Məhkəmə qərarları › İş №2(027)-903/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-903/2022

21.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-903/2022 21.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı məhkəməyə alimentin miqdarının artırılmasına dair iddia ərizəsi ilə müraciət edərək, 22 sentyabr 2015-ci il təvəllüdlü Aslanın və 02 sentyabr 2016-cı il təvəllüdlü Asimanın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment və X4 xəstəlik xərcləri ilə əlaqədar hər ay 100 manat pul tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı Quba Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Quba rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(027)-483/2021 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı azaldılaraq, cavabdeh İddiaçı ilə birgə nikahlarından olan 22 sentyabr 2015-ci il təvəllüdlü X4, 02 sentyabr 2016-ci il təvəllüdlü X2 xeyrinə tutulan aliment azaldılaraq hər bir uşaq üçün 125 manat cəmi 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında göstərmişdir ki, o, 15 iyun 2014cü il tarixində Cavabdeh ilə rəsmi nigaha girmişdir. Ailə münasibətlərindən 22 sentyabr 2015-ci il təvəllüdlü Aslan və 02 sentyabr 2016-cı il təvəllüdlü Asiman adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə ayrılmışlar. Quba rayon Məhkəməsinin 2(027)-483/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçun Cavabdeh hər ay cəmi 280 manat sabit pul məbləğində aliment və X4 xəstəlik xərcləri ilə əlaqədar hər ay 50 manat pul tutulub ona verilməsi qət edilmişdir. Hal-hazırda qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatlarının ödənilməsinə yetmir. Oğlu Aslan xəstə olduğu üçün daimi müalicəyə ehtiyacı var. Həmçinin məktəblidir. Özü heç bir yerdə işləmir. Övladlarını saxlamağa çətinlik çəkir. Cavabdeh isə meyvə və qələm biznesi ilə məşğuldur, yaxşı qazancı var, maddi vəziyyəti yaxşıdır. Bu səbəbdəndir ki, 15000 (on beş min) manat kompensasiya ödənilməklə qaynatasına məxsus yaşadıqları evdən istifadə hüququna xitam verilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. Alimentin miqdarının artrılması ilə bağlı mediasiya sessiyasmda iştirak etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 195 manat müəyyən edilmişdir. Başqa sözlə, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Azərbaycan Respublikasının “Yaşayış minumumu haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Göstərilənləri nəzərə alaraq iddiasının təmin edilməsini və qarşılıqlı iddanın isə rədd edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə 22 iyun 2014- cü il tarixdə el adəti ilə toy edib ailə həyatı qurmuşdur. 14 iyul 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 22 sentyabr 2015-ci il təvəllüdlü X6, 02 sentyabr 2016-ci il təvəllüdlü X5 adlı iki övladı anadan olmuşdur. Ailə quran zaman və bir müddət sonra münasibətləri yaxşı olmuşdur. Sonradan isə münasibətləri pisləşmişdir. Bu səbəbdən də ailədə narazılıqlar və söz-söhbətlər yaranmışdır. Cavabdeh evə gələn gündən onlarla münasibətləri normal olmamışdır. 2017-ci ildə valideyinlərinin yanma qayıtmışdır. Quba rayon Məhkəməsinin 2(027)-2702/2017 saylı 17 avqust 2017-ci il tarixli qətnaməsi ilə Quba rayonu 1-ci Nügədi kəndində yerləşən ona məxsusu evin bir otağına köçürülmüşdür. Nikahları Quba rayon Məhkəməsinin 2(027)- 1973/2020 saylı, 09 dekabr 2020-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh həmin evdə yaşayır və onu mülkiyyətində olan evində rahat yaşamağa imkan vermir. Quba rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli 2(027)- 2813/2018 saylı qətnaməsi ilə birgə nikahlarından 22 sentyabr 2015-ci il təvəllüdlü X4, 02 sentyabr 2016-ci il təvəllüdlü X2 yetkinlik yaşınaa çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 125 manat cəmi 250 manat alimentin tutulmuşdur. Quba rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(027)-483/2021 saylı qətnaməsi ilə birgə nikahlarından 22 sentyabr 2015-ci il təvəllüdlü X4, 02 sentyabr 2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 140 manat cəmi 280 manat alimentin və 22 sentyabr 2015-ci il təvəllüdlü X4, xəstəlik xərcləri ilə əlaqədar hər ay 50 manat pulun tutulması qət edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, 22 sentyabr 2015-ci il təvəllüdlü X4 hal-hazırda heç bir xəstəliyi yoxdur. Bildirirəm ki, ondan tutulan alimentin ümumi miqdarı tutulan hissədən artıqdır. O, hal-hazırda heç yerdə işləmir, himayəsində 1960-cı il təvəllüdlü anası var, vəziyyəti çətindir odurki, hər bir uşaq üçün 125 manat cəmi 250 manat alimenti ancaq ödəyə bilər. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil ilk iddianı qəbul etməyərək göstərmişdir ki, evin bütün təchizatını Cavabdeh təmin edir. Asimin maliyyə durumu yaxşı deyil, 400 manat aliment borcu vardır. Cavabdeh ailəsinin saxlanmılmasında iştirak edir, qalan aliment borcunu yaxın müddətdə ödəyəcəkdir. İlk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 837523 №-li və AZ-İİİ seriyalı 628262№li doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından 22.09.2015-ci ildə X6 və 02.09.2016-cı il tarixdə X5 anadan olmuşlar. İş materiallarında Quba Rayon Məhkəməsinin 2(027)-483/2017 saylı 11 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş 22 sentyabr 2015-ci il tarixdə anadan olmuş X4 və 02 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-2813/2018 saylı, 01.11.2018-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər uşaq üçün hər ay 140 manat olmaqla ümumilikdə 280 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi, Cavabdeh 22 sentyabr 2015-ci il tarixdə anadan olmuş X4 xəstəlik xərcləri ilə əlaqədar hər ay 50 manat sabit pul məbləğində pul tutularaq, İddiaçı verilməsi qət edilmişdir. 1.Məhkəmənin ilk iddia üzrə qiymətləndirməsi Məhkəmə iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, ilk iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə iki uşağın saxlanması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı artırılmaqla, hər ay hər uşaq üçün 165 manat olmaqla iki uşaq üçün ayda cəmi 330 manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-483/2021 saylı 11.02.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aliment həmin uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin hər uşağa ayda 200 manat olmaqla iki uşaq üçün hər ay 400 manat aliment ödəməli olmasını təsdiq edən hər hansı faktoloji və hüquqi əsasların olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-483/2021 saylı 11.02.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh 22 sentyabr 2015-ci il tarixdə anadan olmuş X4 xəstəlik xərcləri ilə əlaqədar hər ay 50 manat sabit pul məbləğində pul tutularaq, İddiaçı verilməsi qət edilmiş, həmin məhkəmə qətnaməsi ilə X4 xəstəlik xərcləri artıq müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddiaçı qarşılıqlı cavabdehdən oğlu X4 xəstəlik xərcləri ilə əlaqədar sabit pul məbləğində 100 manat pulun tutularaq ona ödəməli olmasını və uşağın xəstəliyinin artması və buna görədə əlavə xərclərin olmasını təsdiq edən hər hansı faktoloji və hüquqi əsasların olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də alimentin artırılması hazırkı qətnamənin qanuni qüvvəyə minməsi günündən hesablanmalıdır. 2.Məhkəmənin qarşılıqlı iddia üzrə qiymətləndirməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Qanunun bu norması məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqarının dəyişilməsi üçün zəruri əsas kimi alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını nəzərdə tutur. İşdəki sübutlarla müəyyən olunmuşdur ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alimentin miqdarının azaldılmasının əsası kimi göstərdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bununla da iddia tələbinin əsaslı olduğunu sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqalrın qayğısına qalmaq valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynlərini öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentn ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(027)-483/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, 22.09.2015-ci ildə doğulmuş X6 və 02.09.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər uşağa görə ayda 165 (bir yüz altmış beş) manat olmaqla, iki uşağa görə hər ay 330 (üç yüz otuz) manat məbləğində aliment tutularaq, İddiaçı verilməli, ilk iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X8” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(027)-483/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, 22.09.2015-ci ildə doğulmuş X6 və 02.09.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər uşağa görə ayda 165 (bir yüz altmış beş) manat olmaqla, iki uşağa görə hər ay 330 (üç yüz otuz) manat məbləğində aliment tutularaq, İddiaçı verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar