Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-879/2021 24.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçıMMC-nin Cavabdeh qarşı “ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı-nin əmlakına görə cavabdeh tərəfindən ödənilməmiş 1264.93 (bir min iki yüz altımış dörd) manat 93 qəpik, iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində məhkəmə rüsumunun Cavabdeh alınaraq İddiaçıMMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin nümayəndəsi Nümayəndə məhkəməyə teleqramma ilə müraciət edərək Cavabdeh qarşı “ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə məhkəmə iclasına onların tələbi olmadan baxılmasını və qərar verilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 17.08.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. 05.02.2019-cu il tarixli 059-K saylı əmrlə baş-satıcı vəzifəsinə, 21.05.2019-cu il tarixli 212-K saylı əmrlə administrator vəzifəsinə, 27.09.2019-cu il tarixli 425-K saylı əmrlə baş-satıcı vəzifəsinə keçirilmişdir. 29.01.2020-ci il tarixində öz ərizəsi əsasında 040-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 09.09.2019-cu il tarixində Oba-Binəqədi 11 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 09.09.2019-cu cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 1786,23 (bir min yeddi yüz səksən altı manat iyirmi üç qəpik) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 200,29 (iki yüz manat iyirmi doqquz qəpik) manat güzəşt edilmiş və 321,01 (üç yüz iyirmi bir manat bir qəpik) manat isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır və yekun olaraq cavabdehin cəmiyyət qarşısında 1264,93 (bir min iki yüz altmış dörd manat doxsan üç qəpik) manat borc təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı-nin əmlakına görə cavabdeh tərəfindən ödənilməmiş 1264.93 (bir min iki yüz altımış dörd) manat 93 qəpik, iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində məhkəmə rüsumunun Cavabdeh alınaraq İddiaçıMMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan “İddiaçı" MMC-nin sabiq adminstratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 08 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, 09.09.2019-cu il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 1786.23 (bir min yeddi yüz səksən altı manat 23 qəpik) AZN çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 200.29 (iki yüz)manat 29 qəpik Cəmiyyət tərəfindən güzəşt edildiyi məbləğlə və 321.01 (üç yüz iyirmi bir) manat 01 qəpik hissəsi isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq şəxsin şirkət qarşısında 1264.93 (bir min iki yüz altmış dörd) manat 93 qəpik məbləğdə borcu qalmışdır. İş materiallarında olan “Əmək Müqaviləsi”ndən görünür ki, həmin müqavılə 17.08.2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, “X1” haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan 29.01.2021- ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “İddiaçı" MMC tərəfindən iddia ərizəsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1264.93 (bir min iki yüz altmış dörd) manat 93 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı-nin bank hesabına ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 1264 (bir min iki yüz altmış dörd) manat 93 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-879/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-879/2021
24.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver