Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-90/2020 18.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan «xxxxxxxxxxxx» ASC-nın cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan «xxxxxxxxxxxx» ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin «xxxxxxxxxxxx» ASC-nın xeyrinə 584,21 manat əsas borc, 359,66 manat faiz borcu, 54,61 manat cərimə borcu olmaqla, cəmi 998,48 manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Mülki Prosesual Məcəllənin 53-cü maddəsini əsas tutaraq, iddiaçı “Ləğv prosesində olan «xxxxxxxxxxxx» ASC-nın ləğvedicisi X1 “İddia tələbinin dəqiqləşdirilməsi barədə”ərizə ilə məhkəməyə müraciət etmiş, cavabdehlər Cavabdeh və Zamin «xxxxxxxxxxxx» ASC-nın xeyrinə 483,26 manat əsas borc, 64,83 manat faiz borcu, 424,49 manat cərimə borcu olmaqla, xx.xx.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 91,84 manat, cəmi 1064,42 manat məbləğində borcun olduğunu iddia edərək, həmin borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin iddiaçı Ləğv prosesində olan «xxxxxxxxxxx» ASC-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Ləğv prosesində olan «xxxxxxxxxxx» ASC-nın Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, kredit müqaviləsinə əsasən bank tərəfindən ona illik 27% olmaqla, 18 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmini üsulu kimi Zamin ilə zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin Borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında Borcalanla birgə məsuliyyət daşıyır. Borclu kredit müqaviləsinin tələblərini pozaraq, ödəməli olduğu məbləği ödəməkdən yayınmış və üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin banka ödənilməmiş 483,26 manat əsas borc, 64,83 manat faiz borcu, 424,49 manat cərimə borcu olmaqla, xx.xx.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 91,84 manat, cəmi 1064,42 manat məbləğində borcu yaranmışdır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə təyin edilmiş bütün məhkəmə baxış iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Ləğv prosesində olan «xxxxxxxxxxxx» ASC ilə borclu Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 265CNNW143250001 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona illik 27% olmaqla, 18 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarından olan həmin kreditin təminatı üsulu kimi Zamin ilə həmin tarixdə 265CNNW143250001/Z saylı zaminlik müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıyır. İşin araşdırılan hallarından müəyyən olunur ki, Ləğv prosesində olan «xxxxxxxxxxxx» ASC-nın Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 265CNNW143250001 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfin təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli, **********071 nömrəli maliyyə arayışından görünürki, Cavabdeh bank qarşısında xx xxxxxx 2020-ci il tarixinə 483,26 manat əsas borc, 64,83 manat faiz borcu, 424,49 manat cərimə borcu olmaqla, xx.xx.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 91,84 manat, cəmi 1064,42 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. İş materiallarından olan xx.xx.2018-ci il tarixli, ********* nömrəli qəbzdən görünürki iddiaçı tərəf 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından görünürki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019- cu il tarixli 28448 saylı ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında ölan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları xx.xx.2014-cü il tarixli, 265CNNW143250001saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh xx.xx.2018-ci il tarixinə iddiaçı «xxxxxxxxxxxx» ASC-yə olan borcu ümumilikdə 928,28 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 574,52 manat, faiz borcu üzrə 353,76 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçının tələb etdiyi əsas və faiz məbləği ekspert rəyindən az olduğundan məhkəmə ekspert rəyini qəbul etməmişdir. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.3 və 449.4-cü maddələrinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllə ilə 472.2- ci əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək, hesab edir ki, cavabdehlər Cavabdeh və Zamin kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən, əsas borc üzrə 483,26 manat, faiz borcu üzrə 64,83 manat məbləğində pul cavabdehlərdən iddiaçının xeyirinə tutulmalıdır. Lakin faktiki olaraq ləğvetmədə olan və bank fəaliyyəti ilə məşğul olmayan iddiaçıya dəymiş zərərin nədən ibarət olmasını, həmin məbləğlərin hansı meyarlarla hesablanması əsaslandırılmamış və buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də, iddia tələbi 91,84 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz hissəsində təmin edilə bilməz. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 5 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat manat cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh və Zamin kredit və zaminlik müqavilələri üzrə yaranmış əsas borc üzrə 483,26 manat, faiz borcu üzrə 64,83 manat məbləğində pul, cərimə borcu üzrə 5 manat məbləğindəolmaqla, ümumilikdə 553,09 manat məbləğində ödənilməmiş borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul ləğv prosesində olan «xxxxxxxxxxxx» ASC-nın xeyrinə tutulsun. İş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat manat cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-90/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-90/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver