Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-885/2023 03.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2530/2020 saylı xx.xx.2020-ci il il tarixli qətnaməsində qeyd olunan iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 300 (üç yüz ) manat məbləğində aliment pulunun artırılaraq hər ay bir uşağın saxlanılması üçün 250 manat olmaqla cəmi 500 (beş yüz) manat Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2530/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində aliment pulunun Cavabdeh alınaraq ona verilməsi göstərilmişdir. Hal-hazırda övladının 11-16 yaşı var. Hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2530/2020 saylı 23,09.2020-ci il tarixli qətnamədə qeyd olunmuş 300 (üç yüz ) manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq böyüdückə məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. Onu da qeyd edir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Uşağın atası alimenti vaxtı-vaxtında ödəmir, uşağı tək saxlamağı çətin olur. Böyüdükcə uşaqda ehtiyac və tələbatı artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Uşaq xəstədir. Daimi müalicədədir, iynə və dərmanlarını çatdıra bilmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, alimentin miqdarının artırılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdi ki, o atasının evində qalır, oğlu Zaur onunla qalır, qızı Nigar isə məktəbə görə sentyabrın 15-dən atasının yanında qalır. Buna baxmayaraq uşağın bütün ehtiyaclarını özü ödəyir, hər bazar günləri qızı onun yanına gəlir, ehtiyacları ilə maraqlanır. Qızına görə ən azı 180 manat, oğluna görə isə 250 manat aliment tələb edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, o alimentin məbləğinin artırılmasına razı deyil, belə ki, qızı Nigar sentyabr ayından məktəblə əlaqədar onun yanında qalır, özü 2-ci qrup əlildir. Könüllü olaraq oğlu üçün 200 manat ödəyə bilər. Digər hissələrdə isə iddianın rədd edilməsini xahiş etmişdir. Belə ki, Nigara görə aliment məbləğinin də iddiaçıya ödəməkdə davam edəcəkdir. Məhkəmə iddiaçını və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2530/2020 saylı xx.xx.2020-ci il il tarixli qətnaməsinə əsasən Quba Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(027)-1168/2020 saylı qətnaməsi «Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşınadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər uşağa hər ay 100 (bir yüz) manat olmaqla, iki uşağa görə hər ay 200 (iki yüz) manat sabit pui məbləğində alimentin-tutulub İddiaçı verilsin» hissəsində dəyişdirilməsi, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşınadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər uşağa hər ay 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi və Qətnamə - «İddiaçı və Cavabdeh arasında Quba RİHB-nın Hacıhüseynli İƏD üzrə nümayəndəliyində xx.xx.2004-cü il tarixdə bağlanmış nikah qeydi pozulması, xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X7 anaları - İddiaçı himayəsinə verilsin və aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tutulsun» hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-İ 749939 saylı ”Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 09 fevral 2006-cı il tarixdə Quba rayonunda anadan olmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 932968 saylı ”Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 26 avqust 2012-ci il tarixdə Quba rayonunda anadan olmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunan Quba rayonu, X5 kənd tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 08 nömrəli arayışından göründüyü kimi, X8 həqiqətən 2022/2023-cü tədris ilində Quba rayonu, X5 kənd tam orta məktəbinin rus bölməsinin Xİ sinifində təhsil alır. İş materiallarına əlavə olunan Quba rayonu, Alekseyevka kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 255 nömrəli arayışına göründüyü kimi, X8 ərazi dairəsinin Alekseyevka kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə iki uşaq üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşağların gündəlik tələbatının artmasını əsas götürərək, aliment pulunun artırılaraq hər ay bir uşağın saxlanılması üçün 250 manat olmaqla cəmi 500 (beş yüz) manat Cavabdeh tutularaq ona vetilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, aliment barədə qətnamə qəbul edildikdən sonra 2022-ci ilin 15 sentyabrından X4 təhsili ilə əlaqədar atasının yanında yaşamaqla həftənin istirahət günləri iddiaçının yanında qalması məhkəmə araşdırması zamanı tərəflərin mübahisələndirmədikləri haldır. Uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olması nəzərə alınmaqla, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilərkən müəyyən olunmuşdur ki, ayın əksər hissəsini onun yanında qalmaqla zəruri xərclərini qarşılaması halında belə, iddiaçıya könüllü qaydada 300 manat aliment ödənişini etməkdə davam etmişdir . Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki halda qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, alimentin müəyyən edilməsindən kifayət qədər müddət keçməsini, bu halın uşaqların zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, uşaqların üstün mənafeyini, daimi artan gündəlik xərcini, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, hazırki iddia üzrə yalnız xx.xx.2012-ci il təvəllüdlü X2 üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə valideynlərin hər ikisinin uşaqlarını saxlamaq öhdəliklərinin olmasını nəzərə alaraq alimentin X9 münasibətdə 200 manat məbləği həddində müəyyən edilməsini, xx.xx.2006-cı il təvəllüdlü X6 münasibətdə alimentin artırılması ilə bağlı iddianın təmin edilməməsini məqsədəmüvafiq hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatdək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2530/2020 saylı xx.xx.2020-ci il il tarixli qətnaməsilə müəyyən olunmuş alimentin miqdarı xx.xx.2012-ci il təvəllüdlü X9 münasibətdə dəyişdirilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşınadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-885/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-885/2023
03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver