Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-881/2023 20.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı «Kredit Servis Bank Olmayan Kredit Təşkilatı” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı «Kredit Servis Bank Olmayan Kredit Təşkilatı” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 819,92 (səkkiz yüz on doqquz manat, doxsan iki qəpik) AZN, faiz borcu üzrə 284,36 (iki yüz səksən dörd manat, otuz altı qəpik) AZN, cərimə borcuna görə 130 (yüz otuz) AZN olmaqla, cəmi 1234,28 (min iki yüz otuz dörd manat, iyirmi səkkiz qəpik) AZN məbləğində borcun və 32,35 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı «Kredit Servis Bank Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «Kredit Servis Bank Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh1 arasında bağlanmış A/00024 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən o, 1500 manat məbləğində krediti 12 ay müddətinə, illik 21,76 % dərəcəsi ilə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit müqaviləsinə əlavə olunmuş ödəmə cədvəlinə uyğun olaraq “Kreditor”-a qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 5.4.2-ci bəndinə əsasən ödəniş planı üzrə öhdəliyi vaxtında və lazımi qaydada icra etmədikdə, hər gecikdirilən gün üçün ödənilməmiş əsas borcun 1 (bir) faizi məbləğində cərimə ödənilməlidir. Cavabdeh1 müqavilə öhdəliyini qismən icra etsə də, son ödəməsi xx.xx.2022-ci il tarixdə olmuş, müqavilə müddəti bitmiş və xx.xx.2023-cü il tarixə əsas borc məbləği 819,92 manat, faiz borcu 284,36 manat, cərimə məbləği 130 manat olmaqla, cəmi 1234,28 manat ödənilməmiş borcu yaranmışdır. Borcun qaytarılması üçün ona şifahi xəbərdarlıq edilmiş, pretenziya məktubu ilə müraciət olunmuşdur. Lakin o, müqavilə öhdəliyini icra etməmişdir. Digər Cavabdeh2 isə “Kredit Servis” Bank Olmayan Kredit Təşkilatı ilə X1 arasında bağlanmış A/00024 saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin vaxtında və lazımi qaydada icra olunması üçün zaminlik müqaviləsi bağlamışdır. Müqavilənin 6.6-cı bəndinə əsasən cavabdehlər tərəfindən müqavilə öhdəliyi vaxtında və lazımi qaydada icra olunmadıqda kreditorun borcun qaytarılmasını məcburi qaydada təmin edilməsini məhkəmə qaydasında həyata keçirmək hüququ vardır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, iddiaçı «Kredit Servis Bank Olmayan Kredit Təşkilatı” MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, A/00024 saylı kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə, illik 21,76 % faiz ödəmək şərtilə 1500 manat məbləğdə kredit vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, A/00024 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 «Kredit Servis Bank Olmayan Kredit Təşkilatı” MMC-yə 819,92 manat əsas, 284,36 manat faiz borcu, 130 manat cərimə borcu olmaqla, cəmi 1234,28 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, «Kredit Servis Bank Olmayan Kredit Təşkilatı” MMC tərəfindən məhkəməyə ərizə verilərkən, 32,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Hesab edirəm ki, əsas borc 819,92 manat təşkil etdiyi halda, 130 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 82 manata qədər azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının ödənilməsini tələb etdiyi borcun məbləği onun tərəfindən məhkəməyə təqdim olunmuş “Arayışı” ilə təsdiq olunur. Həmin arayışdan görünür ki, Cavabdeh1 hazırda ödənilməmiş 1234,28 manat borcu qalmışdır. Cavabdehlər irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişlər. İddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425, 427, 449.4, 470.1, 472.1, 472.2 və 739-cu maddələrinin göstərişinə uyğun olduğundan əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 32,35 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 819,92 AZN, faiz borcuna görə 284,36 AZN, cərimə borcuna görə 82 AZN olmaqla, cəmi 1186,28 AZN məbləğində borc və 32,35 manat məbləğində ödənilmiş dövlət rüsumu «Kredit Servis Bank Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-881/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-881/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver