Məhkəmə qərarları › İş №2(027)-908/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-908/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-908/2023 15.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7971 manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Rəvanə adlı yaxın tanışı vasitəsi ilə tanımışdır. Danışıq əsnasında Cavabdeh telefon satışı ilə məşğul olmaq istədiyini bildirmiş, o da uyğun qiymətə telefon tapa biləcəyini bildirmişdir. Bir neçə dəfə cavabdeh ondan telefon alaraq aparmış və pulunu aylıq olaraq hissə-hissə ödəyəcəyini bildirmişdir. İlk vaxtlar cavabdeh aldığı telefonların dəyərindən ödənişlər edərək özünə qarşı etibar yaratmışdır. O da cavabdehə güvəndiyi və onun ailə üzvünü tanıdığı üçün dəfələrlə cavabdehə telefon alaraq vermişdir ki, sonuncu satıb dəyərini hissə-hissə ödəsin. 820 manat dəyərində telefonun dəyərindən cavabdeh cəmi 180 manat ödəniş etmiş və 640 manat məbləğində borcu qalmışdır. Daha sonra 870 manat məbləğində verilən telefondan cəmi 185 manat ödəniş edərək 685 manat borcu qalmış, avqust ayına 820 manat dəyərində telefondan cəmi 260 manat məbləğində ödəniş edərək 560 manat məbləğində borcu, dekabr ayına 820 manat dəyərində telefondan 200 manat ödəniş etməklə 620 manat, dekabr ayına 730 manat dəyərində telefondan 180 manat ödəniş etməklə 550 manat, dekabr ayına 730 manat dəyərində telefondan 170 manat ödəniş etməklə 560 manat, noyabr ayına 1050 manat dəyərində telefondan 300 manat dəyərində ödəniş etməklə 750 manat, dekabr ayına 730 manat dəyərində telefondan 170 manat ödəniş etməklə 560 manat, dekabr ayına 1050 manat dəyərində telefondan 200 manat ödəniş etməklə 850 manat, fevral ayına 720 manat dəyərində telefondan 614 manat ödəniş elməklə 106 manat məbləğində borcu, eyni zamanda fevral ayına 500 manat dəyərində telefondan 490 manat ödəniş etməklə 10 manat məbləğində borcu, avqust ayına 780 manat dəyərində telefondan 490 manat ödəniş etməklə 290 manat. 840 manat dəyərində telefondan 580 manat ödəniş elməklə 260 manat məbləğində, aprel ayına 400 manat ödəniş elməklə 800 manat məbləğində və əlavə olaraq 730 manat məbləğində borcu qalmışdır. Cavabdeh ona cəmi 7971 manat məbləğində borcu vardır. Təxminən 1 ildən çoxdur ki, Cavabdeh yığılıb qalan borcundan ödəniş etmir. Telefon zənglərinə cavab vermir. İlk əvəllər imkanı olmadığını əsas gətirərək ödənişlərin məbləğini azaldaraq ödəməyi təklif etdikdə o da humanasitlik nümayiş etdirərək həmin razılığı qəbul etmişdir. Lakin cavabdeh bundan sonra da öz vədinə əməl etməmişdir. O, dəfələrlə borcunu qaytarmasını bildirsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirib imtina etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, onun hesabı ilə iddiaçıya cəmi 7430 manat borcu vardır. O, satdığı telefonlardan 30 manatdan çox xeyir əldə edə bilməmişdir. 7430 manatdan üstünə qoyulan pul çıxılandan sonra qalan pulu verməyə razıdır. Azərbaycan Respublikası MPM-nin: 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”; 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 7971 manat məbləğində əmlak əldə etmiş və pulunu qaytarmamışdır. Cavabdeh isə qeyd olunanları inkar etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulması; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7971 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 7971 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 100 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar