Məhkəmə qərarları › İş №2(027)-836/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-836/2021

29.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-836/2021 29.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, iddiaçı Quba Regional X3nin Cavabdeh qarşı «ziyanın ödənilməsi» tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: İddiaçı Quba Regional X3 kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 955.41 manat ziyanın Mərkəzin Quba KapitalBankdakı Benifsiyaların adı Quba Regional X3, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN ********** Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyə kodu: 3 hesaba ödənilməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdlr ki, cavabdeh 23.11.2020-ci il tarixdə Mərkəzin Rustov meşəbəyliyinin 3 saylı dolayının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılışı orderi olmadan müxtəlif cins və diametrli 6 ədəd yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna 955,41 manat ziyan vurmuşdur. Meşədən qanunsuz yolla oduncaq əldə etməklə Cavabdeh “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin” 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7-ci əlavəsini pozmuşdur. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manat məbləğindədan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manat məbləğindən az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, ərizəyə əlavə olunmuş 23 noyabr 2020-ci il tarixli, aktdan görünür ki, Cavabdeh 23.11.2020-ci il tarixdə Rustov meşəbəyliyinin 3 saylı dolayın ərazisindən müxtəlif cins və diametrli 6 ədəd ağacları yaş kök üstə kəsməsi aktlaşdırılmış və tədbir görülməsi üçün Quba Regional X3nə göndərilmişdir. İddiaçının ödənilməsini tələb etdiyi borcun məbləği onun tərəfindən məhkəməyə təqdim olunmuş həcm-qiymət cədvəli ilə təsdiq olunur. Həmin həcm-qiymət cədvəlindən görünür ki, Cavabdeh Rustov meşəbəyliyinin 3 saylı meşə dolayısından kəsdiyi ağaclara görə 955 manat 41 qəpik ziyan hesablanmışdır. Cavabdeh irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425 və 427-ci maddələrinin göstərişinə uyğun olduğundan əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, qət etdim: İddia təmin olunsun. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 955,41 (doqquz yüz əlli beş manat, 41 qəpik) manat məbləğində pul tutularaq, X4 X2 X1 adı Quba Regional X3, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN ********** Büdcə təsnifat kodu: 142595, Büdcə səviyyə kodu: 3 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar