Məhkəmə qərarları › İş №2(027)-9/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-9/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-9/2023 19.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh və Zamin qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə edərək, Cavabdeh və Zamin kreditor “Azərbaycan Baynəlxalq Bankı" ASC-nin xeyrinə 1304 manat əsas və 448 manat faiz, cəmi 1752 manat məbləğində kredit borcunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Quba filialı ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 240/12 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 12 ay müddətinə illik 20% dərəcəsi ilə hesablanmaqla 3000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün bank Zamin ilə xx.xx.2012-ci il tarixli 240/12 №-li zaminlik müqaviləsini bağlamışlar. Zamin müqavilənin şərtlərinə əsasən borcalan Cavabdeh öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 6.3-cü maddəsinə əsasən Cavabdeh aldığı kredit vəsaitini hər ay qrafikə uyğun ödəməli idi. Borclu Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin, kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Borclulara kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər öz öhdəliklərini yerinə yetirmirlər və borcun ödənişini təmin etmirlər. Hal-hazırda borcluların "xxxx" ASC-nə 1304 manat əsas və 448 manat faiz, cəmi 1752 manat məbləğində borcu mövcuddur. Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-2323/2016 saylı məhkəmə əmri ilə Cavabdeh və Zamin müştərək qaydada 1304 manat əsas və 448 manat faiz, cəmi 1752 manat məbləğində pulun alınaraq "xxxx" ASC-nə verilməsi əmr edilmişdir. Cavabdeh etiraz verərək, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)- 2323/2016 saylı məhkəmə əmrinin ləvg edərək işi məhkəmə icraatına götürülməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-2935/2022 saylı qərardadı ilə Cavabdeh etirazı təmin edilərək, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-9/2023 saylı hazırlıq iclasının protokolu ilə Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən “problemli aktivlər üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair” 21 aprel 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh qarşı olan tələb hüququ "xxxx" QSC-yə verildiyindən "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı əsl olan tərəf kimi iddiaçı qismində tanınmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etmişdir. Məhkəmə iclasında iştirak edən zaman Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, borcunu tam ödəmiş, lakin ödənişlərlə bağlı heç bir sənəd saxlamamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Zamin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Quba filialı ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 240/12 №-li kredit müqaviləsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh 12 ay müddətinə illik 20% dərəcəsi ilə hesablanmaqla 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 240/12 №-li zaminlik müqaviləsinə əsasən kredit öhdəliyinin təmin edilməsi üçün Zamin durmuşdur. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən “problemli aktivlər üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair” 21 aprel 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh qarşı olan tələb hüququ "xxxx" QSC-yə verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixə 1304 manat əsas və 448 manat faiz, cəmi 1752 manat məbləğində kredit borcu təşkil edir. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdehlər banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/3354 №-li ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, xx.xx.2012-ci il tarixli 240/12 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh xx.xx.2016cı il tarixə 925,22 manat əsas və 76,84 manat faiz borcu müəyyən edilmişdir. Məhkəmə həmin rəyi iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək mötəbər sübut kimi qəbul etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 925,22 manat əsas və 76,84 manat faiz borcu olmaqla 1002,06 manat məbləğində pul "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün, iddia ərizəsi verilən zaman ödənilmiş 20 manat dövlət rüsumu və 145 manat ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı qismən təmin edilsin. "xxxx" ASC-nin Quba filialı ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 240/12 №-li kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 925,22 manat əsas və 76,84 manat faiz borcu olmaqla 1002,06 manat məbləğində pul iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilsin və 145 manat məbləğində ekspertiza xərci cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar