Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-848/2021 29.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi İddiaçı-nin nümayəndəsi X1 və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxx 2020-cu il tarixli, QBNPU-1678 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5387,1 1 (beş min üç yüz səksən yeddi manat 11 qəpik) manat, faiz borcuna görə 545,29 (beş yüz qırx beş manat 29 qəpik) manat, dəbbə borcuna görə 1150,4 (bir min bir yüz əlli manat 40 qəpik) manat, cəmi 7082,8 (yeddi min səksən iki manat 80 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərini əsas tutaraq iddia tələbinin artırılmasına dair məhkəməyə ərizəylə müraciət etmiş cavabdehlər Cavabdeh qarşı xx.xx.2020 il tarixli, QBNPU-1678 saylı kredit müqaviləsi üzrə 5387.11 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 702.04 manat məbləğində faiz borcu, cərimə borcuna görə 1150,4 manat olmaqla, cəmi 7239,55 manat və həmçinin ödənilmiş dövlət rüsumu 30 manat məbləğində pulun iddiaçı "İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı-nin Quba filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış xx xxx 2020-cu il tarixli, QBNPU-1678 saylı kredit müqaviləsinə əsasən illik 19 % (on doqquz) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 5752 (beş min yeddi yüz əlli iki) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). xx xxx 2020-cu il tarixli, QBNPU-1678 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxx 2020-cu il tarixli, QBNPU-1678 sayh kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 21-dan gec olmayaraq hər ay 210,85 (iki yüz on manat 85 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx xxx 2020-cu il tarixli, QBNPU-1678 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 5387,11 (beş min üç yüz səksən yeddi manat 11 qəpik) manat, faiz borcuna görə 545,29 (beş yüz qırx beş manat 29 qəpik) manat, dəbbə borcuna görə 1150,4 (bir min bir yüz əlli manat 40 qəpik) manat, borcun cəmi məbləği 7082,8 (yeddi min səksən iki manat 80 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdehdan xx xxx 2020-cu il tarixli, QBNPU-1678 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5387,11 (beş min üç yüz səksən yeddi manat 11 qəpik) manat, faiz borcuna görə 545,29 (beş yüz qırx beş manat 29 qəpik) manat, dəbbə borcuna görə 1150,4 (bir min bir yüz əlli manat 40 qəpik) manat, cəmi 7082,8 (yeddi min səksən iki manat 80 qəpik) manat, cəmi 7082,8 (yeddi min səksən iki manat 80 qəpik) manat pul tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh xx xxx 2020-cu il tarixli, QBNPU-1678 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5387,1 1 (beş min üç yüz səksən yeddi manat 11 qəpik) manat, faiz borcuna görə 545,29 (beş yüz qırx beş manat 29 qəpik) manat, dəbbə borcuna görə 1150,4 (bir min bir yüz əlli manat 40 qəpik) manat, cəmi 7082,8 (yeddi min səksən iki manat 80 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddianın əsas hissəsini tam, faiz hissəsini qismən və cərimə hissəsini təmamilə qəbul etmir. Belə ki, pandemiya səbəbindən iş yerini itirmişdir. Qətnamə qəbul edən zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı-nin nümayəndəsi X2 və Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2020-cu il tarixli, QBNPU-1678 saylı kredit müqaviləsinə əsasən illik 19 % (on doqquz) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 5752 (beş min yeddi yüz əlli iki) manat məbləğində cavabdehə kredit verilmişdir İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx xxx 2020-cu il tarixli, QBNPU-1678 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 5387,11 (beş min üç yüz səksən yeddi manat 11 qəpik) manat, faiz borcuna görə 545,29 (beş yüz qırx beş manat 29 qəpik) manat, dəbbə borcuna görə 1150,4 (bir min bir yüz əlli manat 40 qəpik) manat, borcun cəmi məbləği 7082,8 (yeddi min səksən iki manat 80 qəpik) manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı-nin Quba filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış xx xxx 2020-cu il tarixli, QBNPU-1678 saylı kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan AZE 00****** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh Quba rayonu, Aşağı Atuc kəndində ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünürki, İddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişlərin surətindən görünür ki, Cavabdeh Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçı İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəyə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəyə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh xx xxx 2020-ci il tarixli, QBNPU-1678 saylı kredit müqaviləsi üzrə 5387,11 (üç min dörd yüz yetmiş dörd) manat 11 qəpik əsas borc, 702,04 (altı) manat 76 qəpik faiz borcu, 50,4 manat cərimə borcu, cəmi 6139,55 (üç min dörd yüz səksən bir) manat 55 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “İddiaçı" ASCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxx 2020-ci il tarixli, QBNPU-1678 saylı kredit müqaviləsi üzrə 5387,11 (üç min dörd yüz yetmiş dörd) manat 11 qəpik əsas borc, 702,04 (altı) manat 76 qəpik faiz borcu, 50,4 manat cərimə borcu, cəmi 6139,55 (üç min dörd yüz səksən bir) manat 55 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “İddiaçı" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-848/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-848/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver