Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-896/2022 14.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Xandəmir oğlunun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh Xandəmir oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xandəmir oğlundan ona dəymiş olan maddi ziyana görə 17000 (on yeddi min) manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 (bir yüz qırx bir) manat, cəmi 17141 (on yeddi yüz qırx bir) manat pul məbləğinin Cavabdeh Xandəmir oğlu tərəfindən tutularaq ona, yəni İddiaçı ödənilməsinə dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, Quba rayonu, Küsnət Qazma kənd sakini Cavabdeh Xandəmir oğlunu 2015-ci il noyabr ayının sonlarında Qobustan rayonunun Cəngi qışlağı ərazisində heyvan otardığı vaxt, 213 baş xırda buynuzlu heyvanları saxlayan zaman tanış olmuşdur. 2016-cı il mart ayında 213 baş xırda buynuzlu heyvanları Şamaxı rayonu, Kərkənc kəndinə gətirərkən cavabdeh də onunla birlikdə gəlmişdir. 2016-cı ilin may ayında arvadı qəflətən xəstələndiyi üçün heyvanları satmaq qərarına gəlsə də, cavabdeh ona yoldaşının müalicə olunub qurtarana qədər heyvanları yaşadığı Quba rayonu, Küsnət Qazma kəndinin yaxınlığında yaylaqda saxlayaraq ona kömək olacağını bildirmişdir. Cavabdeh Xandəmir oğlu onun etibarından sui-istifadə etmiş, aldatma yolu ilə 17 oktyabr 2017-ci il tarixdə həyat yoldaşı sağalanadək müvəqqəti saxlanması üçün ona verdiyi hər birinin qiyməti 150 (bir yüz əlli) manat olan 140 baş ana qoyunları, hər birinin qiyməti 110 (bir yüz on) manat olan 38 baş quzu və hər birinin qiyməti 80 (səksən) manat olan 10 baş ana keçini ələ keçirmişdir. Bunun nəticəsində ona ümumilikdə 25980 (iyirmi beş min doqquz yüz səksən) manat dəyərində ziyan dəymişdir. Həmin maddi ziyandan ona 8980 manat pul ödənilmişdir. 2019-cu ilin iyun ayında sonuncu ödənişdən sonra dəfələrlə qalıq pulun ödənilməsi barədə müraciət etsə də, Cavabdeh Xandəmir oğlu tərəfindən heç bir ödəmə aparılmamışdır. Nəzərdə tutulan hallara dair şikayəti əsasında Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılmış, cinayət işi üzrə Cavabdeh 01 noyabr 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İbtidai istintaq zamanı Cavabdeh Xandəmir oğlu istintaqı həyata keçirən orqandan qaçıb gizlənmiş, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittihamın elan edilməsi üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X1 xx.xx.2018-ci il tarixində tutularaq istintaqa təqdim edilmiş, ona qeyd edilən maddə ilə nəzərdə tutulan ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Lakin bütün bunlara baxmayaraq Şamaxı RPŞ-nin istintaq bölməsinin müstəntiqi Baba Babaş oğlu Atakişiyev tərəfindən 04 dekabr 2017-ci il tarixdə "cinayət işi üzrə icraata xitam verilməsi” barədə qərar qəbul edilmişdir. Göstərilənlərlə razılaşmayaraq Şamaxı RPŞ-nin istintaq bölməsinin müstəntiqi Baba Babaş oğlu Atakikişyev tərəfindən çıxarılmış ********* №-li cinayət işi üzrə xx.xx.2017-ci il tarixli "cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan məhkəməyə şikayət verilmişdir. Şamaxı rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 6(074)-1/2020 saylı qərarı ilə şikayət təmin edilmiş, Şamaxı rayon Polis Şöbəsinin İB-nin müstəntiqi polis kapitanı Atakişiyev Baba Babaş oğlu tərəfindən qəbul edilmiş 04 dekabr 2017-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qanunsuz hesab edilərək ləğv edilmişdir. Lakin bu günə qədər cavabdeh barəsində hər hansı istintaq hərəkətləri aparılmamış, istintaqın nəticəsi barədə dəfələrlə müraciət olunsada heç bir məlumat verilməmişdir. Bununla da onun əmlak hüquq və mənafeləri pozulması halı davam etməkdədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, cavabdehin borclu olduğu puldan 25.980 manat məbləğində puldan 8980 manatını ödədiyini, iddianın qalan hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Xandəmir oğlunun nümayəndəsi və vəkili X4 cavabdehin iddiaçıya pul borclu olmadığını bildirdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2017-ci il tarixli, 252775 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və aktda göstərilən xırdabuynuzlu heyvanların 2017-ci illərin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 340,00 manat müəyyən edilmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Cavabdeh Xandəmir oğlu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 6(074)-1/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şamaxı RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Atakişiyev Baba Babaş oğlu tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qanunsuz hesab edilərək ləğv edilmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Atakişiyev Baba Babaş oğlu tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli və xx.xx.2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarlardan görünür ki, Cavabdeh Xandəmir oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin cinayət işi üzrə dindirilmiş Cavabdeh Xandəmir oğlu ifadəsində İddiaçı məxsus 15.000 manat dəyərində olan 165 baş heyvanı satdığını və həmin pulu öz şəxsi ehtiyaclarına xərclədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə araşdırması zamanı işdəki sübutlar əsasında təsdiq olunmuşdur ki, Cavabdeh Xandəmir oğlu İddiaçı məxsus olan ümumi dəyəri 15.000 manat məbləğində 165 baş heyvanı satmış və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bu faktı cavabdeh xx.xx.2017-ci il tarixdə Şamaxı rayon Polis Şöbəsində dindirilən zaman etiraf etmişdir. İddiaçı cavabdehin digər məbləğdə borclu olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavadeh isə iddiaçıya borclu olduğu məbləğin qaytarılması və ya borclu olmaması barədə sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı cavabdehin borclu olduğu məbləğdən 8980 manat pulun ona verildiyini etiraf etmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Cavabdeh Xandəmir oğlundan 6020 məbləğində pul alınaraq İddiaçı verilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Xandəmir oğlundan 6020 manat məbləğində pul və 41 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-896/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-896/2022
14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver