Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-9/2024 04.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 və cavabdeh Zamin4 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Zamin1, Zamin2, Zamin3, Zamin4 və Zamin5 qarşı “borcun tutulması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4, Zamin5 müştərək qaydada İddiaçı Qapalı Səhimdar Cəmiyyətinin xeyrinə 032R********** saylı kredit razılaşması üzrə 10157,22 manat məbləğində kredit borcu, 4677,56 manat məbləğində faiz borcu və 6165,73 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21000 (iyirmi bir min) manat 51 (əlli bir) qəpik məbləğində borcun,məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin X4 AR MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, Zamin1, Zamin2, Zamin3, Zamin4 və Zamin5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 032R********** saylı razılaşma üzrə 10157,22 manat məbləğində kredit borcu, 4677,56 manat məbləğində faiz borcu və 6165,73 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 21000 (iyirmi bir min) manat 51 (əlli bir qəpik) məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçünpdənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 32L000001107 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 032R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 032R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 4842.78 manat ödəmiş, onun 10157.22 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 608 gün üçün hesablanmış faiz borcu 4677.56 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 608 gün üçün hesablanmış cərimə 6165.73 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Zamin1, Zamin2, Zamin3, Zamin4, Zamin5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, kredit alan Cavabdeh xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh adında heç bir əmlak müəyyən olunmamşdır. Zaminlik müqaviləsi xətti müqavilədir, 10 il müddətinə bağlanmışdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh Zamin4 məhkəmə iclasında iddianı qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə digər cavabdehlər Zamin1, Zamin2, Zamin3 və Zamin5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdeh Zamin4 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli, 32L000001107 saylı Kredit Xətti Müqaviləsindən, görünür ki, İddiaçı QSC-nin Quba filialı ilə tərəfindən 120 ay müddətinə Cavabdeh 50000 (əlli min) manat məbləğində kredit xəttinin açılması barədə İddiaçı QSC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. -xx.xx.2014-cü il tarixli 032R********** saylı Kredit Razılaşmasından görünür ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 32L000001107 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000,00 (on min beş min) manat məbləğində kredit götürmüşdür. -kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 032R**********S №li sazişdən görünür ki, bank ilə kredit alan arasında 07 oktyabr 2013-cü il tarixli, 32L000001107 saylı uzunmüddətli Kredit Müqaviləsi üzrə 24 dekabr 2014-cü il tarixdə bağlanmış 032R********** saylı Kredit Razılaşması əsasında Kredit alan, Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faziləri bu Sazişə əlavə olunan 24 dekabr 2015-ci il tarixli Ödəniş Planına uyğun olaraq banka ödəməlidir. - xx.xx.2013-cü il tarixli və 24 dekabr 2014-cü il tarixli Zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC-dən kredit götürmüş «Borc alan» Cavabdeh bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zaminlər Zamin5, Zamin1, Zamin4, Zamin2 və Zamin3 öz üzərinə götürmüşlər. xx.xx.2017-ci il, xx.xx.2018-ci il və 22 .01.2018-ci il tarixli Xəbəradrlıq məktublarından görünür ki, İddiaçı QSC tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. - xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqviləsi üzrə xx.xx.2018-ci il tarixə 10157,22 manat əsas, 4677,56 manat faiz, 6165,73 manat cərimə olmaqla, cəmi borcu 21000,51 manat təşkil edir. -xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. -xx.xx.2016-cı il tarixli, AZ-İ seriyalı, 796556 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 15 nömrəli qeydiyyat aparılmışdır. - Quba Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin 08 aprel 2023-cü il tarixli məktubundan görünür ki, mərhum Cavabdeh ölümündən sonra Quba regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində onun adına vərəsəlik işinin açılması barədə məlumat aşkar edilməmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhum Cavabdeh adına ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. -Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-xx-xx/244663/2023 saylı məktubundan görünür ki, DİN X5 Polis İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. -Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində traktor və digər mexaniki nəqliyyat vasitələri, eləcə də “Elektron kənd təsərrüfatı” informasiya sistemində torpaq sahəsi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və zaminlik müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişlər. Bu baxımdan, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə əsas borcun 10157,22 manat və faiz borcun 4677,56 manat məbləğində müəyyən olunduğu halda cavabdehlər tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 6165,73 manat məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 1000 manat müəyyən edilməsini cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Zamin1, Zamin2, Zamin3, Zamin4 və Zamin5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 032R********** saylı kredit razılaşması üzrə 10157,22 manat məbləğində əsas kredit borcu, 4677,56 manat məbləğində faiz borcu və 1000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 15834,78 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-nin hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-9/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-9/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver