Məhkəmə qərarları › İş №2(027)-820/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-820/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-820/2023 01.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onların hər birinə İddiaçı3 1500 (bir min beş yüz) manat, İddiaçı2 1500 (nir min beş yüz) manat, İddiaçı1 1500 (min beş yüz) manat, İddiaçı4 800 (səkkiz yüz) manat olmaqla 5700 (beş min veddi yüz) manat pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 77 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı3, İddiaçı1, İddiaçı2 Ruləddin oğlu, İddiaçı4 Quba rayonu, Hacıhüseynli kəndində yaşayırlar. Onlar kənd təsərrüfatı ilə məşğul olaraq meyvə əkib becərib satırlar. 2019-cu ildə Quba rayonu, Zərdabi kəndində yaşayan tanışları olan Cavabdeh onlardan cəmi dəyəri 7000 (yeddi min) manat dəyərində alma meyvəsini Rusiyaya aparıb satmaq məqsədi ilə almışdır. Onlar cavabdehə alma meyvəsini satan zaman cavabdeh meyvəni aparıb satıb pulunu göndərəcəyini demişdir. Lakin həmin vaxtdan 2 il. 3 ay keçməsinə baxmayaraq cavabdeh onlara İddiaçı3 1500 (min beş yüz) manat, İddiaçı2 2500 (iki min beş yüz.) manat. İddiaçı1 1500 (min beş yüz) manat. İddiaçı4 1500 (min beş yüz) manat olmaqla 7000 (yeddi min) manat pul borclu olduğu halda təkcə 2022-ci iln oktyabr ayında İddiaçı4 borclu olduğu 1500 manat puldan 700 manatı və 2023- cü il ilin yanvar ayında İddiaçı2 borclu olduğu 2500 (iki min beş yüz) manat puldan 800 (səkkiz yüz) manatın qaytarmışdır. Həmin vaxt ərzində Covid-19 pandemiyası ilə və cavabdeh Rusiyada olduğu üçün pulu göndərəcəyinə ümid etmişlər. Cavabdeh ötən ilin may ayında Azərbaycan Respublikasına qayıtmış, dəfələrlə cavabdehə onlara borclu olduğu pulu ödəməsini bildirsələrdə, hər dəfəsində ödəyəcəyini bildirərək onları aldatmışdır. Cavabdeh onlara borclu olduğu pulun alınması üçün Quba rayon Polis Şöbəsinə müraciət etsələr də, Quba Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə tələblərinin mülki xarakterli olduğundan toplanmış material üzrə araşdırma dayanırılması bildirilmiş və məhkəməyə müraciət etmək hüquqularının olduğu izah edilmişdir. Cavabdehdən pullarının alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ona borclu olduğu 1500 manat məbləğində puldan 500 manatını vermişdir. Cavabdehin hazırda ona olan borcu 1000 manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək və borcunu etiraf edərək bildirmişdir ki, İddiaçı3 1000 (bir min) manat, İddiaçı2 1500 (bir min beş yüz) manat, İddiaçı1 1500 (min beş yüz) manat və İddiaçı4 800 (səkkiz yüz) manat məbləğində pul borcludur. İddiaçılara borcu çox olmuşdur. Borcun bir qismini ödəmiş, qalan borcunuda qısa müddətdə ödəyəcəkdir. İddiaçı4 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin mübahisəsiz halı onda ibarətdir ki, Cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında İddiaçı3 1000 (bir min) manat, İddiaçı2 1500 (bir min beş yüz) manat, İddiaçı1 1500 (bir min beş yüz) manat, İddiaçı4 800 (səkkiz yüz) manat məbləğində borclu olması müəyyən edilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan iddia üzrə cavabdehin iddianı etiraf etməsini, yuxarıda göstərilən Qanunun maddəsinə əsasən, qanuna zidd olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqların və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı3 1000 (bir min) manat, İddiaçı2 1500 (bir min beş yüz) manat, İddiaçı1 1500 (bir min beş yüz) manat, İddiaçı4 800 (səkkiz yüz) manat məbləğində alğı-satqı müqaviləsi əsasında pul borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və təmin qismən edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 77 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı3 münasibətdə 1000 (bir min) manat, İddiaçı2 münasibətdə 1500 (bir min beş yüz) manat, İddiaçı1 münasibətdə 1500 (bir min beş yüz) manat, İddiaçı4 münasibətdə 800 (səkkiz yüz) manat məbləğində pul alınaraq iddiaçılara verilsin. Dövlət rüsumunun əvəzi olan 77 (yetmiş yeddi) manat məbləğində pul Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar