Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-855/2022 05.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birinci iddiaçı kimi verdiyi 4000(dörd min) manatın, ikinci iddiaçı kimi notariat qaydasında verdiyi 10 000 (on min) manat olmaqla, cəmi 14000 (on dörd min) manat borc pulun, notarus xərci olan 92(doxsan iki) manatın, o cümlədən də məhkəmə xərci olan 140 (yüz qırx) manat pulun alınıb, onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar ərizəni onunla əsaslandırmışlar ki, cavabdeh olan Cavabdeh yaxın hərbiçi dostları X2 və X1 yaxın qohumları kimi tanımışdır. Onlarla birlikdə olan zaman Cavabdeh gəlmiş və özünü ona Hərbi Prokurorluğun işçisi kimi təqdim etmişdir. Xeyli müddətdir ki, bir-biriləri ilə dostluq əlaqələri olub, yaxın və isti münasibətdə olmuşlar. Aralarında birbirilərinə inam olmuşdur. 2021-ci ilin əvvəllərində yəni, yeni ildən sonra Cavabdeh ilə görüşən zaman ona bildirmiş ki, ona təcili bir həftəliyə 15 000 manat pul lazımdır. Bir həftədən sonra qaytaracaq. O, cavabdehin pis vəziyyətdə olmasını nəzərə alıb, özündə olan min bir əziyyətlə qazandığı 4000 (dörd min) manat saxlanc pulunu aralarında olan inama görə cavabdehə bir həftəlik müddətə heç bir qəbz almadan borc kimi vermişdir. Lakin cavabdeh, ondan qalan məbləğə görə də köməklik göstərməyini xahiş etdi. Buna görə də o, evə gəlib, oğluna özü üçün avtomaşın almaq məqsədi ilə işləyib topladığı 10 000 (on min) manat pulu, bir həftəlik müddətə qaytarmaq şərti ilə Cavabdeh verməsini demiş, oğlu ilk öncə buna narazı olsa da, sonradan onun pis olmasını görüb, həmin məbləğdə pulu cavabdehə verməyə razılaşmışdır. 08.01.2021-ci il tarixdə İddiaçı2 cavabdeh ilə Bakı şəhər 43 saylı notarusa gedərək notarusun yanında 10000 (on min) manat pulu borc müqaviləsi əsasında notarusun yanında vermişdir. Lakin bir həftədən sonra cavabdeh pulu qaytarmamışdır. Buna görə də, o, cavabdehlə əlaqə yaradaraq oğlunun həmin pula maşın almaq istəməsini bildirmiş, oğlunun pulunu qabağa salaraq qaytarmasını xahiş etmişdir. Cavabdeh, ona tezliklə pulu bir dəfəyə qaytaracağını bildirmişdir. Sonradan o, cavabdehlə görüşəndə, pulu hazırladığını, yaxın günlərdə qaytaracağını demişdir. Söz əsnasında Mircəlaldan xoşu gəldiyini, tərbiyəli uşaq olduğunu deyərək, onu da yaxşı bir vəzifə işinə yerləşdirmək istədiyini qeyd etdi. Bir müddət sonra pulu qaytarması üçün cavabdehlə əlaqə saxlamış, cavabdeh telefonuna cavab verməmişdir. Başqa nömrə ilə, cavabdehə zəng etdikdə telefona cavab vermiş, pulun hazır olduğunu lakin, uzaqda olduğunu, qayıdan kimi pulu qaytaracağını bildirmişdir. Yenə gözləmişlər, amma cavabdeh pulu qaytarmamışdır. İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək, iddianın ona aid hissədə baxılmamış saxlanılmasını xahiş etmişdir. Quba rayon Məhkəməsinin 2(027)-855/2022 saylı, 05.05.2022-ci il tarixli qərardadı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbləri İddiaçı1 aid hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən İddiaçı2 iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08.01.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, müqavilənin 1-ci bəndinə əsasən İddiaçı2 tərəfindən Cavabdeh 10.000 manat məbləğində borc pul verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, borc alan yəni, Cavabdeh krediti 08.01.2022-ci il tarixədək borc verənə yəni, İddiaçı2 qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 324.1-324.2-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında sübuta yetirilmişdir ki, 08.01.2021-ci il tarixli kredit müqaviləsinin 1-ci bəndinə əsasən İddiaçı2 tərəfindən Cavabdeh 10.000 manat məbləğində borc pul verilmiş, borc alan yəni, Cavabdeh krediti 08.01.2022-ci il tarixədək borc verənə yəni, İddiaçı2 qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh 08.01.2021-ci il tarixli kredit müqaviləsi əsasında 10.000 manat məbləğində pul alması sübuta yetirilmişdir. Lakin cavabdeh tərəfindən borc ödənilməmişdir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı2 10.000 manat məbləğində pul alması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Ödənilmiş dövlət rüsumu olan 140 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 iddiası təmin edilsin. Cavabdeh 10.000 manat və 140 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-855/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-855/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver