Məhkəmə qərarları › İş №2(027)-914/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-914/2020

29.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-914/2020 29.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X28 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X8 cavabdeh X12 qarşı “torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 və X18 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-323A, KOD 30306018 saylı Şəhadətnaməyə əsasən torpaq sahəsinin cavabdeh X19 tərəfindən mülkiyyət hüququnu həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və torpaq sahəsinə giriş-çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və X18 iddia tələbini onunla əsaslandırmışlar ki, Quba rayon X15 xx xxxxxx 1997-ci il tarixli 08 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Torpağın Mülkiyyətə verilməsinə dair JN-323A KOD 30306018 Şəhadətnaməyə əsasən Quba rayonu Alpan kəndi ərazisindən ona, həyat yoldaşı X2, uşaqları İddiaçı1 və X7 0,06 ha torpaq sahəsi verilmişdir. Ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin bir tərəfi qonşu Rəşidova Zəkəriyyə Əlövşah qızına məxsus torpaq sahəsi ilə həmsərhəddir. Torpaq sahəsinin həm baş tərəflərindən, həm də digər yan tərəfindən yol vardır. Torpaq sahəsində yaşayış evi vardır. O, yenidən torpaq sahəsində bir ev tikmək istəsə də, torpaq sahəsinə giriş çıxış yolu cavabdeh tərəfindən zəbt edildiyi üçün o, həmin yoldan istifadə edə bilmir. Torpaq sahəsinə girib-çıxa bilmir. Cavabdeh və onun ailə üzvləri tərəfindən eni 4 metr olan yola müdaxilə edilmiş, yol zəbt edilmişdir. O, dəfələrlə cavabdehə gediş-gəliş yolunun könüllü açılmasını xahiş etsə də, cavabdeh buna məhəl qoymamış, ona məxsus torpaq sahəsinə gedib-gələn yolu açmamışlar. Əksinə hətta Salman Salmanov onun və oğlu barəsində müxtəlif orqanlara şikayət etmişdir. Onun şikayətləri əsasında Quba rayon Alpan Bələdiyyəsi və Alpan kənd icra nümayəndələrinin iştirakı ilə torpaq sahələrinin ölçülməsi işi aparılmış və müayinə edilmiş, bu zaman müəyyən olunmuşdur ki, cavabdeh Salman Salmanovun yola müdaxilə etməsi aşkar olunmuşdur. O, özünə məxsus torpaq sahəsinə yol olduğu üçün həmin yoldan istifadə edə bilmir, torpaq sahəsinə maşın yolu olduğu halda, ora avtomobil sala bilmir. İndi cavabdeh Salman Salmanov ona məxsus torpaq sahəsində avtomobil üçün dayanacaq tikəcəyini bildirir və ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunu açmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X19 məhkəməyə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və X8 torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, giriş çıxış yolunun açılması barədə ilkin iddia tələblərinin rədd edilməsi, iddiaçılar tərəfindən bağlanmış yolunun açılmasına dair onun qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X19 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X18 və İddiaçı1 ona qarşı Quba rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-323A Kod 30306018 saylı şəhadətnaməyə əsasən torpaq sahəsinə cavabdeh X19 tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsinə giriş- çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. O, həmin iddia tələbi ilə razılaşmır. Quba rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli 08 saylı qərarı ilə ona və ailə üzvlərinə Quba rayonu Alpan kəndi ərazisindən 0,17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində o, özünə yaşayış evi tikmişdir. O, iddiaçının yolunu kəsməmiş və bildirmək istəyir ki, iddiaçı özünə məxsus torpaq sahəsində ikinci yaşayış evi tikmək istədiyindən, onun həyətinin hasarının sökülməsini tələb edir və özünə avtomobilin keçməsi üçün yol tələb edir. O, özünə məxsus həyətyanı torpaq sahəsində 50 il bundan əvvəl yaşayış evi tikmiş və həyətinin hasarının da evi kimi 50 yaşı vardır. X1 və İddiaçı1 tələbləri heç bir məntiqə və qanunun tələbinə uyğun deyildir. Bundan başqa iddiaçılar ondan hasarını sökmək tələb etmələri azmış kimi, onu əsəbləşdirmək üçün onun həyət darvazasının qarşısını müxtəlif zibilliyə atılmış dəmir və plastmas əşyalar ilə kəsərək gediş-gəliş yolunu kəsib bağlamışdır. İddiaçılar olan ata və oğlu Aydəmirovlar özlərinin qanunsuz özbaşnalıqları ilə məhəllə yolunu və onun darvazasının qarşısını kəsdiklərindən, onların qanunsuz və əsassız iddia tələbi rədd edilməli, onun qarşılıqlı iddia tələbim isə təmin edilməlidir. Alpan Bələdiyyəsi kəsilmiş yolun ərazisinə gəlmiş və iddiaçıların tələblərinin əsassız olduğunu qeyd etmiş və bildirmişdir ki, gediş-gəliş yolu məhəllə yolu olduğundan mütləq açılmalıdır. İddiaçının bacanağı X29 bağlanmış yolun sol hissəsini öz həyətyanı sahəsini genişləndirməklə daraltmış və buna görə də iddiaçılar iddia tələbini öz bacanağına qarşı qaldırmalı olduğu halda, ona qarşı qaldıraraq yolun genişlənməsini onun hasarının sökməklə həyata keçirmək istəyir. Aralarında olan mübahisənin məğzi və düyünü elə İlham Kamilovun daralmış yolun hesabına öz həyətyanı torpaq sahəsini genişləndirməsi olmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh X19 və digər iddiaçı X18 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X13, İddiaçı1 və onların ailə üzvlərinə Quba rayon AİK-nin xx.xx.1997-ci il tarixli, 08 saylı qərarına əsasən, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-323A, KOD 30306018 saylı Şəhadətnamə tərtib edilərək, 0,06 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Quba RİHBnın Alpan kənd İƏD üzrə nümayəndəsi X4, Quba Rayon Alpan Bələdiyyəsinin sədri X5, Quba RPŞ-ni İTB-nin sahə rəisi, polis kapitanı X9, Quba rayon Alpan kənd sakini X23, Quba rayon Alpan kənd sakini X10, Quba rayon Alpan kənd sakini X21, Quba rayon Alpan kənd sakini şikayətçi X11, Quba rayon Alpan kənd sakinləri hal şahidləri X6, X3 iştirakı ilə Quba rayon Alpan kənd sakini X11 Quba RPŞ-nə ərizə ilə müraciət edərək qonşuları İddiaçı1 və X23 onun yoluna müdaxilə etmələri ilə bağlı həmin əraziyə baxış keçirilərkən, baxış zamanı məlum olmuşdur ki, Salman Salmanovun, İddiaçı1 və Zaur Ağayevin yaşadığları evlərinə gedən yolu yolun başlanğıcından yəni, istinad nöqtədən ölçülərək həmən yolda yaşayan vətəndaşların həyətyanı torpaq sahələrini xəritə üzrə ayrı ayrılıqda ölçərək ümumi uzunluq 136 metr olmaqla müəyyən edilmişdir ki, Zaur Ağayev yaşadığı evin qapısından dəmir barmaqlıqlarla 2.5 metr (iki əlli) yola müdaxilə edildiyi, İddiaçı1 atasına məxsus yaşayış evinə gedən yola isə şikayətçi Salman Salmanov 4 metr enində 12 metr uzunluğunda yola müdaxilə etməsi aşkarlanmışdır. Müdaxilə etdiyi 0.05 ha yolun sahəsini hasar edərək həyətyanı torpaq sahəsinə birləşdirilməsi müəyyən olunmuşdur. İddiaçı1 tərəfindən gediş-gəliş yoluna müdaxilə olunması müəyyən olunmamışdır. Atasına məxsus həyətyanı torpaq sahəsinə gedən 2 metr enində olan yolun girişinə heyvanların bağa keçməsinin qarşısını almaq üçün köhnə avtomobil qapılarını qoyulması müəyyən olunmuş və akt tərtib edilərək iştirak edən şəxslər tərəfindən imzalanaraq təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X12 və onların ailə üzvlərinə Quba rayon AİK-nin xx.xx.1997-ci il tarixli, 08 saylı qərarına əsasən, Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 238B, KOD 30306018 saylı Şəhadətnamə tərtib edilərək, 0,17 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş üzrə təyin edilmiş “xxxxxxxx” MMC-nin 01/404 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-323A, KOD 30306018 saylı, JN-238B, KOD 30306018 saylı Şəhadətnamələrdə torpaq sahələrinin sənəd üzrə göstərilən konfiqurasiyalarına uyğun konturları faktiki elektron xəritə üzərinə otuzdurulmuşdur. Eyni zamanda İddiaçı1 və cavabdeh X11 faktiki istifadə etdiyi torpaq sahələrinin döngə nöqtələri elektron xəritə üzərinə yerləşdirilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-323A, KOD 30306018 saylı Şəhadətnaməyə əsasən X14 və İddiaçı1 məxsus olan, Quba rayonu, Alpan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin döngə nöqtəsi və koordinatları üzrə hər hansı bir şəxs tərəfindən faktiki olaraq istifadə edilmir. Torpağın mülkiyyətə verilməsinə dair JN-238B, KOD 30306018 saylı Şəhadətnaməyə əsasən X12 məxsus olan, Quba rayonu, Alpan kəndində yerləşən 0.17 ha torpaq sahəsinin döngə nöqtəsi və koordinatları üzrə hər hansı bir şəxs tərəfindən faktiki olaraq istifadə edilmədiyini müəyyən edilmişdir. Lakin, cavabdeh X11 İddiaçı1 aid torpaq sahəsini heç bir formada zəbt və ya istifadə etmədiyi müəyyən edilsə də, hər iki tərəfə aid sənədlərdə və digər qonşulara məxsus sənədlərdə də gediş-gəliş yolu kimi qeyd olunmuş torpaq sahəsi yola giriş hissədə sənəd üzrə 04 (dörd) metr göstərilsə də, faktiki olaraq 2.3 metr təşkil edir ki, həmin hissə də gediş-gəliş yolu olmağına baxmayaraq cavabdeh X19 tərəfindən dəmir dirəklər və digər dəmir tullantılar vasitəsi ilə bağlanmışdır. İş üzrə təyin edilmiş Məhkəmə Tikinti-Texniki Ekspertizasının 10/2521 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, “xxxxxxxx” MMC-nin 01/404 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, Torpağın Mülkiyyətə verilməsinə dair JN- 323A, KOD 30306018 saylı, JN-238B, KOD 30306018 saylı Şəhadətnamələrdə torpaq sahələrinin sənəd üzrə göstərilən konfiqurasiyalarına uyğun konturları faktiki elektron xəritə üzərinə otuzdurulmuşdur. Eyni zamanda İddiaçı1 və cavabdeh X11 faktiki istifadə etdiyi torpaq sahələrinin döngə nöqtələri elektron xəritə üzərinə yerləşdirilmişdir. Torpağın Mülkiyyətə verilməsinə dair JN-323A, KOD 30306018 saylı Şəhadətnaməyə əsasən X18 və İddiaçı1 məxsus Quba rayonu, Alpan kəndində yerləşən 0,6 ha torpaq sahəsinin döngə nöqtələri və kordinatları üzrə hər hansı bir şəxs tərəfindən faktiki olaraq istifadə edilmir. Torpağın Mülkiyyətə verilməsinə dair JN-238B, KOD 30306018 saylı Şəhadətnaməyə əsasən X12 məxsus Quba rayonu, Alpan kəndində yerləşən 0,17 ha torpaq sahəsinin döngə nöqtələri və kordinatları üzrə hər hansı bir şəxs tərəfindən faktiki olaraq istifadə mövcuddurmu? əgər mövcuddursa, həmin faktiki istifadə edilmir. Lakin, hər iki tərəfə aid sənədlərdə və digər qonşulara məxsus sənədlərdə də gediş-gəliş yolu kimi qeyd olunmuş torpaq sahəsi yola giriş hissədə sənəd üzrə 04 (dörd) metr göstərilsə də, faktiki olaraq 2.3 metr təşkil edir ki, həmin hissə də gediş-gəliş yolu olmağına baxmayaraq cavabdeh X19 tərəfindən dəmir dirəklər və digər dəmir tullantılar vasitəsi ilə bağlanmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X17 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X17 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X17 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, Quba rayon AİK-nin xx.xx.1997-ci il tarixli, 08 saylı qərarına əsasən, X12 və onların ailə üzvlərinə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-238B, KOD 30306018 saylı Şəhadətnamə tərtib edilərək, 0,17 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş “xxxxxxxx” MMC-nin 01/404 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi və Məhkəmə Tikinti-Texniki Ekspertizasının 10/2521 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə cavabdeh X19 tərəfindən dəmir dirəklər və digər dəmir tullantılar vasitəsi ilə iddiaçıların torpağına gedən yolun bir hissəsinin bağlanması sübuta yetirlmişdir. Bundan başqa, xx.xx.2018-ci il tarixdə Quba rayonu, Alpan kənd İƏD üzrə nümayəndəliyinin iştirakı ilə tərtib edilmiş akt ilə Salman Salmanovun, İddiaçı1 və Zaur Ağayevin yaşadığları evlərinə gedən yolu yolun başlanğıcından yəni, istinad nöqtədən ölçülərək həmən yolda yaşayan vətəndaşların həyətyanı torpaq sahələrini xəritə üzrə ayrı ayrılıqda ölçərək ümumi uzunluq 136 metr olmaqla müəyyən edilmişdir ki, Zaur Ağayev yaşadığı evin qapısından dəmir barmaqlıqlarla 2.5 metr (iki əlli) yola müdaxilə edildiyi, İddiaçı1 atasına məxsus yaşayış evinə gedən yola isə şikayətçi Salman Salmanov 4 metr enində 12 metr uzunluğunda yola müdaxilə etməsi aşkarlanmışdır. İddiaçı1 tərəfindən gediş-gəliş yoluna müdaxilə olunması müəyyən olunmamışdır. İş üzrə keçirilmiş mütəxəssis rəyi və ekspert rəyləri ilə, iş materialları ilə və Quba rayonu, Alpan kənd İƏD üzrə nümayəndəliyinin iştirakı ilə tərtib edilmiş akt ilə ilkin iddia üzrə iddiaçıların torpaq sahəsinə cavabdeh X19 tərəfindən istifadə və müdaxilə edildiyi sübuta yetirilmişdir. Lakin, qarşılıqlı iddia üzrə iddiaçı X19 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və X18 tərəfindən gediş-gəliş yolunun bağlanılmasını iddia etsə də, mülki iş üzrə keçirilmiş mütəxəssis və ekspert rəyləri ilə həmin iddia tələbi öz təsdiqini tapmamış və qarşılıqlı iddia üzrə iddiaçı X19 bununla bağlı məhkəməyə hərhansısa bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da ilk iddia təmin edilməli, Quba rayonu, Alpan kəndində yerləşən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-323A, KOD 30306018 saylı Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1 və X13 məxsus 0,06 ha torpaq sahəsinə cavabdeh X19 tərəfindən bağlanılmış giriş-çıxış yolu açılmalı, həmin torpaq sahəsinə cavabdeh X19 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmalı, qarşılıqlı iddia üzrə iddiaçı X11 iddiası təmin edilməməldir. Ekspertiza xərci olaraq 50 manat məbləğində pul X19 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Quba rayonu, Alpan kəndində yerləşən Torpağın Mülkiyyətə Verilməsinə dair JN- 323A, KOD 30306018 saylı Şəhadətnamə əsasında iddiaçılar İddiaçı1 və X13 məxsus 0,06 ha torpaq sahəsinə cavabdeh X19 tərəfindən bağlanılmış giriş-çıxış yolu açılsın, həmin torpaq sahəsinə cavabdeh X19 tərəfindən yaradılmış maneələrin aradan qaldırılsın. Qarşılıqlı iddia təmin edilməsin. Ekspertiza xərci olaraq 50 manat məbləğində pul X19 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Kodu: 210005, VÖEN **********,MH:AZ41NABZ********************,SFİFT:CTREAZ22,Hesab:AZ34CTRE************ ********) hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar