziləri hasarlamışdır. Bundan sonra “X14, Hospitality and Managment” MMC-nin direktoru və başqa şəxslər torpaq sahələrini onlara satmağını bildirmişlər. O isə bu torpaq sahəsinin özünün də istifadə edəcəyi üçün satmayacağını bildirib. Bundan sonra “X14, Hospitality and Managment” MMC torpaq sahəsini satmaq üçün müxtəlif bəhanələrlə onlara məxsus torpaq sahəsinə müdaxilə etməyə başlamışdır. Belə ki, ilk dəfə guya “X14, Hospitality and Managment” MMC-nə məxsus torpaq sahəsinin sərhədləri düşüb deyə ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin ortasından hasar çəkmiş, bu məsələdən xəbər tutduqdan sonra o, müxtəlif orqanlara müraciət edib. Nəticədə yerində ölçmə işləri apardıqdan sonra məlum olub ki, "X14, Hospitality and Managment” MMC-nə məxsus torpaq sahəsi kənarda yerləşir, lakin ona məxsus torpaq sahəsində hasar çəkmişlər. Bu ölçmə işlərindən sonra məsələ aydınlaşdıqdan sonra gecə ilə mişar daşından yarımçıq hasarı söküb aparmışlar. Bundan sonra yenə də müxtəlif bəhanələrlə onlara torpaq sahəsini satmağa məcbur edirlər. Belə ki, torpaq sahəsinin “X14, Hospitality and Managment” MMC-nin təsirindən qorumaq üçün hasarlamaq qərarına gəlib. Bu məqsədlə Bakı şəhərində ustalarla danışaraq torpaq sahəsinə dəmir darvaza qoymaq istəyib. 03 may 2021-ci il tarixində Bakı şəhərində ustalar gələrək dəmir darvazanı gətiriblər. Darvazanı qoymaq istəyərkən “X14, Hospitality and Managmenfi’ MMC-nin direktoru Cavabdeh1, oranın nəzarətçisi Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinə darvaza qoyulmasına imkan verməmişlər. Nəticədə Bakı şəhərindən gələn usta geri qayıtmağa məcbur olmuş, darvazanı qoymasa belə iş üçün danışdığı pulu almışdır. Beləliklə Quba rayonu İİ Nügədi kəndində yerləşən “Bulaqdərə” su anbarının əksər hissəsini zəbt etmiş, hazırda da ona və ailə üzvlərinə məxsus torpaq sahəsini almaq istəyən “X14, Hospitality and Managmenfi’ MMC-nin torpaq sahəsinə mülkiyyət hüququnu həyata keçirən zaman hər cür maneələrə rast gəlir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26.04.2021 tarixli, ********** qeydiyyat, **********94 nömrəli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 1,0001 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququmu həyata keçirilməsinə (sahiblik, istifadə və sərəncam verilməsi) tikinti və digər işlərinin aparılması zamanı cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3-nin direktoru Cavabdeh1 və Cavabdeh3-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə elektron ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman Cavabdeh3-nin direktoru Cavabdeh1 və Cavabdeh3-nin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdi ki, iddia ərizəsində qeyd olunan torpaq sahəsinin İddiaçı və onun ailə üzvlərinə heç bir aidiyyəti voxdur. Həmin torpaq sahəsi "X14, Hospitality and Management" MMC-yə icarəyə verilmiş torpaq sahəsinin bir hissəsidir. Belə ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X12 İdarəsinin balansında olan, Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən "Bulaqdərə su anbarı" na məxsus 14,86 ha torpaq sahəsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin razılığı və Əmlak Məsələləri Dövlət Xidməti ilə "X14, Hospitality and Management" MMC arasında bağlanan 25.12.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında "X14, Hospitality and Management" MMC-yə icarəyə verilmişdir. Hazırki iş üzrə cavabdeh qismində cəlb edilən Cavabdeh1 həmin MMC-nin direktorudur. MMC həmin torpaq sahəsində, icarə müqaviləsinin şərtlərinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı isə özünün və ailə üzvlərinin adına verilmiş "Torpaq sahəsinə mülkiyyət hüququna dair" 26.04.2021-ci il tarixli Çıxarışa istinad edərək, iddia ərizəsində mübahisələndirdiyi həmin sahənin ona məxsus olduğunu bildirir. Halbuki, həmin sahə iddiaçnın və onun ailə üzvlərinin adına verilmiş Çıxarışda qeyd olunan torpaq sahəsinin hüdudlarından tamamilə kənarda yerləşir. Yəni, İddiaçı hazırda mübahisələndirdiyi sahə onun adına verilən hüquqi sənədlərə daxil deyildir. Həmin sahə MMC-nin icarəsinə verilmiş ərazinin hüdudları daxilindədir. İddiaçı ona aid olmayan həmin sahəni zəbt etmiş və orada qanunsuz tikinti işləri aparır. Göstərilənləri əsas tutaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı X4 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3-nin direktoru Cavabdeh1 və Cavabdeh3-nin nümayəndəsi və vəkili Vəkil2 dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26.04.2021 tarixli, ********** qeydiyyat və **********94 nömrəli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 1,0001 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilib. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, həmin sahənin hüquq sahibi İddiaçıdır. İş materiallarında olan 25.12.2020-ci il tarixli 164/144 saylı icarə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Meliorasiya və X15 Səhmdar Cəmiyyətinin X12 İdarəsinin balansında olan, Quba rayonu, İİ Nügədi səndi ərazisində yerləşən "Bulaqdərə su anbarı" na məxsus 14,86 ha torpaq sahəsi Azərbaycan Meliorasiya və X15 Səhmdar Cəmiyyətinin razılığı və Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə "X14, Hospitality and Management" MMC-nə icarəyə verilmuşdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.04.2022-ci il tarixli 10/5283 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26.04.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli Çıxarışa əsasən X5 və ailə üzvlərinə məxsus Quba rayonu İİ Nügədi kəndində yerləşən 1.0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadə vəziyyəti ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış arasında təqribən 65-75 metr fərq mövcuddur. X3 faktiki istifadə etdiyi torpaq sahəsinin 0.1839 ha hissəsi **********94 qeydiyyat nömrəli çıxarışın hüdudları daxilindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26.04.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli Çıxarışa əsasən X5 və ailə üzvlərin kəndində yerləşən 1.0001 ha kənd təsərrüfa 2020-ci il tarixli torpaq sahəsinin iarəyə veril Club Tourism, Hospitality and Manage rayonu İİ Nügədi kəndində yerləşən 148600 kv torpaq sahəsi üst-üstə düşmür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı ~aqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26.04.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli Çıxarışa əsasən X5 və ailə üzvlərinə məxsus Quba rayonu İİ Nügədi ondində yerləşən 1.0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər X14, Hospitality and Management” MMC-nin direktoru Cavabdeh1, Cavabdeh2 və “X14 Hospitality and Management” MMC tərəfindən zəbt edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, sübuetmə yükü baxımından iddiaçı X5 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26.04.2021 tarixli, ********** qeydiyyat, **********94 nömrəli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 1,0001 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirilməsinə (sahiblik, |istifadə və sərəncam verilməsi) tikinti və digər işlərinin aparılması zamanı cavabdehlər Cavabdeh3-nin direktoru Cavabdeh1 və "X14, Hospilaty and Manegment” MMC tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin və quraşdırılan qurğuların cavabdehlərin vəsaiti hesabına sökülməsi və cavabdehlərin zəbt edilmiş torpaq sahəsindən çıxarılmasını tələb etsə də, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən də görünür ki, X5 və ailə üzvlərinə məxsus Quba rayonu İİ Nügədi ondində yerləşən 1.0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər X14, Hospitality and Management” MMC-nin direktoru Cavabdeh1, Cavabdeh2 və “X14 Hospitality and Management” MMC tərəfindən zəbt edilməmişdir. Məhkəmə qeyd edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyini nəzərə alaraq, hesab edir ki, iddiaçı X3 cavabdehlər “X14, Haspitality and Manegment” MMC-nin direktoru Cavabdeh1, Cavabdeh2 və “X14, Haspitality and Manegment” MMC-nə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, tikililərin, qurğuların sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X4 cavabdehlər “X14, Haspitality and Manegment” MMC-nin direktoru Cavabdeh1, Cavabdeh2 və “X14, Haspitality and Manegment” MMC-nə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, tikililərin, qurğuların sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-82/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-82/2022
18.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver