Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-856/2021 21.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb, müəy yən e td i : İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 2714 (iki min yeddi yüz on dörd) manat borcun, hüquqi yardım ilə əlaqədar 150 manat və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, o, Quba rayonu, İqrıq kəndində yaşayır, həmin kənddə özünə məxsus 0,40 ha bağ sahəsində gilas və digər meyvə istehsalı ilə məşğuldur. Ailəsini bağının məhsulundan əldə etdiyi meyvə məhsullarının pulu ilə dolandırır, başqa heç bir gəliri yoxdur. 2020-ci ilin gilas yığımı vaxtında Quba bazarında satmaq üçün gilas aparmaq istəyirdi. Bu zaman tanışı Elçinin tanışlığı ilə Cavabdeh həyətinə gəlib ondan 300 manat dəyərində gilas aldı və ona 300 manat pul verdi. Biraz getdikdən sonra qayıdıb xahiş etdi ki, mümkünsə 50 manatı qaytarsın, sonrakı reyslərdə hesablaşarlar. Növbəti dəfə Rəşad ona zəng edib özü gələ bilmədiyini, sürcü Niyaməddin Əzizovla yığıdığı gilasları verməyi xahiş etdi. O, da həmin günü borclu qaldığı 50 manatla birlikdə 1193 manat gilası razılaşıb sürücü Niyaməddin Əzizova vermişdir. Sonra yenə sürücüsünü göndərərək 269 manatlıq gilas aparmışdır və cəmi 1462 manat borcu yaranmışdır. Bir neçə gündən sonra Rəşad gəlib borcundan 712 manat vermiş və yenə xahiş etmişdir ki, 535 manatlıq, iki gündən sonra 503 manatlıq gilas apardı və bildirdi ki, borcu kartofunu satıb birlikdə verəcəkdir. Alma vaxtında Rəşad ondan 926 manatlıq alma məhsulu aparmış və kartofu satıb pulunu qaytaracağını vəd etmişdir. Beləliklə, Rəşadın ona gilasdan qaldığı 1788 manat və alma pulu ilə birlikdə cəmi 2714 manat borcu qalmışdır. Rəşad söz vermişdir ki, kartofu satıb tezliklə pulunu qaytaracaqdır. Ondan sonra dəfələrlə cavabdehdən pulunu tələb etsə də, pulunu qaytarmamışdır. Cavabdehin hərəkətləri barədə Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh polis şöbəsində verdiyi izahatında və ona 1800 manat borclu olduğunu etiraf etmişdir. Lakin o, bu vaxta kimi pulunu qaytarmaq istəmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ona görədə göstərdiklərini nəzərə alaraq iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul və etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, 2020-ci ilin gilas yığımı vaxtında Quba rayonu, İqriq kənd sakini İddiaçı bir neçə dəfə gilas məhsulu almışdır. Aldığı gilas məhsulunun pulunun müəyyən hissəsini ödəmişdir. Alma vaxtında da o, Feyruzdan 926 manatlıq alma məhsulu almışdır və kartofu satıb pulunu qaytaracağını vəd etmişdir. Lakin, almadan ziyana düşdüyünə görə İddiaçı pulunu qaytara bilməmişdir. Onun İddiaçı gilasdan 1788 manat və alma pulundan 926 manat olmaqla, cəmi 2714 manat borcu olduğunu etiraf edir. İddiaçıya borclu qaldığı həmin pulu ödəməyə etiraz etmir. Yaxın bir ay ərzində iddiaçının pulunu qaytaracağına söz verir. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıaxarılmasına etirazı yoxdur. İş materiallarında olan iş üzrə Cavabdeh yazılı ərizəsindən görünür ki, o, İddiaçı ona qarşı 2714 (iki min yeddi yüz on dörd) manat pul tələbinə dair iddiasını qəbul və etiraf edir və ona qarşı iddianın təmin olunmasına heç bir etiraz etmir. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsinə dair xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, İddiaçı 2714 manat dəyərində meyvə məhsulunun Cavabdeh adında şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi barədə Quba rayon prokurorluğuna ünvanladığı ərizəsi əsasında araşdırılması üçün istiqntaq aidiyyəti üzrə Quba RPŞ-yə göndərilmiş, araşdırma zamanı Cəfərov Rəşad Rafiq oğlunun əməlində cinayət tərkibi olmadığı üçün barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı ilə onun vəkili arasında xx xxxxxx 2021-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən vəkilə xx.xx.2021-ci il tarixli mədaxil qəbzi ilə 150 manat pul ödənilməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü madəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə təhiqatı zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı oğlundan 2020-ci ilin gilas yığımı vaxtında 2714 manat dəyərində gilası almış, cavabdeh həmin gilasın dəyərini təşkil edən 2714 manat pulu yaxın vaxtlarda iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüş, lakin cavabdeh həmin 2714 manat pulu iddiaçıya verməyərək, iddiaçıya 2714 manat məbləğdə ziyan vurmuş və iddiaçının hesabına əsassız varlanmışdır. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmçinin hüquqi yardım ilə əlaqədar vəkilə 150 manat pul ödəmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsindən yaranmış öhdəliklərin yerinə yetirilməməsi nəticəsində Cavabdeh vurduğu zərər olaraq 2714 manat alınaraq, İddiaçı verilməli və iddiaçının pozulmuş hüquqları bərpa olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikaksı Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə Cavabdeh yazılı şəkildə ərizə verməklə ona qarşı yönəlmiş iddia tələbləri üzrə iddianı etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, Cavabdeh iddianı etiraf etməsi qəbul edilməli və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə, ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2714 (iki min yeddi yüz on dörd) manat, hüquqi yardım ilə əlaqədar 150 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e td i: İddia təmin edilsin. Cavabdeh 2714 (iki min yeddi yüz on dörd) manat, hüquqi yardım ilə əlaqədar 150 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-856/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-856/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver