Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-841/2021 27.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddaçı İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh avtomobilinə dəyən zərərin əvəzi üçün 1045 (bir min qırx beş) manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AD 304492 saylı texniki pasport əsasında **-KR-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobil ona məxsusdur. 23.12.2020-ci il tarixdə təxminən saat 18:30 radələrində Quba – Qonaqkənd yolu ilə hərəkətdə olan zaman İ Nügədi kəndi ərazisində **-KR-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilini idarə edərkən cavabdehin təqsiri səbəbindən yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş verən yolda nəqliyyat hadisəsi zamanı **-FA-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobilin sahibi Cavabdeh AR İXM-nin 332.1, 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi cavabdeh barəsində DYP əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı inzibati xəta haqqında protokola əsasən öz təsdiqini tapmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində onun avtomolininin – ön sağ qanadı, sağn ön və arxa qapıları, sağ yan güzgüsü, arxa sol farsı, ön sağ dönmə işığı, ön ablisovkası, ön sağ diski və ön sağ təkəri yarasz hala düşmüşdür. “Təbriz” firmasına məxsus avtoservisin ustaları tərəfindən onun avtomobilinə baxış keçirilmiş və ziyan aktı tərtib olunmuşdur. Tərtib olunmuş ziyan aktına əsasən qəzadan sonra onun avtomobilinə 1015 (bir min on beş) manat məbləğində zərər dəymişdir. Ekspertiza keçirilməsinə və ziyan aktının hazırlanmasına tərəfindən 30 manat pul ödənilmişdir. **-FA-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobili idarə edən Cavabdeh təqsiri nəticəsində avtomobilin təmir işlərinin aparılmasının dəyəri 580 manat və dəyişməyə aid olan təmir üçün alınmalı olan ehtiyat hissələri və detalların dəyəri 435 manat, ekspertiza və ziyan aktının hazırlanmasının dəyəri 30 olmaqla ümumilikdə 1045 manat məbləğində ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, iddianın 400 manat hissəsində təmin edilməsini və qalan hissədə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25.12.2020-ci il tarixli ziyan aktından görünür ki, **- KR-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilinə yol-nəqliyyat hadisəsi zamanı ümumilikdə 1015 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. İş materillarından görünür ki, “**-KR-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobil iddiaçının sahibliyindədir. İş materiallarında olan 02.06.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı **-KR-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilinin qiymətləndirilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan İnzibati Xəta haqqında İXP ******* saylı protokolun surətindən gğrünür ki, Cavabdeh İXM-nin 332.1, 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran Cavabdeh təqsirli olması sübuta yetirilmişdir. Bundan başqa, iş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı **-KR-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilinin qiymətləndirilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. Məhkəmə qeyd edilənərə əsasən hesab edir ki, Cavabdeh İddiaçı sahibliyində olan **-KR-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 1015 manat məbləğində və “Opel Astra” markalı avtomobilinin qiymətləndirilməsinə görə ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı sahibliyində olan **-KR-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 1015 manat məbləğində və “Opel Astra” markalı avtomobilinin qiymətləndirilməsinə görə ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-841/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-841/2021
27.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver