Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-884/2023 02.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh Şahnəzər oğluna qarşı “alimentin miqdarının artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X4 məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan Xaçmaz rayon Məhkəməsinin 2(067)-3557/2017 saylı xx.xx.2017-ci il il tarixli qətnaməsi ilə təyin edilmiş 160 (bir yüz altmış) manat məbləğində aliment pulunun artırılaraq hər ay bir uşağın saxlanılması üçün 250 manat olmaqla cəmi 500 (beş yüz) manat sabit pul məbləğinin Cavabdeh Şahnəzər oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X4 iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)- 3557/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 80 manat olmaqla cəmi 160 (bir yüz altmış) manat məbləğində aliment pulunun Cavabdeh Şahnəzər oğlundan alınaraq ona verilməsi göstərilmişdir. Hal-hazırda övladlarının 15-17 yaşı var. Xaçmaz rayon Məhkəməsinin 2(0671-3557/2017 saylı xx.xx.2017-ci il tarixli qətnamədə qeyd olunmuş 160 (bir yüz altmış) manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar böyüdückə məsrəfləri yetərincə artmışdır. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. Uşağın atası alimenti vaxtı vaxtında ödəmir və o uşağları tək saxlamağa çətinlik çəkir. Uşaqlar böyüdükcə ehyiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Uşaq xəstədir və daimi müalicədədir. Buna görə də görə o, "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh Şahnəzər oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, əlavə olaraq başqa şəxs ilə ailəli olmuş və həmin ailəsindən anadan olmuş övladları üçündə aliment ödəyir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Şahnəzər oğlu məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişindən görünür ki, Cavabdeh Şahnəzər oğluna xx.xx.2023-cü il tarixdə keçiriləcək olan məhkəmə iclası ilə bağlı istifadəsində olan telefon nömrəsinə SMS xəbərdarlığı göndərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X10 anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Şahnəzər oğlu ilə X4 arasında 12 noyabr 2010-ci il tarixli nikah xx.xx.2017-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 2(067)-3557/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh Şahnəzər oğluna qarşı xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının hər ay hər uşağa görə 50 manatdan 137 manata qədər artırılaraq, cəmi 274 manat sabit məbləğdə alimentin alınaraq, ona verilməsi tələbinə dair iddia ərzəsi qismən təmin edilmişdir. 29 noyabr 2006- cı il təvəllüdlü X6 və 15 avqust 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh Şahnəzər oğlundan hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat alimentin alınaraq, X3 verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh Şahnəzər oğlu "xxxx" MMC-də anbardar vəzifəsində çalışır və aylıq əmək haqqısı 879.33 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununda isə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay uşaq üçün 250 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyini nəzərə alınaraq, Xaçmaz rayon məhkəməsinin 2(067)-3557/2017 saylı, 02 avqust 2017-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 41,60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz rayon məhkəməsinin 2(067)-3557/2017 saylı, 02 avqust 2017-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh Şahnəzər oğlundan hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X3 verilsin. Cavabdeh Şahnəzər oğlundan 41,60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-884/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-884/2023
02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver